FATİMEYİ-ZƏHRA (S)-NIN FƏZİLƏTLƏRİ - Məqalələr - Məqalələr kateqoriyası - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Məqalələr [16]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » Статьи » Məqalələr

FATİMEYİ-ZƏHRA (S)-NIN FƏZİLƏTLƏRİ


Birinci mətləb:

Fatimeyi Zəhra (s) yaranışın səbəbi sayılır. Yəni Allahın yaratdığı bu aləmin səbəbi Fatimeyi Zəhra (s) və Əhli-beyt (ə)- dır. Rəvayətdə var ki, əgər onlar olmasaydı, nə yer, nə də başqa yaradılmışlar yaranardı. Bu mövzuda söyələyəcəyimiz birinci hədis Əbu Hüreyrədəndir. Söyləyəcəyimiz hədislərin sənədləri əsasən başqa firqələrin kitablarındandır. 
Əhli-beytin fəziləti haqqında Əbu Hüreyrə belə nəql edir: Bir gün İslam Peyğəmbəri (s) bizə söhbət edirdi. O, Adəm Peyğəmbərin (s) yaranması haqqında söhbət açanda buyurdu: «Allah Adəmi yaratdı. O, yarandıqdan sonra bir sağına, bir də soluna baxdı. Sonra isə Allahın ərşinə tərəf nəzər saldı. Orada beş nəfər şəxsin «əshabını» (oxşar misalını) gördü. Adəm onları səcdə və rükü halında gördükdə çox təəccübləndi: Çünki o birinci insandır və ondan qabaq da heç kəs yaranmayıb. Allahdan soruşdu:
-İlahi, məndən qabaq torpaqdan kimisə yaratmısanmı? Allah buyurdu:
-Yox ey Adəm.
-Bəs onda bu beş şəbəh kimdir? Onlar da mənim kimi insanlardır?
-Onlar sənin nəslindən və sənin balalarındır. Ey Adəm, əgər onlar olmasaydı heç səni də yaratmazdım. Bunların adını öz adımın kökündən ayırmışam. Bunlar olmasaydı behişti, göyləri, ərşi də yaratmazdım. Bütün insanları, cinləri, mələkləri bunlara xatir yaratmışam. Mən insanların içindən bu beş kimsəni seçib, bəyənmişəm. Ey Adəm, sənə bir şey öyrədim ona əməl et. Çətinliyə düşdükdə bunlara təvəssül et. Hacətin oldu, bunları çağır, bunların ətəyindən yapış. Onda mən sənin hacətini (istədiyini) bunların şərafətinə xatir verəcəyəm.»
Bu hədisi Peyğəmbər (s)- dən Əbu Hureyrə nəql edir.

Категория: Məqalələr | Добавил: Huseyni (26.04.2010)
Просмотров: 208 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren


Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz