
Quranın dili
Qurani-Kərimə diqqət edərkən görürük ki, hər hansı bir milliyyətə, mədəniyyətə
və dilə mənsub olmaq bu kitabdan istifadə etməyə mane olmur. Hamı ondan istifadə
etməyi bacarır. Başqa ibarə ilə desək, Quran hamının dilindədir. Şübhəsizdir
ki, dil deyəndə lüğət və ədəbiyyat nəzərdə tutulmur. Məlum məsələdir ki, Quran ərəb
lüğətindədir. Amma insanlar müxtəlif dillərdə danışırlar. Quran dili deyəndə
insanların müştərək olan dilindən söhbət gedir. Doğrudur, insanlar müxtəlif mədəniyyətə
və iqlimə malikdirlər. Buna baxmayaraq onların arasında müştərək dil və mədəniyyət
vardır. Dəyişilməyən həmin müştərək dil və mədəniyyət, insaniyyət dili və mədəniyyətidir.
O, bütün insanlar arasında əbədidir. O dil və mədəniyyət insan fitrətindən ibarətdir.
Allah-Təala da Quranı insanların fitrətini oyatmaq və yaşatmaq üçün göndəribdir.
Bəli,
Quran məfhumu fitrət dilindədir. Bütün insanlar da fitrətdə müştərəkdirlər. Biz
bu məsələ ilə tarixdən də tanışıq ki, Peyğəmbər (s)-in ətrafında müxtəlif millətlərdən
olan insanlar var idi. Bü gün də Quran əhli müxtəlif dillərə və adət-ənənələrə
mənsubdurlar. Amma hamısı Qurandan tərbiyələnib, iman sahibi olub kamala yetişirlər.
Həzrət
Peyğəmbər (s)-in şüarlarından biri də belə idi: "Mən ağlara, qaralara və
qırmızılara peyğəmbər göndərilmişəm. (Biharül ənvar, c-16, c-323).
ارسلت الى الابيض والاسود والاحمر
Həzrətin (s) məqsədi bütün millətlərə peyğəmbər
olaraq göndərildiyini bildirməkdir.
Quranın
ümumi olmağı və məfhumunun hamı tərəfindən başa düşülməsi barədə Quranın özündə
də çoxlu ayələr vardır. Xülasəyə görə onlardan fəqət birinə işarə edək: "Ey
camaat, həqiqətən Allahınız tərəfindən sizə burhan gəlib və biz sizə aşkar nur nazil
etmişik”. (Nisa-174).
يايها الناس قد جاء كم برهان من ربكم وانزلنا
اليكم نورا مبينا
Deməli, bütün bu deyilənlərdən belə nəticəyə
yetişirik ki, Quran bütün insanlara və onların fitrətlərinə uyğun nazil
olubdur. |