Vəzirin hiyləsi və Nar əhvalatı - 26 Июля 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » İyul » 26 » Vəzirin hiyləsi və Nar əhvalatı
00:04
Vəzirin hiyləsi və Nar əhvalatı



Vəzirin hiyləsi və Nar əhvalatı


   Bəhreyn Avropa və hegemon dövlətlərin istismarı altında olduğu dövrlərdə müsəlmanları razı salmaq üçün, bir sünni məzhəbli nasibini ora hakim tə`yin etmişdilər. Onun şiələrə qatı düşmən olan bir vəziri var idi. Bəhreyn əhalisinin əksəriyyəti şiə və Əhli-beyt aşiqi olduğu üçün onlara qarşı düşmənçilik edərdi. O, daim şiələrə əzab-əziyyət verər, onların məhv olub aradan getməsi üçün müxtəlif hiylələrə əl atardı.
Günlərin bir günü vəzir hakimin yanına gəlib ona üzərində «La İlahə illəllah Muhəmmədun Rəsullullah və Əbu Bəkru və Uməru və Usmanu və Əliyyu xuləfai rəsulullah.» (Allahdan başqa Allah yoxdur. Məhəmməd onun rəsuludur. Və Əbu Bəkr, Ömər, Osman və Əli Allah peyğəmbərinin xəlifələridir.) yazılmış təbii işarələri olan bir nar təqdim edir. Hakim diqqətlə nara baxdıqdan sonra tam yəqinliklə belə qənaətə gəlir ki, narın üzərindəkilər şiələrin Əlinin Peyğəmbər (s)-dən sonra xəlifə olmasına dair iddialarını batil edəcək qəti dəlil ola bilər. Üzünü vəzirə tutub deyir: İndi nə fikirləşirsən? Biz onlarla nə edək? Vəzir deyir: Şiələr təəssübkeş bir camaatdır. Onlar hətta, əsaslı dəlilləri belə qəbul etmirlər. Bunun üçün də gərək onların ən böyük alimlərini çağırıb bu narı göstərək və onlara dörd yol təklif edək; ya əsassız məzhəblərindən əl çəkməli, ya zillətlə cizyə verməli, ya kişiləri öldürülüb qadınları əsir olmalı, ya da bu narın müqabilində əsaslı dəlil gətirməlidirlər!
Hakim xəbis vəzirin təklifini qəbul edir. O, vaxt tə`yin edib şiə alimlərini saraya çağırtdıraraq onlara xəbər göndərir ki, mühüm bir məsələ barədə söhbət etmək istəyir. Alimlər yığıncaqda hazır olduqdan sonra hakim narı onlara göstərib vəzirin təklifini söyləyir və tələb edir ki, tez bir vaxta dürüst cavab versinlər. Əks təqdirdə, onların özlərini öldürəcək, qadınlarını əsir götürəcək və var-dövlətlərini isə qarət edəcəkdir. Sonra bildirir ki, onlara edəcəyi ən böyük güzəşt onlardan zillətlə cizyə alması olacaqdır. Bir sözlə, şiələrlə eynilə İslam dövlətinə tabe olan qeyri-müsəlmanlarla necə rəftar olunursa, elə rəftar olunacaqdır.
Şiə alimləri narı görüb hakimin sözlərindən bədənləri lərzəyə düşür və özlərini itirirlər. Onlar nə edəcəklərini və nə cavab verəcəklərini bilmirlər. Alimlərdən bir neçəsi hakimə deyir: Əgər mümkündürsə, bizə üç gecə möhlət ver, sənə cavab verə bilək. Yox, əgər verə bilməsək, hər nə istəsən bizə qarşı həyata keçirə bilərsən. Hakim onlara üç gecə möhlət verir.
Alimlər qorxu və hürkü içində bir yerə toplaşıb, birgə məşvərət edirlər. Nəhayət, hamılıqla belə bir qərara gəlirlər ki, təqva əhlindən olan on nəfər zahid alim seçsinlər və onların da arasından üç nəfər üstününü tə`yin edib, hər gecə biri səhraya getsin və İmam Zaman (ə)-a təvəssül etməklə məsələnin həlli yolunu tapsınlar. Onlar belə də edirlər. Birinci gecə onlardan birinə deyirlər: Bu gün səhraya gedib orada ibadətlə məşğul ol və dua, münacat edərək Allahın qapısını döy. Sonra isə İmam Zaman (ə)-a təvəssül edib ondan kömək dilə. Bəlkə, Həzrətdən bu müəmmanın cavabını öyrənə bildin.
Qəlbi iman və təqva ilə dolu həmin alim ixlas və sədaqətlə səhraya uz tutur və səhərə qədər Allahla münacat etdikdən sonra, İmam Zaman (ə)-a təvəssül edir. Lakin, təəssüflər olsun ki, bir şey görmir və cavabsız qayıdır. İkinci axşam o biri təqvalı alim səhraya üz tutur. O da birinci alim kimi səhərə qədər münacat və dua edib, İmam Zaman (ə)-a andlar versə də cavabsız gəlir. O da mə`yus halda camaatın yanına qayıdıb bir nəticə vermədiyini bildirir.
Vəziyyəti belə görən şiələr sonuncu gecəni iztirab içində keçirirlər. Daha onların cavab üçün yalnız bir gecələri qalırdı. Əgər bu gecə də cavab əldə edə bilməsələr, çarələri kəsiləcəkdi. Hamı bir nəfər kimi əllərini duaya qaldırır və seçilən üçüncü alim və təqvalı şəxs Məhəmməd ibn İsa səhraya göndərilir. O da ayaqyalın, başı açıq səhraya tərəf üz tutur. O gecə həmişəkindən çox qaranlıq olur. O, bir guşəyə çəkilib dua və münacatla məşğul olmağa başlayır. Allahın dərgahına üz tutaraq düçar olduqları bəlanı İmam Zaman (ə)-ın vasitəsilə aradan qaldırmasını istəyir. O gecə xeyli ağlayır və çalışır ki, özündə qeyri-adi ixlas əldə etsin. Səbirsizliklə İmam Zamanın intizarını çəkir. Gecənin sonunda birdən, qulağına bir səs gəlir. Diqqətlə qulaq asdıqda, mə`lum olur ki, kimsə onu adı ilə çağırıb deyir: Ey Məhəmməd ibn İsa! İxtiyar sahibindən nə istəyin var? Cavab verir: Əgər sən doğrudan da ixtiyar sahibimsənsə, mənim nə istədiyimi bilməlisən və mənim deməyimə heç bir ehtiyac yoxdur! Deyir: Elədir, düz deyirsən. Sən şiələrin düçar olduqları bəlaya – hakimin üzərində yazı olan narla əlaqəli olan məsələyə cavab tapmaq və onun hədə-qorxusundan yaxa qurtarmaq üçün bu səhraya gəlmisən.
Məhəmməd ibn İsa deyir: Ağamdan mö`cüzəli sözləri eşitcək, üzümü ona tutub dedim: Bəli, siz bizim başımıza gələnlərdən agahsınız. Siz bizim imamımız, həm də bu bəlanı bizdən dəf etməyə qadirsiniz. Həzrət buyurdu: Ey Məhəmməd ibn İsa! Allahın lə`nətinə gəlmiş vəzirin evində bir nar ağacı vardır. Onun meyvələri böyüməyə başladıqda, vəzir onlara gildən hazırlatdığı məxsus qəliblər keçirir. Qəliblərdə həmin yazılar vardır ki, narlar böyüdükcə onların üzərinə həkk olur. Səhər açıldıqda hakimin yanına get və ona cavab verməyə hazır olduğunu bildir. Sonra de ki, şəxsən vəzirin evinə getməyincə kimsəyə bir söz deməyəcəyəm. Evə daxil olduqda, hakimə de ki, bunun cavabını sağ tərəfdəki otaqda deyəcəyəm. Vəzir bunu eşitdikdə, sizi həmin otağa daxil olmağa qoymayacaq. Lakin, sən israr et və qoyma ki, vəzir otağa tək daxil olsun. Çalış, otağa birinci sən özün girəsən. Otaqda taxçanın üzərində bir kisə var və qəliblər də onun içindədir. Onu götürüb hakimin yanına apar. Sonra narı həmin qəlibə qoy və bununla da o, həqiqətdən agah olsun. Sizə başqa bir sirr də açıram. O da budur ki, hakimə deyərsən İmamın bir mö`cüzəsi də var. O deyir ki, əgər narı iki yerə bölsəniz, onun içində gilələr yerinə kül görəcəksiniz. Camaatın gözləri önündə vəzirdən narların birini bölməyi tələb edin, qoy hamı bu həqiqətin şahidi olsun. Vəzir bu işi gördükdə, narın içindən çıxan kül onun saç-saqqalına yapışacaqdır.
Məhəmməd ibn İsa bu sözləri fədası olduğumuz İmam Zaman (ə)-dan eşitdikcə, qol-qanad açır və sevindiyindən Həzrətin ayaqları altındakı torpağı öpməyə başlayır. Sonra o, böyük fərəhlə camaatın yanına qayıdır. Səhər tezdən yerli şiələrlə birlikdə hakimin yanına gedir və İmam Zaman (ə)-ın ona dediklərini yerinə yetirir. Hakim soruşur: Sizin İmamınız kimdir? Məhəmməd ibn İsa İmam Zaman (ə)-a qədər bütün mə`sum imamların adlarını çəkməyə başlayır. Hakim ona deyir: Əlini ver, səninlə bey`ət edim! Mən bu andan şiə məzhəbini qəbul edirəm.
Beləliklə, hakim özü də aşkar mö`cüzəni müşahidə etdikdən sonra şiə məzhəbini qəbul və vəzirini isə edam edir. Özü də bir daha şiələrdən üzrxahlıq istəyib, həqiqi müsəlman olur.
"Nəcmus-Saqib”də nəql olunan bu əhvalat Bəhreyndə çox məşhurdur. Hamı bu əhvalatı danışır və indinin özündə də Məhəmməd ibn İsanın qəbrini böyük ehtiramla ziyarət edirlər.


Категория: Video xütbələr | Просмотров: 11468 | Добавил: Huseyni | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
3 Ilqar Haciyev   (24.10.2010 17:24)
bu hekayəyə görə çox sağolun çox xoşuma gəldi EY MÜSALMANLAR GÖRÜN ALLAHIN NƏ GÖZƏL BƏNDƏLƏRİYİKKİ MÜSALMAN YARANMIŞIQ BUNA GÖRƏDƏ GƏLİN ALLAHIMIZA ŞÜKR EDƏK VƏ SEVƏK PEYĞƏMBƏRİMİZ (S) SEVƏK ƏHLİ-BEYTİMİZİ(Ə) SEVƏK ALLAH HAMIMIZA KÖMƏK OLSUN BU DÜNYADADA AXİRƏTDƏDƏ AMİN

+1  
2 xeyyam seferov   (26.07.2010 19:07)
BİSMİLLAHİRRAHMANİRRAHİM. Assalamu əleykum,bu rolikdə ibratəmiz şeyler coxdur. Biz hərdən özümüzü düzgün unvanlara çevirmirik, çünki unvanı tanimiriq, ünvani tanimayan azar,azan kəs düşdüyü yerdə qəribləşər,qərib olan isə otərəf-bu tərəf vurnuxar.ALLAH-TƏALA Adəm(ə)-ı yaradanda ona ilk olaraq əuzubilləhi minəşşeytanirracim kəlməsini oyrətdi,yəni ey Adəm sənin düşmənin şeytandir ondan özünü qoru onun şərrindən ALLAHA siğınıram de:Sonra ona Bismillahirrahmanirrahim, öyrətdi yəni hər şey yaradana məxsus oldugu ücün hər şey mərhəmət və rəhmət sahibi olan bağışlayan və mehriban ALLAHIN adı ilə başlanmalı: Əlhəmdulillahir-rabbil aləmin öyrətdi yəni hər şeyi yaradanin adiyla başladigin kimi bitirende hər şeyin malikine sahibinə həmd de,yani həmd etmek yalniz aləmlərin rəbbinə mexsusdur; Ərramanir-rahim yəni o elə bir yaradandır ki,yaratdıqlarını rehmeti ilə sardi ve bu dünyada hamiya axiretdə yalniz möminlərə mərhəmətli olana həmd edirəm.Məliki yovmiddin vəd olunmuş günün hər şeyin zərrəsinə qədər,neç bir kəsə zərrə qədər ədalətsizlik olunmayacağı bir gün,o gun ki an südəmər uşağını atacaq,o gün ki,bütün yaxinlar birbirini tanimayacaq gen qacacaq,o gün ki,oğul-uşaq,mal-dövlət və sərvət sənə xeyr verməyəcək, o günün dəhşəti qəbrlərdən ölüləri qaldiracaq insanlar düzüm-düzüm yaradanin ədalət tərərzisinə yaxinlaüacaq yalnız əməllərin ölçüləcəyi gundur o gün.İyyəkə nəəbudu və iyyəkə nəstəin yəni vəd olunmuş o böyuk gunə azuqə yigmaqdan ötru yalniz sənə ibadət edir və yalnız səndən istəyirik.İhdinassiratəl mustakim bizi insanlari dogru yola yonəlt senin yoluna o yol ki sənindir sənin təqdirindir səndən ozgəsinə uz tutsaq azariq.Sıratəlləziynə ənəmtə əleyhim o yola ki sənə tərəf gəlir və o yola ki o yolla senin sabit qədəm sale bəndələrin var və olacaq; Ğəyril məğzubi əleyhim valaddallin o kəslərin yoluna yox ki,sənin yolundan cixdılar və cixacaqlar Peyğəmbər(s)dunyadan köçən kimi ailəsinə divan tutdular,o kəslərin yoluna yox ki, şəninə tıriflər dediyi ciyər parəsini dünyadan kuskun etdiler, o kəslərin yoluna yox ki,yerine teyin etdiyinin haqqıni vermediler əmanətə xəyanət etdilər, o kəslərin yoluna yox ki,xəlfəliyi sağmal inık kimi birbirinə buraxaraq özlərindən sonra bidətlər əzab və məhrumiyyətlər qoydular..O kəslərin yoluna yoxki Yusifi (ə)quyuya atdilar,o kəslərin yoluna yoxki İsa(ə)oldurmək cəhdi etdilər..................................Bəli biz sahibsiz deyilik bizim sahibimiz ALLAH, PEYĞƏMBƏR VƏ RUKU HALİNDA SƏDƏQƏ VERƏNLƏRDİR

0  
1 Huseyni   (26.07.2010 01:00)
Əziz möminlər! Oxuduqdan sonra şərh yazsanız daha yaxşı olar. Allah hər kəsə İmam Zaman ağanı dərk etməyi nəsib etsin.amin

Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  İyul 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz