Ya Muahammed (s) - 8 Июля 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » İyul » 8 » Ya Muahammed (s)
23:17
Ya Muahammed (s)

Həzrəti Mühəmmədin (s.ə.v.v) möcüzələri



Həzrəti Mühəmmədin (s.ə.v.v) möcüzələri

GÜNƏŞİN QAYITMASI
Həzrəti Mühəmməd(s), Əlini(ə.s) bir iş dalınca göndərdi. Əsr namazının vaxtı yetişdi. Hamı namazını qıldı. Amma hələ Əli(ə.s) qayıtmamışdı. Əli(ə) Peyğəmbərin(s) yanına gələndən sonra, Peyğəmbər(s) başını paltarına büküb, Əlinin(ə) dizi üzərinə qoyub, Allah tərəfindən gələn vəhyi, günəş batmasına bir az qalmışa qədər dinləməyə (eşitməyə) məşğul oldu. Vəhy sona yetəndən sonra Həzrət(s), Əlidən(ə.s) sual etdi: Əsr namazını qılmısan?
Əli(ə) cavab verdi: Xeyr, Ya Rəsuləllah! Sizin mübarək başınızı dizimin üzərindən götürə bilmədim.
Peyğəmbər(s) duaya əl götürüb dedi: İlahi! Əli, sən və sənin Rəsulunun itaətinə məşğul idi. Bəs günəşi onun üçün qaytar!
Əsma deyir: And olsun Allaha! Gördüm günəş qayıtdı və onun nuru ətrafa yayıldı. Əsr namazının fəzilətli zamanı qayıtdı. Əli(ə) namazını qıldı və yenidən günəş qüruba endi.

XIRDA DAŞLARIN ZİKR VƏ TƏSBİH DEMƏSİ

Həzrmövtun, başçılarından bir dəstəsi Peyğəmbərin(s) xidmətinə gəlib dedilər: Sənin Allahın Peyğəmbəri olduğunu haradan bilək?
Peyğəmbərin(s) yerdən bir ovuc xırda daş götürüb, buyurdu: «Bunlar şəhadət verirlər ki, mən Allahın Peyğəmbəriyəm. Bu zaman Həzrətin əlində olan xırda daşlar Allaha zikr və təsbih deyib, Həzrətin Allahın elçisi və Peyğəmbəri olmasına şəhadət verdilər.

AYIN PARÇALANMASI

Zilhiccə ayının 14-cü gecəsi idi. Müşriklərin on dörd nəfər, Həzrətin hüzuruna gəlib ona dedilər: Bütün peyğəmbərlərin öz peyğəmbərliyi üçün nişanələri vardır. Bu gecədə sənin peyğəmbərliyinin nişaşəsi nədir? Peyğəmbər(s) buyurdu: Nə nişanə istəyirsiniz? Müşriklər dedilər: Əgər Allah yanında sənin üçün bir dərəcə və rütbə vardırsa, aya göstəriş ver, iki yerə bölünsün.
Cəbrail(ə) Allah tərəfindən gəlib dedi: «Ey Mühəmməd! Allah –Təala sənə salam çatdırıb, buyurur: Mən bütün əşya və varlığa, səndən itaət etməyə əmr vermişəm.» Həzrət Peyğəmbər(s) başını göyə qaldırıb, aya göstəriş verdi ki, iki yerə bölünsün. Ay iki yerə parçalandı. Peyğəmbər(s) şükr səcdəsi edib, orada olanlara buyurdu: Ey filankəs! Görün və şahid olun! Bu zaman müşriklər dedilər: Ayın hər iki parçası bir-birinə birləşib, birinci halına qayıtsın. Peyğəmbər(s) əmr etdi və ay birinci halına qayıtdı.
Müşriklər bu aydın möcüzəni görüb dedilər: Ya Mühəmməd! Biz Şam və Yəməndən qayıdan müsafirlərimizdən sual edəcəyik ki, bu gecədə nə müşahidə ediblər. Əgər biz gördüyümüzü onlar da görsə, bunun İlahi bir möcüzə olmasını başa düşəcəyik. Amma belə bir şey müşahidə etməsələr, başa düşəcəyik ki, bizi sehrləmisən.
Müsafirlər gəlib, şəhadət verdilər. Bu zamanda «Qəmər» surəsi nazil oldu.  Bu surənin birinci ayəsi, ayın iki yerə bölünməsinə işarə edir.

AĞACIN HƏRƏKƏT ETMƏSİ

Əmirəl-möminin(ə) buyurur: Günlərin birində mən Peyğəmbər(s) bir yerdə idim. Qüreyşin böyükləri Həzrətin hüzuruna gəlib dedilər: Ey Mühəmməd! Sən elə böyük bir iddia edirsən ki, sənin ataların və qohumların belə iddia etməmişdir. Bizim səndən bir istəyimiz var. Əgər yerinə yetirsən, sənin Peyğəmbər və Allah tərəfindən göndərildiyini başa düşərik. Əgər yerinə yetirməsən, başa düşəcəyik ki, sən yalançı və sehrkarsan. 
Peyğəmbər(s) buyurdu: Sizin istəyiniz nədir? Dedilər: bizim üçün, bu ağacın kökündən çıxıb, sənin qarşında durmağını istə.
Peyğəmbər(s) buyurdu: Allah-təala hər şeyə qadirdir. Əgər belə etsə, iman götirəcəksiniz?
Cavab verdilər: Bəli.
Peyğəmbər(s) buyurdu: Mən yerinə yetirərəm. Lakin bilirəm iman gətirməyəcəksiniz. Sizlərdən bir dəstəsi «Bədr» quyularına düşəcək. Bir dəstəsi isə mənimlə döyüşmək üçün leşkər və qoşun hazırlayacaq. Bu zaman Həzrət buyurdu: Ey Ağac! Əgər Allaha və qiyamət gününə inamın varsa və mənim Allahın Rəsulu olduğumu bilirsənsə, Allahın izni ilə kökündən çıx və mənim yanıma gəl!
Həqiqətəndə Peyğəmbəri(s) haqq üçün göndərmişdir. O ağac, öz kökündən çıxıb, şiddətli səs-küy ilə Həzrətin yanında durub, öz kölgəsini oun mübarək başına saldı. Ağac uca bir budağını, Peyğəmbərin(s) başı üzərində, başqa bir budağını isə mənim başım üzərində saxladı. Mən də Həzrətin sağ tərəfində durmuşdum. Müşriklər bu aydın möcüzəni müşahidə edib, qürur və təkəbbürlə dedilər: Əmr et ağac qayıdıb, iki yerə bölünsün. Bir hissəsi sənin yanına qayıtsın, bir hissəsi isə yerində qalsın. Peyğəmbərin(s) əmri ilə ağac yerinə qayıtdı, iki yerə bölündü. Sonra ağacın bir hissəsi sürət və şiddətli səs ilə Həzrətin yanına gəldi. Onlar dedilər: de ağacın bu hissəsi gedib, o biri hissə ilə birləşsin. Peyğəmbərin(s) əmri ilə bu iş də yerinə yetirildi. Amma onlar iman gətirmədilər.


Просмотров: 165 | Добавил: Huseyni | Рейтинг: 0.0/0
Всего комментариев: 1
0  
1 nurca   (09.07.2010 01:07)
Allahin nezeri uzerinizden eskik olmasin

Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  İyul 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz