Salam a millət.Yaxşı ki, bu
salam insanların arasinda qalıb. Bir vaxta qədər onu insanlar arasında dini bir
termin kimi qoruyub saxlayıblar. Hə düz eşitdiz dini əsaslari var bu sözün .
Qurani- Kərimdə bu barədə təkid olunub. Bütün xalqların özünə məxsus qaydada
salam verməyi var. Məs: ruslar
"zdrastvuy” və ya "privet” sağlam olun, səninlə danışıram, İngilislər
"Hi (hay), Hello” deyərək müraciət edirlər, təxminən bizim dildə bura bax
mənasındadır, yada ki, "hey” "ehey” sözləri kimi işlənir. "Good morninq”
sabahın yaxşı (xeyirli) deməkdir. Başqa dillərdə araşdırsaq təqribən belə
alınacaq. Amma müsəlmanların salamı başqa məsələlər kimi onlardan tam
fərqlidir.
"Salam ələykə” sənə salam
olsun mən tərəfdən yəni məndən sənə heç xəta-bəla gəlməz. Sən mənim tərəfimdən
amandasan. Başqa İbarətlə (sözlə) desək bir nəfərin başqasına dua etməsidir. Bu
da müsəlmanların ayrılmaz əqidələrindəndir.
Amma a qardaş insanlar
arasında çox adət-ənənələr və əqidələr kimi bu "salam”-da day əvvəlki
əhəmiyyətini itirib. Daha doğrusu musəlmanlar salamın qədrini bilmədilər. Bu
nemətə də şükür demədilər. Day o "Salam ələyk " qalmayıb a qardaş! Qədimdə bir
salam ələykə qan bağlayardılar, xətir hörmət var idi onda, indi isə heç xəbər
alma. Rəhmətlik Baba Punhan demişkən:
O, gündən ki, dönərlə dolub
Badikubəmiz
O,
vaxtan möhürsüz olub ibadətimiz.
Yenədə dərdimiz açıldı:
deyəcəksiz başladun deyinməyə. Mən nə edim axı? Onda hər şeyin bir hesab-kitabı
var idi. Ağsaqqal, ağ birçək var idi. Ağsaqqalın əlində bir təsbeh, başında isə
buxara papaq, ağbirçəkin başında kəlağayı oturardılar öz yerlərində cavan
oğlanlar, qız gəlinlər onları görəndə özlərini yığışdırardılar. Səslərini
azaldardılar. Gəlib sakitcə salam verib, məsləhət alıb,cox sağ ol deyib, icazə
istəyib gedərdilər. Indi isə...? yox heç də sən fikirləşdiyin kimi deyil. Bu
təkcə o, vaxtın cavanlarının əxlaqı deyildi. Bu işdə babaların və nənələrin
böyük zəhməti var idi. Əvvəla uşaqları yaxşıca tərbiyə etmişdilər sonra da
özləri də öz yerlərini yaxşı tanıyırdılar. Özlərini ağa kimi, xanım kimi
aparırdılar. Hörmətlərini qorumuşdular, sözü bir dəfə deyib başa salmağı
uşaqlara öyrətmişdilər. Insan gərək özündən böyüyə hörmət etsin ki, kiçiklər də
onun hörmətini saxlasınlar. Qocalar cəmiyyətin ən yaşlı nəslidir onlardan
böyüyü Allah-təaladır. Baba və nənələrimiz ibadət əhli idilər, böyük olan
Allahın qarşısında baş əyirdilər. Qurbanı olduğum da onları qocaldıqca
nuraniləşdirirdi. O dee Şirəli baba 160-ı ötürmüşdü rəhmətlik. Qədimdəkilər
demişkən lap İmam sifəti var idi kişidə. Orta məktəb oxuyanda bizim bir
riyaziyyat muəllimimiz var idi, Yasər müəllim, o deyərdi: Qeyri müsəlmanlar
cavanliqda gözəlliklərin saxlayırlar, qocalanda daha özlərinə fikr vermirlər.
Mən o zaman fikirləşdim ki, axı niyə bunlar belə edir, gözəllik həmişə insana
lazımdır. Sonra başa düşdüm ki, yox o, insan əlində deyilmiş, Allah verən nemətin
qədrini biləsən gərək. Nataşaya Xudavənd qırx il möhlət verirmiş, o da elə
bilirmiş ki, həmişə belə cavan olacaq. Elə ki, Şeytan Nataşanın alnından
öpürmüş başlayirmış gözəlliyini itirməyə. Hər dəfə Şeytanın gəlişi onun
eybəcərləşməyinə səbəb olurmuş. Öz aramızdı a, Nataşa da lap manyak imiş, əşi
İvana it dəyməmişdi ki, o, qala-qala sən də yapışmısan Şeytandan? Nə görmüşdün bu
İblis məlunda? qılaydın iki rəkət namaz qovaydın o nacinsi çıxıb gedəydi. Nə
çox sənin kimilər birini tapıb keçinərdi də..!
Bax elə bu iki rəkət namaz
idi Fatmanisə nənəni nurani etmişdi. Rəhmətliyin xanımı axırdı, əl-ayağından
gül tökülürdü. Düz başa düşün dedim: Xanımı axırdı. Elə bilərsiz podrası
kraskası axırmış yox. Əstəğfirullah heç onlar elə şeyləri görmədilər, istifadə
etmədilər.Ona görə də kişiləri onları cox istəyirdi. Axı suni gözəllik
müvəqqəti olur kimə lazımdır o gözəllik? Nə bilim kiməsə lazımdıki, bu qədər
kraska dolub aləmə aseton iyindən lap baş çartlayır. Yaxşı da ay kişi, bəsdi. Sonra
düçar olarsan arvadların qəzəbinə. Daha söhbəti dəyiş. A qardaş yalan deyirəm
bəyəm? Yox, düz deyirsən, onun da müştərisi yoxdur ? Kec gedək. Yaxşı, nədən
danışırdım? Keçmiş adət-ənənədən! O, zamanın qəşəng toyları olardı, toyxana
qurulardı, ertədən qız gəlin gəlib, xonça yazdırıb, biraz da qulaq asıb,
mübarək olsun deyib gedərdilər. Qaş-qaralana düşsəydilər qardaşları, ataları və
ya nişanlıları evə qədər ötürərdi onları. Sonra da qayıdıb gələrdilər toya.Vağzalı
çalınardı bəyi gətirərdilər toyxanaya . Ağsaqqallar yuxarı başda cavanlar bu
yanda əyləşərdi, bu minval ilə toy davam edərdi. Ağsaqqallar müğamlardan,qədim
xalq mahnılarından zakaz edərdilər,
xanəndələr oxuyardı, ara bir cavanlar da oynayardılar. Bir nəfər də toy bəyi
olardı, toyu idarə edərdi ki, qarışıq düşməsin, heç kəs başqasının zakazına
girməsin. Bunların hamısını bilirdiz. Bu yaxınlarda ay el oğlu! qəribə bir
əhvalat gəldi başımıza. Tanrıqulular kəndində baş verən hadisələr bərk sarsıtdı
məni, çoxlu suallarım var bu barədə, mən deyim siz də fikirləşib cavab veriniz.
Hanı bizim o, ağsaqqal ağ birçək baba və nənələrimiz və onların nurani simaları? Cavanların
itaətkarlığı? Gəlinlərin aşırma yaylıqlarla tutduğu yaşmaq? Axı Allah təala
buyurub ki : Mən yer üzünə nurani qocalara, ibadət edən cavanlara və həyalı
xanımlara görə bərəkət göndərirəm. Hanı o vaxtki adət-ənənələrimiz? Onda
elçiliklər evlərdə olardı indi harda ay qağa? Eh sənin dünyadan xəbərin yoxdu
bəyəm? Odnaklassnikdə, saytlarda ne bilim telekanalların vasitəsi ilə... yeri gəlmişkən bu telekanallarda kişilərə
yemək bişirmək, qadınlara isə oxumaqdan başqa bir şey öyrətmirlər! Onda
xanımlar evdə oturar, kişilər çörək dalıyca gedərdilər. indi nə olub? Daha nə
olacaq görmürsən? Gərək hər sözü mən danışım sonra da özümü salım bəlaya? Yox mənlik deyil . Amma Sabir rəhmətlik bir
tərəfinə baxanda düz edirmiş:
Oğul
mənimdir əyər oxutmuram əl çəkin
Eyləməyin dəngəsər oxutmuram əl çəkin
Rəhmətlik uzaq görən adam
olub, bilirmiş ki, bu uşkolun axırı belə olacaq, baş örtüklərini açacaqlar
millət də bulara heykəl qoyacaq, bax bunun dalınca müsaqibə başlayacaq soyun ha
soyun görək harda bənd olacaq? Vallah
Üzeyir bəy də Gülnazla Məşhədi İbadı evləndirə bilsəydi Məşhədi onu evdən
bayıra buraxmayacaqdı. Məni qınasaz da deyəcəm düz iş görmüş olardı. Günlaz
xanıma məyər avrovijinə getmək lazım idı? Heç Məşhədiyə də bu lazım deyildi.
Məşhədiyə bir ömür gün yoldaşı bir iki dənə də tərbiyəli uşaq onlar da gəlib
Cavadxan sayağı axır damla qanına qədər dayansın düşmənlə üz-üzə day düşmənə
arxa çevirib qaçmasınlar. Heç Sərvər də
Günlazı gözəllik müsabiqəsinə aparmadı mindirdi faytona bir başa kəndə. Ağanı
Allah saxlasın bir tikə halal çörək bir daxma bir də abır həya bundan yaxşı bir
zad varmı? Gəlin qəbul edək ki, Mirzə "kirdarı yamandı qoyma gəldi” deyəndə də
çox güman ki, bu günü nəzərdə tuturmuş axı o, xalqın üzaq görən və dərdli şairi
idi.
Seyli tən öylə
təməvvüclə alıb döri bərim
Bənzərəm bir
qocaman dağə ki, dəryada durar.
Döysədə canımı
mınlərlə məlamət ləpəsi
Zövrəqi-himmətim
əvvəlki təmənnada durar
Nə qəm, uğratsa da
bir gün məni ifnaya zaman
Mən gedərsəmsə
məramım yenə dünyada durar
Bu dərdlər öldürdü yazığı.
Allah rəhmət etsin.
Hə gələk Tanrıqulular
kəndindəki toya qəribə oldu çox qəribə!
Vağzalı yerinə İskəndər balıqçının mahnısını çaldılar. Köhnə toylardan bir əsər
əlamət görmədik orda xanəndələr oxumaq əvəzinə oynayırdılar camaat da onların
səsinə yox özünə baxırdılar hələ yerində onların havasını tutub oynayanda var
idi, arvad kişi bir yerdə oturmuşdular hətta bəzi oxuyanların ağzı yalandan
acılıb yumulurdu və səs başqa yerdən gəlirdi. Çox qarışıqlıq idi. Bir nəfər
muğamat zakaz etmək istəyəndə ona dedilər ay bala bura toydur Cümə axşamına
gəlməmisən, çox söz-söhbətlər yarandı. Bu toyda kimi nala kimisi də mıxa
vururdu. Bu mübahisənin düşməsində hamı biri-birini suclayırdi. Mən dili
qurtlamış dedim: Görəsən bəylə gəlinin kəbini oxunub? Az qaldılar döysünlər
məni. A kişi indi gör hansı əsrdi dinin ciddi məsələləri qalıb sən də
yapışmısan kəbindən. Görməyirsənki, camaat şir kimi atılıb meydana? Səndə
dovşan kimi çəkilib bir kənarda ağzına su alıb susmusan. Dedim: Ay bala hər şey
elə kəbindən başlayırdı da. Stalinin kəbini yox idi ki, millətə bu qədər zulm
etdi, danışanların dilini kəsdi. Dedilər: yox sən qorxaqsan ona görə də
danışmırsan. Dedim: ay bala danışıram da siz mənə qulaq asmayanda o yerində
oynayanlar heç adam hesab etməzlər. Bu vaxt bir nəfəri qarşılayıb toyxanaya
gətirdilər. dedilər: Bu bizim kəndi Qızıl bayraq kolxozunda təmsil edib. Hə nə
yaxşı! Oğul gəl görüm neçə medal verdilər sənə? A kişi bu bizim dildə danışa
bilmir. Buy onda bizi necə təmsil etdi? Dedilər: a kişi oxumaqa nə dil? Bala,
dillə oxuyurlar da! dilimizi bilməsə də
bizim kənddəndi. Dedim ay bala mən də onu deyirdim də hamımız Adəmlə Həvvanın
evladlarıyıq təki adamlığın olsun. Hansı dildə danışırsan danış dediz ki, bizə
başqa dildə danışan lazım deyil. Sus ay kişi. Susum da nə deyirəm? Istədilər
xaricdə oxumuş bir adamı məsləhət üçün çıxartsınlar yuxarı başa. dedilər:
xaricdə oxuyan olmaz dedim: ay bala siz ki, hamınız xaricdə oxumusunuz sizə
olar buna yox? Həddini bil a kişi. Baş üstünə
bir nəfər Qarabağ şikəstəsi zakaz vermək istədi. Dedilər o bizim urəyimizdədir.
Bir də ki, atəşkəsdi sakit olun görək bu üclük neyləyəcək? Çox əziyyət çəkirlər
günləri yollarda keçir. Narahat olmayın axır doyacaqlar, ay bala icazə ver
səndən bir söz də soruşum, sizin bu kənd çox bərəkətlidir kim əlinə bel alıb
işləməyə başladı çox keçmədən pullaşırlar? A kişi çox qəliz sual verirsən
zəhmət çəkirlər də ona görə də kənd camaatı onların zəhmətini qiymətləndirir.
Oğul biz də zəhmət çəkirik də! Yox ağsaqqal siz xeyrə yaramırsız. Bala, elin
karına gələnin xeyri olar, biz olmasaq bəs bu ölüləri kim basdıracaq? Bizə də
bir qiymət verin də. Qiymət almaqdan ötəri elə gərək kilip çəkdirəsən? Birdə ki, kəndxuda bizə kilip çəkdirməyə
icazə vermir. Düz eləyir öyrənmisiz oğurlüq işləməyə. Buy ölmədik bunu a eşitdik.
Hələ bu harasıdır? O,gun saxlayıblar məni ki, üff elə görüm icməmisən? Mat
məttəl qaldım. Dedim olar keşişlə belə rəftar etmirlər sənə nə olub? Dedi
toydan çıxmısan da! Yox ay bala mən hələ gedirəm. Bir də sənə düz məlumat verməyiblər
bizim ickisiz toylarımız da var, hamı sakitçə oturub qulaq asırlar heç mübahisə
zad da düşmür. Nə isə aləm dəydi bu toyda bir-birinə hərə bir tərəfə çəkirdi
bunlar da hey məni soyürdülər ki, niyə kəbindən danışdın? Ay qardaş Vallah
kəbini toyda kəsərlər öləndə namaz qılıb yasin oxuyarlar, siz bir az qazlısız
ona görə də yerini dəyişik salmısınız. Nə isə Tanrıqulular kəndinin əhvalatı bu
formada davam edirdi. Mən də başqa bir şeyi bəhanə edib getdim namaza, namaza
getməyimi də onlara bildirmədim ki, buna da bir qulp qoyarlar. Namazdan qayıdanda
gördüm toy davam edir mübahisəli oyun havaları çalınır mübahisələr davam
edirdi. Deyirəm necə kasıbın toyuna şulluğ saldılar ee. Görəsən bu kimə lazım
idi? Amma hər şey o havanın üstündə başlandı. Bu vaxt bir cavan oğlan mənə
yaxınlaşıb dedi: Molla əmi, sən dünya görmüş adamsan o hava kimin zakazı
idi?
Hacı Əhliman Rüstəmov 2010 www.ahliman.com