Ya Rasulallah(s) - 8 Июля 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » İyul » 8 » Ya Rasulallah(s)
23:10
Ya Rasulallah(s)

Həzrəti Mühəmmədin (s.ə.v.v) möcüzələri


YAĞIŞIN YAĞMASI

Ərəb qəbilələri Peyğəmbəri(s) əziyyət etmək qərarına gəldikdən sonra Həzrət(s) dedi: İlahi! Öz əzabını bunlara göndər və Yusif(ə) peyğəmbərin zamanında olan aclıqdan bunlara nazil et! Peyğəmbərin(s) qarğışı ilə yeddi il yağış yağmadı. Mədinədə aclıq-susuzluq baş verdi. Səhrada yaşayan bir ərəb, Peyğəmbərin(s) hüzuruna gəldi. Sair ərəblərin adından kömək istəyib dedi:
Ağaclarımız quruyub, bitkilərimiz məhv olub, qadın və heyvanlarımızın döşündə süd qalmayıb və mal-qaramız qırılmışdır.
Həzrət(s) minbərə çıxıb, Allaha həmd və səna deyib, yağış duasını oxudu. Həzrət(s) duasını oxuyub qurtarmamış, yağış yağmağa başladı. Bir həftə yağdı. Nəhayət Mədinə əhli təngə gəlib dedilər: Ey Peyğəmbər! Qorxuruq boğulaq və evlərimiz viran qalsın.
Peyğəmbər(s) asimana üz tutub dedi: İlahi! Yağışı ətrafa yağdır. Biz tərəfə yağdırma! ***
Həzrətin işarəsi ilə buludlar Mədinə şəhərinin üzərindən dağılıb, şəhərin ətrafında durdular. Ətrafa möhkəm yağış yağırdı. Lakin Mədinəyə bir damcı da yağış yağmırdı. Bir ay çaylarda sel axırdı.
Peyğəmbər(s) buyrdu: «Əllahu-Əkbər» əgər Əbu Talib sağ olsaydı, gözləri işıqlanardı. 

KEÇİ BALASINI DİRİLTMƏSİ

Peyğəmbər(s) Mədinəyə daxil olandan sonra, Əbu Əyyub Ənsarinin evində oturmağı qərara aldı. Bu zamanda Əbu Əyyubun evində, bir keçi balası və üç kilo buğdadan başqa bir şey yox idi. O keçi balasını qızardıb, buğdadan çörək bişirib peyğəmbər(s) üçün gətirdi.
Peyğəmbər(s) buyurdu: Camaatı çağırın hər kəs yemək istəyirsə, Əbu Əyyubun evinə gəlsin. Əbu Əyyub camaatı çağırdı. Camaat Əbu Əyyubun evinə toplaşdılar. Hamısı hazırlanmış yeməkdən yeyib doydular. Lakin yemək azalmadı. Həzrətin(s) göstərişi ilə sümükləri toplayıb keçi balasının dərisinin arasına qoydular. Bu anda Həzrət(s) buyurdu: Allahın izni ilə qalx! Keçi balası dirilib, ayağa qalxdı. Camaat uca səslə Allahın birliyinə və Mühəmmədin(s) peyğəmbərliyinə şəhadət verdilər. 

PEYĞƏMBƏRİN(S) QƏTADƏNİN GÖZÜNƏ ŞƏFA VERMƏSİ

Qətadə ibni Noman, Bədr və Ühüd döyüşünün iştirakçılarından biri idi. Ühüd döyüşündə bir zərbə nəticəsində gözünün biri yerindən çıxmışdı.O, Peyğəmbərin(s) yanına gəlib dedi: Mənim gözəl bir həyat yoldaşım var. Onu çox istəyirəm və o da məni çox istəyir. Bir neçə gündür evlənmişik. Çox narahatam ki, məni belə halda görsün.
Peyğəmbər(s) onun gözünü yerinə qoyub dedi: İlahi! Ona gözəllik paltarı geyindir! ***
Qətadənin gözü şəfa tapıb, əvvəlkindən də gözəl oldu. Heç vaxt gözü ağrımadı. Amma o biri gözü bəzi vaxtlar ağrıyırdı.

YƏHUDİLƏRİN HİYLƏLƏRİNİN BAŞ TUTMAMASI

Yəhudilərin bir qrupu, Əbduh adlı bir yəhudi qadının yanına gəlib dedilər: Ey Əbduh! Mühəmmədin(s) biz, Bəni-İsrailin qanını hədər edib, «Yəhudiliyi» aradan aparmasını bilirsən. Bəni-İsrailin bir qrupu, çoxlu pul ilə bu zəhəri alıblar ki, sən onu bu qoyunun ətinə qatıb, Mühəmmədi zəhərləyəsən. Əbduh onların dediyini yerinə yetirdi. Yəhudun başçıları onun evinə toplandılar. Əbduh Peyğəmbərin(s) yanına gəlib dedi: Ey Mühəmməd! Sizin, mənim boynumda qonşuluq haqqı varınızdır. Yəhudi başçılarından bir neçəsi, mənim evimdə toplaşıbdır. Bizim məclisi, özünüzün və səhabələrinizin vücudu ilə zinətləndirin.
Peyğəmbər(s), Əli(ə), Əbu Dəcanə, Əbu Əyyub, Səhl ibni Hünəyf və mühacirlərdən bir dəstə ilə birlikdə yola düşdü. Məclisə daxil oldular. Bişmiş zəhərli qoyun ətini gətirib süfrəyə qoydular. Yəhudilər ayaq üstə durmuşdular. Peyğəmbər(s) onlara buyurdu: Oturun!
Onlar, Həzrətin cavabında dedilər: Əgər bir Peyğəmbər(s) bizim görüşümüzə gəlsə, heç kəs onun hüzurunda oturmur. Biz istəmirik biz tərəfindən ona bir əziyyət olsun. Əlbəttə, Yəhudilər yalan deyirdilər. Zəhərlənməyin qorxusundan ayaq üstə durmuşdular. Bişmiş qoyunu, Həzrətin yanına qoyandan sonra qoyunun qol hissəsi dilə gəlib dedi: Ey Mühəmməd! Əl saxla. Məni zəhərə bulayıblar. Yemə!

ƏŞYALARIN ŞƏHADƏT VERMƏSİ

Şəxt adlı bir yəhudi, Peyğəmbərin(s) yanına gəlib dedi: Ey mühəmməd! Sənin Allahın barəsində sual etməyə gəlmişəm. Əgər mənim suallarıma cavab versən, sənə tabe olacağam.
Peyğəmbər(s) buyurdu: Hər nə barəsində istəyirsən, sual et!
Yəhudi: Sənin Allahın haradadır?
Peyğəmbər(s): Hər yerdə. Müəyyən məkanda deyildir.
Yəhudi: sənin Allahın necədir?
Peyğəmbər(s): «Necə olmaq» məxluqatın xüsusiyyəti və sifəti ilə vəsf olunmaz.
Yəhudi: Sənin Peyğəmbər olmağını kim bilir?
Bu anda daş, kəsək və ətrafda olan bütün varlıqlar, Ərəb dilində aşkar surətdə dedilər: «Ey Şeyx! O, Allahın elçisi və peyğəmbəridir.»
Yəhudi dedi: Bu günə qədər bundan aşkar möcüzə görməmişdim. Sonra əlavə etdi: Allahın birliyinə və sənin Allahın rəsulu olmağına şəhadət verirəm.

Просмотров: 167 | Добавил: Huseyni | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  İyul 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz