İlahi və insani vəzifə. - Məqalələr - Məqalələr kateqoriyası - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Məqalələr [16]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » Статьи » Məqalələr

İlahi və insani vəzifə.
İlahi və insani vəzifə.


Bağışlayan və mehriban Allahın adı ilə.

İlahi və insani vəzifə.

 

            Dünya təklif dünyasıdır. Yəni burada hər kəsin öhdəsinə düşən vəzifələr var. Hər kəs müxtəlif formada təklif sahibidir. Ona əməl etməlidir. Ola bilməz ki, insan ancaq yeyib içməkdən ötəri yarana, ona görə də illərlə işləyə, qazandığını yenidən yeyə və nəhayət ömrünü tamam edə. Hər bir şəxs azca da düşünsə bu həyatın mənasız olduğunu başa düşəcək. Bu eyni ilə bir maşının bakını benzinlə doldurub, sürüb qurtarmaq, sonradan işləyib benzin alıb həmin işi təkrar etmək kimidir. Mənasız və puç bir həyat.

            Əsrimizdə bütün insanlar həyatın belə olmadığını bilirlər. Hətta axirət dünyasının olduğunu belə qəbul edirlər. Bilirlər ki, bu dünyada hamımız yaxşını pisdən ayıra bilirik. Xeyir və şərrin fərqini başa düşürük. Hətta yaxşıların bir–birindən fərqini ayıra bilirik. Hamı da bilir ki, bu istedad bizə Allah tərəfindən verilib. "Yaxşılıqları və pislikləri ona ilham etdi” – (şəms s., ayə 9). Amma insanlar buna etiraf etməkdən niyə çəkinirlər, bilmirəm. Axı bu günlərdə dünyamızın vəziyyətinin işi ancaq rəislərə əl çalmaq, onları tərifləmək, onların saxta məqamlarına etiraf edib onları əvəz olunmaz kimi qələmə verməkdən ibarətdir. Bunu da bilmək istərdim ki, məxluqun ən fəzilətlisi, elmlisi, hətta öz sinifini bəyənməyən, həmişə yalanı pisləyən, ikiüzlülüyün əleyhinə dastanlar yazıb, şeirlər qoşub, xalq şairi, alim, doktor olanlar niyə yalan danışırlar, ikiüzlülük edirlər, saxtalıqla ömür sürürlər? Heç olmasa danışmasalar, yalanı pisləməsələr, pis əxlaqların əleyhinə danışmadan belə etsələr dərd yarı olardı. Onu demək istəyirdim ki, madam ki, biz böyüklərin dərdini bilirik, Allah hamıdan böyükdür, əyər elmin qədrini biliriksə, o, hamıdan elmlidir, vəzifəyə gəldikdə isə, onun məqamı hamıdan üstündür. Nə üçün biz bunları nəzərə almırıq? Niyə hamıdan böyüyün, hamıdan elmlinin və yüksək məqama malik olanın haqqına etiraz etmirik? Nə üçün həqiqəti saxtalıqla dəyişirik? İnsan övladı onda süqut etdi ki, etdikləri günahı günahla yumaq fikrinə düşdü, haqqı taptadı, öz işinin düzgünlüyünü sübut etməkdən ötəri minlərlə haqqı qurban kəsdi.

            Son zamanlarda çox qəribə işlər baş verir. Insanlar pisliklərə laqeyd qalan halda yaxşılıqlara zidd hərəkətlər edirlər. Buna həyatımızın çox sahəsindən əyani misallar göstərmək olar. Amma mən bir məsələyə işarə etmək istərdim. Hamı vətənə xəyanəti pisləyir, fərariliyə nifrət edir, düşmənə arxa çevirən əsgəri xain hesab edir, torpaq satanı namus satanla bərabər tutrlar, bəs nə üçün əks halda olanlara qiymət vermirlər? Mən birbaşa bu yaxınlarda uca olan şəhidlik məqamına yüksəlmiş, millətimizə, bəlkə də bəşəriyyətə üz ağlığı bəxş etmiş şəhid Seyyid Mübariz barədə danışmaq istərdim. Çox qəribədir, bir vaxtlar fərarilərimizi pisləyirdik, onları danlayıb başa salmaq istəyirdik ki, əsgər belə olmaz, torpaq müqəddəsdir, namusdur, onu qoyub qaçmaq günahdır. Bəs niyə Seyyid Mübarizi tərifləmirik, nə üçün onu cavanlara nümunə göstərmirik? Biz əslində məktəblərimizdə İmam Hüseyn (ə) məktəbi ünvanında tədrislər açmalıydıq, amma, əfsus ki, onu bizdən aldılar. Heç olmasa Seyyid Mübariz məktəbini bizdən almasınlar. Məktəblərdə onun keçdiyi şərəfli yolu uşaqlarımıza öyrətsinlər. Gənc nəsli başa salsınlar ki, Mübarizi bu zirvəyə qaldıran onun cəddi İmam Hüseyn (ə)–a olan eşqidir. Cavanlarımız bilsin ki, şəhid Seyyid Mübariz ibadət edən ata anasının tərbiyəsi ilə böyümüşdür. Onlar bilsinlər ki, Mübariz o zirvəni şərəfləndirdi, bütün bunlar qıldığı namazın, tutduğu orucun sayəsində idi.

            Yazıqlar olsun mətbuatımıza. Aysel ilə Araşı, Safuranı avrovijndə izləyib dünyaya göstərən mətbuatımıza. Müxtəlif ölkələrdə gəzib mənasız verilişlər hazırlayan mətbuatımıza. Toylar kraliçasına, de gəlsinə və s....

            Hanı "ay Zaur”? Hanı "səyyah Səbuhi”? Niyə yollarını Mübarizgilin həyətindən salıb ordan bir veriliş hazırlamırlar? Pambığa, üzümə, taxıla, dağlara, dərələrə, pambıqçılara, sağıcılara şeir yazan, dastan qoşan, mahnı bəstələyənlərə nə olub görəsən?

            Hanı Leninə, Çapayevə, Zoyaya şeir yazanlar? Hanı zəmanəmizin Fizulisi, Seyyidi, Sabiri? Bəlkə də şair Qabil olsaydı heç olmasa:

            Gecəni sübhə kimi qırmızı dan eylədilər,

            Xalqımı, millətimi gülləboran eylədilər.

deyərdi. Ya da ki, üzünü tutub bunlara deyərdi: "müsibət oluruq biz, səhv düşəndə yerimiz”. Bəlkə o dindar olduğuna görə biz ona qarşı bu mövqedəyik. Axı biz avropaya gedirik. Bunların heç biri şəhidə əksiklik gətirməz. Bunlar nə gətirsə bizə gətirər. Seyyid Mübariz özünü tükənməz bir dəryaya  qovuşdurdu. Biz qaldıq kənarda. Heç bir ölmüş şəxs təzədən diriltmək arzusuna düşməz, can verməyin qorxusundan, şəhiddən başqa. Çünki, o can verən vaxtda axirətdə olan məqamını müşahidə edərək can vermək çətinliyini hiss etmir. Allah yolunda ölmək o qədər şirindir ki, şəhid dirilib təzədən ölmək istəyir. Bəlkə kənarda qalan biz olduq. Nə Mübariz ola bildik, nə də onun kimi övlad sahibi olmadıq. Biz övladlarımızın xaricdə oxumağına, ulduz şoularda iştirak etməsinə fəxr etdik. Gözəllik müsabiqələrinə başımız qarışdı. Stadionlarda, parklarda, klublarda, əyləncəyə, konsertlərə üstünlük verdik. Yaddan çıxartdıq ki, bizim zəngin keçmişimiz konsertə, baletə, kazinoya, şou proqramlarına bağlı deyil. Bizim zənginliyimiz İmam Hüseynə bağlı olmaqda və onun yolunu getmiş keçmişimizdədir. Qədim  keçmiş, şərəfli keçmiş. Cavad xanı olan keçmiş, səttərxanlı keçmiş, Şah İsmayıllı keçmiş. Kim bilir o gecə şam namazından sübh namazına qədər düşmənlə üz üzə dayanıb döyüşən zaman Seyyid Mübariz hansı duaları edirmiş, millətimizə nə arzulayırmış. Cavanlarımızı harda görmək istəyirmiş. Kim bilir o gecə onun yanında olmaları vacib olanlar haralarda, hansı səhnələrdə olublar, hansı işlərlə məşğul imişlər. Çox çətin məsələdir həyatın bəzi cəhətləri.

            Xoşbəxtdir dünyada və axirətdə şəhid Seyyid Mübariz. Valideynlərin fəxr etsin səninlə. 

   Şəhriyar:

            Ana oğlun şəhid oldu mübarək,

            Şəhadətlə səid oldu mübarək.

            Ümidi cənnəti tapdun ta səndən,

            Cəhənnəm naümid oldu mübarək.

 

            Ana oğlun Əliəkbər fədası

            Toyu, Qasim kimi olmuş əzası

            Durub cənnət qapısında gözətlir

            Ta gəlsinlər atasıyla anası.

           

            Allah Təala şəhid Seyyid Mübarizi axirətdə bizə şəfaətçi qərar versin inşaallah.


                       Hacı Əhliman Rüstəmov                         15.08. 2010.   www.ahliman.com


Категория: Məqalələr | Добавил: Huseyni (15.08.2010)
Просмотров: 192 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren


Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz