Mayın 12-i - Cəmadius-Saninin 20-si Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü
Mayın 23-ü - Rəcəbin 1-i İmam Baqirin(ə) təvəllüdü
Mayın 25-i - Rəcəbin 5-si İmam Əliyyən Nəqinin(ə) şəhadəti
Səsvermə
Reytinq
Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2011 » İyun » 8 » “Yəqin ki, bu kimi adamların nəzərində bütün dindarlar cinayətkardır”
13:00
“Yəqin ki, bu kimi adamların nəzərində bütün dindarlar cinayətkardır”
"Yeni Musavat” qəzetinin bugünkü sayında "Şeyx həbsdəki dindarları niyə müdafiə eləmir?” başlıqlı yazı dərc edilib.Yazıda həbsdə olan dindarlarla bağlı QMİ-nin münasibəti öyrənilib. İdarənin mətbuat katibi Rəhimə Dadaşova həbsdə olanların dindar olduqları üçün deyil, qanunları pozmaqda ittiham olunduları üçün həbs edildiklərini bildirib. Bu səbəbdən idarə sözçüsü həbs olunan dindarların müdafiəsi ilə bağlı hər hansı müraciətin olmadığını bildirdi: "O insanlar dindar olduqları üçün saxlanılmayıblar. Görünür, hansısa cinayət əməlində ittiham olunurlar. Onlarla bağlı hər hansı müraciətin olub-olmadığını deyə bilmərəm”, - deyə Rəhimə Dadaşova vurğulayıb.
QMİ sözçüsünün belə bir münasibəti inanclıların böyük hiddətinə səbəb olub. QMİ-nin belə bir mövqeyi ilə bağlı ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov Deyerler.Org a münasibət bildirib: "Yəqin ki, bu kimi adamların nəzərində bütün dindarlar cinayətkar hesab olunurlar. Çünki həbs edilənlər hicaba görə həbs ediliblər və bu məsələyə görə digər dindarlar da həbs edilə bilərdilər. Bu, heç bir halda düzgün yanaşma deyil".