Niyə a millət niyə? - Məqalələr - Məqalələr kateqoriyası - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Məqalələr [16]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » Статьи » Məqalələr

Niyə a millət niyə?


Niyə a millət niyə?

Bismillahir Rəhmanir Rəhim

Allah Təala ilk insanı peyğəmbər yaratdı. İnsana yaxşını, pisi ilham etdi. Tarix boyu öz elçilərini əsirgəmədi. Ona sığınanlara həmişə kömək oldu. Dostunu müdafiə edib düşmənlərini cəzalandırdı. Böyük varlıq olan insanları çirkabdan və bataqlıqdan qurtarıb, heyvani həyat tərzindən insani olan yüksək dəyərlərə çatmaqdan ötəri həmişə ali qanunlar göndərdi. Onun icazəsi üçün pak şəxsiyyətlər seçdi. Kimlər itaət etdi ucaldı, kimlər boyun qaçırtdılar bəlaya düçar olub tarixdən silindilər. Insanlar cəhalət bəlasından məhz dinin köməkliyi ilə xilas oldular. Bəşəriyyət elmi nailiyyətlərə dinin bələdçiliyi ilə nail oldular. Zərif məxluq olan qadinlar diri- diri basdırmaqdan dinin köməkçiliyi ilə qurtardılar. Az bir müddətdə dinimiz insanları böyük mədəniyyət və əzlaq sahibi etdi. İnsanı xaliq yalnız dini vəzifəsinə əməl etdiyi ədalət ictimai qonşu haqqı, valideynə hörmət, övlada sevgi, böyüyə itaət, kiçiklərə itaət, kiçiklərə nəzarət məhz dinin bizə gətirdiyi böyük proqramın bir hissəsidir. Bu gün bütpərəstlik və onun kimi batil inanclara xidmət edən insanlar gözümüzün önündə necə də görünüllər. Bizi o formada görünməkdən yalnız din xilas etmişdir. Tarix Allah qanunlarına əhəmiyyət verməyən insanların çox rəzil surətdə necə məhv olmasına şahid olub. 21-ci əsirdə İslam mədəniyyət İslam əxlaqı dünyanı heyrətdə qoyan halda əfsuslar olsun ki, biz İslam mədəniyyəti paytaxtı elan olmuş şəhərdə azana, məscidə, dini ədəbiyyata İslamı geyimlər satan ticarət mərkəzinə hücumların şahidi olduq. Bu mədəniyyət günlərini baletlə başa vurduq. Biz dindarlara qarşı açıq şəkildə müharibə  dərəcəsinə az qalmış sıxıntılar yaşadıq. Biz dini-ictimai, dini-elmi konfranslar əvəzinə şou ulduzlar proqramını seyr etdik, gözəllik müsabiqələri təşkil etdik. Dinin əleyhinə əlimizdən gələni əsirgəmədik. Özümüzə bir baş da vursaq qənimətdir şüarını məhz dinə qarşı hücumda vəzifə bildik. Nəzarət etməli çoxlu sayda sahələr qalan halda dinə nəzarət idarəsi yaratdıq. Barlarda, kazinolarda acnəbi müsiqilərinin müşayəti altında narkotik maddələrlə özlərini məhv edən cavanalarımızı, özlərini pula satan qızlarımızı nəzarətsiz buraxıb məscidlərə, Allah ibadətinə gələn insanlara və məscidlərin özünə ciddi gücləndirilmiş nəzarət sistemi yaratdıq. Ziyarətə gedənlərə hədd qoyduq, avrovijinə gedənləri təşviq etdik hətda onları Qarabağımızı azad edib Bakıya qayıdan qəhrəmanlar kimi qarşıladıq. Millətimizin yoxsul təbəqəsinə, sel basmış kənd və şəhərlərinə, hətda şəhid ailələrinə yardım etmək əvəzinə ulduzlara sms göndərdik. Xeyriyyə işlərini kənara atıb millətimizin mədəniyyətinə zidd olan verlişləri maliyyələşdirdik. Kazino, bar, şadlıq evləri, restoranlar tikənlərə yaşıl işıq yandırıb məscid, mədrəsə tikilişini qanağan edib, tikənləri də təqib etdik. Dünyanın hər bir məktəbində millətlər öz nəslini islam əxlaqi ilə tərbiyələndirən halda biz islam tədrisinə qarşı çıxdıq. Məktəblərə çirkin formada geyimlə gəlməyə icazə verdik, lakin hicabla dərs oxumağı yasaq etdik. Hətda mən ölərəm, amma məktəbə hicabla qoymaram deyən müdirləri də müşahidə etdik. Azərbaycanımızın bəzi rayonlarında aylarla davam edən hicablıların marşruta minməsinin qadağasını da yaşayırıq. Bu gün əxlaqsız seriallar verilir, disklər satılır, qazetlər buraxılır, amma dini yayımlar? Bu qədər tele-radio, saatlarla yemək bişirmək, oxumaq və oynamaq öyrədən halda nə üçün az da olsa dini öyrətmə, dini maariflənməyə niyə vaxt ayırılmır?! Nə qədər mən varam din olmayacaq deyən məmur özbaşınalığına nə vaxt son qoyulacaq?! Ölkəmizdə bu qədər ilahiyyatçi olan halda niyə müğənnilər dini ekspert kimi verlişlərdə söhbət edirlər? Nə üçün falçılıq, cin çıxartma, fala baxma kimi xurafat işlər dini əqidə kimi camaata tədbiq olunur? Dükanlarda hər növ haram içki satılan halda halallara qadağalar yaradılır. Bunun kimi minlərlə dinə qarşı olan düşmənçilik.

Bunların hamısından əsaslı olan bu ölkənin vətəndaşlarıdır. Həmişə Peyğəmbər və Əhli Beytinə aşiq olublar. Dahilərimiz öz yaradıcılıqlarını onların vasfində qurublar. Füzulilər, Nəsimilər, Xətailər, Natavanlar Əhli-Beytə bağlanaraq ucalıblar. Nə üçün onların bu günki davamçıları hesab olunanlar ən azı özlərini davamçı hesab edənlərin qələmləri bu sahəyə yönəlmir? Nə üçün həqiqi ilahiyyatçi kimi ekranlara çıxıb Əhli-Beyt ziyarətini və şəfaətini müşrik bilən insanlara məntiqi cavab vermək üçün həqiqi ruhanilərin qarşısına keçilməz sədlər yaradıblar? Axı tarix həmişə yaşayacaq. Qorxmursunuz ki, sizin dövranınızı Nəmrudun, Fironun, Müaviyyənin, ən azı yaşadığımız kommunistin dövranı kimi tanısınlar? Qorxmursunuz ki, bir vaxt desinlər bu millətə? Yəni onun hamısı yenə bu qədər dönük çıxdı? Niyə belə oldu? Niyə ay millət, niyə? Fikirləşin! 



Hacı Əhliman Rüstəmov.   2010


Məqalədən istifadə olunarkən www.ahliman.com saytına istinad etmək zəruridir.

Категория: Məqalələr | Добавил: Huseyni (04.08.2010)
Просмотров: 179 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren


Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz