Hacı Cavad məscidinin axundu İlahiyyatçı Hacı Əhliman Rüstəmov:
Bəşəriyyətin müqəddəs və sonuncu doğru yol göstərən səmavi kitabı Qurani Kərimin yandırılması insanlıqdan kənar bir əməldir. Bu işi törədənlər heç bir dinə baglı olmayan dinsiz, şərəfsiz, izzətsiz və İslam düşmənlərinin aləti olan fitnəkar kafirlərdir. İslam dini daxilinə məzhəblər arası fitnə salmaqla çox məşğul oldular və olurlar da. Amma bilməlidirlər ki, İmam Hüseyn (ə.s)-ın şəhadəti ilə əbədiyyətə qovuşan İslamın nuru heç vaxt sönməyəcək. Əziz Peyğəmbərimiz Hz.Məhəmməd (s)-ın İslam maarifi Əhli-Beyt (ə.s)-ın məsum İmamları vasitəsi ilə bizlərə olduğu kimi çatdırılıb və bundan sonra da din böyüklərimiz tərəfindən gələcək nəsillərə olduğu kimi ötürülərək daima Allahın lütfü ilə yaşayacaqdır.
Müqəddəs Qurani Kərimi yandırmalarını kəskin şəkildə pisləyir, Allahdan bütün müsəlmanlara səbr, kafirlərə isə Allahdan lənət diləyirəm. Qurani Kərimi yandıranlar heç bir dinə mənsub deyil dinsiz vəhşilərdir. Onların bu fitnəsi İslam ilə digər dinləri üz-üzə gətirərək dinlər arasına təfriqə salmaqdır. Əlbətdə ki. müsəlmanlar belə oyunlara gəlməyərək bütün səmavi kitablara daima hörmət göstərməyə davam edəcəkdir.