Qurban bayrami - 4 Ноября 2011 - www.ahliman.com

Cümə axşamı, 23.02.2012, 08:24
Bismillah Гость | RSS
İman əhlinə salam olsun!
Ana səhifə
Qeydiya
Çıxış
Bölmələr

Günün Hədisi
Günün hədisi

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 889

Saytın fon səsi

Canlı tv

Xəbər bölmələri
Video xütbələr [52]
Mp3 xütbələr [3]
Məqalələr [93]

Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0

Ölkə Sayğacı
free counters

Sayta giriş
E-mail:
Пароль:

Ana səhifə » 2011 » Noyabr » 4 » Qurban bayrami
11:53
Qurban bayrami
Allahın Peyğəmbəri (s): Fitr və Qurban bayramlarını 

"La ilahə illəllah”, "Allahu əkbər”, "Əlhəmdulillah” və "Sübhənallah” cümlələri ilə bəzəyin.


Hacı Əhliman:
Bismillahir Rahmanir Rahim. Bu müqəddəs Bayram təbrikinə Uca Allahın gözəl kəlamlarından olan Quranı-Kərimin Həcc surəsi 37-ci ayəsi ilə başlayıram. 
 Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!
Qurban kəsənlərin ən üstünü olan İmam Zaman ağa başda olmaqla din böyüklərimizi və bütün iman əhlini Müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edirəm. Kəsdiyiniz və Allaha verdiyiniz qurbanlar Allah dərgahında qəbul olsun. Qurbanlıq Allaha yaxın olmaq üçün ən yaxşı vasitələrdən biridir.
Bildiyiniz kimi ilk qurbanı İbrahim peyğəmbər (ə.s)-oğlu İsmail (ə.s)-ı kəsməli idi lakin Allah təala İbrahim (ə.s)-ın ixlas və səmimiyyətini qəbul edib İsmailin əvəzinə kəsmək üçün qoç göndərmişdi. Bu qisa dediyim məsələyə biraz fərqli baxsaq görərik ki, İbrahim (ə.s)-Allah yolunda sevimli övladını qurban kəsərək həm İlahi əmri yerinə yetirirdi həm də nəfsini Allah yolunda qurban verirdi. Peyğəmbərlər (ə.s) və Məsum İmamlar (ə.s)-öz dünyavi həyatlarında nəfslərini qurban vermişlər. Böyük qurban verənlərdən biri də 2-ci İmam Hüseyn (ə.s)- İslam dininin aradan gedəcəyi bir dövrdə Kərbəlada Özünü, övladlarını, 6-aylıq körpəsini belə qurban verərək İslam dinini əbədiyyətə qovuşdurmuşdu. 

Qurbanlıq haqqında qısa məlumat

 

Yuxu

Cəbrayıl enərək İbrahimə göstəriş verdi ki, bir qədər su götürüb, Ərəfat və Mina dağlarına tərəf getsin.

O zamandan Zilhəccə ayının 8-ci günü «Tərviyə günü» adlanmağa başladı. İbrahim (ə) gecəni orada keçirdi. Ulduzlu səmaya baxırdı; Allahın yaratdığı və çıraq kimi parlayan ulduzlara. Hər şeyi yaradan, təsvir edən və ən gözəl adlara sahib olan Allaha səcdə edirdi; dirildən, öldürən və hər şeyə qadir olan Allaha. İbrahim (ə) gözlərini bağlayıb, yatdı. Yuxudan oyandı. Göy eləcə ulduzla dolu idi. Gördü ki, övladı İsmayıl yatmışdır. Yenidən yatdı. Yenə də həmin yuxunun təkrarını gördü. Gördü ki, öz övladını qurban edib, aləmlərin Rəbbinin qarşısında başını kəsir. İbrahim (ə) yuxudan oyandı. Dan yeri sökülmüşdü. Dəstəmaz alıb, namaz qıldı. İsmayıl da oyandı, dəstəmaz aldı və namaz qıldı.

Günəş çıxdı və təpələri nura boyadı. İbrahim (ə) qəmgin idi. Allah-təala yenə də onu imtahana çəkirdi. Bu dəfə onu övladının başını kəsməklə imtahan edirdi. İbrahim (ə) nə etsin? Əgər Allah İbrahimə özünü oda atmağı əmr etsəydi, bunu edərdi. Amma, bu dəfə necə, oğlunu qurbanlıq edəcəkmi? Nə etməlidir? Macəranı oğluna desinmi? Yoxsa onu bu işə məcbur etsin? Əgər oğluna xəbər versə oğlu qurban olmağa razı olarmı? Görəsən İsmayıl qurbanlığın əzab-əziyyətinə dözə bilərmi?

İsmayıl atasını qəmli görüb, dedi:

-Atacan niyə nigaransan?

İbrahim (ə) dedi:

-Bir məsələ məni nigaran etmişdir. Oğlum! Mən yuxuda gördüm ki, səni qurbanlıq edirəm. Fikrin nədir?

İsmayıl anladı ki, Allah-təala öz elçisi İbrahimə övladını qurban kəsmək əmrini vermişdir.

İsmayıl atasını çox sevirdi. Bilirdi ki, atası Allahın əmri olmadan heç bir işi yerinə yetirməz. Çünki, O, Allahın Xəlili idi. Allah onu cavanlıq vaxtında Babildə və hətta qocalandan sonra da imtahan etmişdi. İsmayıl anladı ki, Allah-təala öz dostu İbrahimi (ə) imtahan edir. Ona görə də ona dedi:

-Ata, tapşırıq aldığın işi yerinə yetir. İnşaallah məni də səbir edənlərdən görərsən.

İbrahim (ə) bu sözə sevindi. Oğlu İsmayıl saleh və itaətkar idi. Allaha və rəsuluna imanı var idi.

QURBANLIQ

İbrahim (ə) bıçaq və ip götürüb, yaxınlıqdakı dərələrin birinə getdi. İsmayıl atasını müşayiət edirdi. O, sakit idi. Özünü qurbanlıq anı üçün hazırlayırdı və Allahdan istəyirdi ki, Onun yolunda əzab və ağrıya dözmək üçün ona səbir versin. Hacər İbrahim (ə) və İsmayılın o dərəyə tərəf getdiklərini gördükdə, onların odun yığmaq üçün ora getdiklərini güman etdi.

İbrahim (ə) və İsmayıl dərəyə çatdılar. İsmayıl atasına baxdı. Onun gözləri yaşarmışdı. O da atası üçün ağlamağa başladı və işin tez icra olunmasını istədi. Ona görə də atasına dedi:

-Atacan, ipləri möhkəm bağla, paltarlarının ətəyini yığışdır ki, qana bulaşmasın. Anam onu görə bilər. Ata, bıçağı itilə və başımı kəsərkən tələs! Çünki, baş kəsməyin əzab və ağrısı çox çətindir.

İbrahim (ə) ağladı və dedi:

-Oğlum! Allahın fərmanını yerinə yetirməkdə mənim ən yaxşı köməkçim sənsən.

İbrahim (ə) ipləri götürüb, İsmayılın çiyinlərini möhkəm bağladı. İsmayıl Allahın fərmanına tamamilə təslim idi. Onun gözlərini bağladı. İbrahim (ə) oğlunun alnını tutub, onu yerə tərəf əydi. Cavan İsmayıl sakitcə yerə diz çökdü. O, həyatla vidalaşırdı. O, ata və anası ilə vidalaşırdı. İbrahim (ə) bıçağı İsmayılın boynuna qoydu. Yalnız bir an və bununla da hər şey bitəcəkdi. O həyəcanlı anlarda görəsən nə baş verdi? Görəsən İsmayıl zibh olundumu?

Yox! İbrahim (ə) göydən bir səs eşitdi. Səs ona fərman verirdi ki, İsmayılın əvəzinə bir qoyunu kəssin. İbrahim (ə) səsə tərəf baxdı. Gördü ki, dağın başından kök bir qoç enir; gözəl və buynuzlu bir qoç. İbrahim (ə) ipləri övladı İsmayıldan açıb, qoçu tutdu. Allahın adı ilə başını kəsdi və qurbanlıq olaraq Allahın dərgahına təqdim etdi.

O gündən qurban kəsmək həcc əməllərindən sayılır. Müsəlmanlar müxtəlif yerlərdən Allah evinin ziyarətinə gəlirlər. İbrahim (ə) və İsmayılın Allaha ibadət üçün tikdikləri evə gəlib, onun ətrafına toplanır və əzəmətlə onun adını yad edirlər. Əvvəllər Hacər Səfa və Mərvə dağları arasında qaçdığı kimi, onlar da qaçırlar. Öncə İbrahimin (ə) qurbanlıq etdiyi kimi onlar da qurbanlıq edirlər. Onlar İbrahimin (ə) dinində olduqları üçün bu işləri yerinə yetirirlər. 

İbrahimin (ə) dini müqəddəs İslam dinidir.


Bölmələr: Məqalələr | Baxılıb: 149 | Əlavə elədi: Huseyni | Reyinq: 5.0/1
Всего комментариев: 0
Saytda axtar

Saat


Namaz vaxtı

Bakı və Abşeron üçün


Reklam

Peyğəmbər (s)-ın namazı
Peyğəmbər (s)-ın namazı

Təqvim
«  Noyabr 2011  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930

Dost Saytları
  • Rəhbərlə tanışlıq
  • Sistani aqa
  • Ya Ali
  • Kitabxana

  • Reklam
    Reklam

    Şəkillər

    Köhnə yazılar


    Saytı hazırladı Haci Qasim Rustamov© Bütün videolara bax 2012
    Конструктор сайтов - uCoz