Quranın ünvanları - 8 Мая 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » May » 8 » Quranın ünvanları
02:03
Quranın ünvanları


Quranın ünvanları

         Müfəssirlərin Quranın adları barədə çoxlu nəzəri-ixtilafları (müxtəlif nəzərləri – red.) vardır. Əbu Futuh Razi öz təfsirində Quran üçün 43 ad qeyd edibdir. Qazi Əbul Məali 55 ad sayıbdır. Bəziləri Quranın adlarını 80-a çatdırıblar. Bu alimlərin Quranın adı ünvanı ilə yazdıqları Qurani-Kərimdə Quranın vəsfi qeyd olunubdur.

            Münasib olar ki, Quranın ünvanlarını iki hissəyə bölək və Quranın adları, Quranın sifətləri ünvanında yazaq.

 

1. Quranın adları

Quranın ünvanlarından dördünü "isim” (ad) surətində işlətmək olar. Buna Qurani-Kərimin özündən dəlil gətirmək mümkündür.

  1. Quran: "Bəli, o Qurani-Məciddir” (Buruc-21).

بل هو قرءان مجيد

Bu ad 55 yerdə həmən formada, doqquz yerdə isə "Quranən” قرءانا   surətində gəlibdir.

  1. Kitab: "Bir kitab, onu sənə nazil etmişik” (Sad-29).

كتاب انزلناه اليك       

Bu ünvan yüzə yaxın yerdə işlədilibdir.

  1. Zikr: "Bu mübarək zikrdir” (Ənbiya-50 ).

و هذا ذكر مبارك

Bu ünvan da iyirmi yerdə işlədilibdir.

  1. Furqan: "Bərəkətli və zail olmayan bir varlıq öz bəndəsinə furqanı aləmlərə nəsihət olmaq üçün nazil etdi”. (Furqan-1).

تبارك الذى نزل الفرقان على عبده ليكون للعالمين نذيرا

            Kitab, zikr və furqan başqa asimani kitablara da ünvan kimi qeyd olunubdur. Amma təkcə "Quran” ünvanı bu kitabda (əlimizdə olan Quran) ad kimi göstərilibdir.

 

2. Quranın sifətləri

Bu qismətdə Qurana vəsf ünvanında ünvanlanmış kəlmələri qeyd edək.

  1. Məcid
  2. Kərim
  3. Həkim
  4. Əzim
  5. Əziz
  6. Mübarək
  7. Mubin
  8. Mutəşabih
  9. Məsani
  10. Ərəbi
  11. Qeyri zi’ivəc - غيرى ذي عوج
  12. Zi əzzikr - ذى الذكر
  13. Bəşir
  14. Nəzir
  15. Qəyyim

Həzrət Peyğəmbər (s) dunyadan köçəndən sonra bir ad da Qurana əlavə olundu və çox geniş yer tutdu. Bu da "Mushəf” adı idi. Quranın bu adla adlanmağının səbəbi onun yazılması idi. "Səhifə” açıq olan bir şeyə deyərlər. Quran açıq səhifələrə yazıldığı üçün ona bu ad sonradan itlaq edildi. "Mushəf” "Səhifə” nin cəmi olduğuna görə Qurana itlaq olundu. Amma Peyğəmbər (s)-ın zamanında ən məşhur olan adlar həmin Quranda gələn adlar idi. Buna nəbəvi hədislər də dəlalət edir. Məsələn, Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki fitnələr gecə qaranlıqları kimi sizi çaşdırdı, onda Qurana müraciət edin”.

اذا التبست عليكم الفتن كقطع الليل المظلم فعليكم بالقران

və ya; "Quranın başqa kəlamlara nisbət fəziləti, Allahın məxluqa nisbət fəziləti kimidir”.

فضل القران على سائر الكلام كفضل الله على خلقه

Başqa bir yerdə buyurur: "Mən sizin aranızda iki dənə çox qiymətli şey qoyub gedirəm, Allahın kitabı və itrətim”.

انى تارك فيكم الثقلين كتاب الله و عترتى

Gördüyünüz kimi bu hədislər dediyimiz məqsədi təsdiqləyir.

Просмотров: 207 | Добавил: Huseyni | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  May 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz