Qedr gecesi - 19 Августа 2011 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2011 » Avqust » 19 » Qedr gecesi
11:31
Qedr gecesi
Rəhman və Rəhim Allahın adı ilə
1. Şübhəsiz biz onu Qədr gecəsi nazil etdik.
2. Və Qədr gecəsinin nə olduğunu sən nə bilirsən?
3. Qədr gecəsi min aydan yaxşıdır.
4. O gecədə mələklər və ruh Allahın iznilə işləri yerinə yetirməyə nazil olarlar.
5. O gecə, fəcrin açılmasına qədər salamatlıqdır.
«Qədr» surəsi (97-ci surə)

Qədr gecəsi ilə əlaqədar əhya (oyaq qalma) gecələrinin keçirilməsi haqqında.

I əhya gecəsi - Ramazan ayının 18-dən 19-na (bu il üçün avqustun 19-dan 20-nə) keçən gecədir;
II əhya gecəsi - Ramazan ayının 20-dən 21-nə (avqustun 21-dən 22-nə) keçən gecədir;
III əhya gecəsi - Ramazan ayının 22-dən 23-nə (avqustun 23-dən 24-nə) keçən gecədir.
Qeyd: Ümumiyyətlə, imkan daxilində, mübarək Ramazan ayının bütün gecələrində əhya saxlamaq tövsiyə edilir. Lakin bu mümkün olmasa, Ramazan ayının 18-dən 19-na keçən gecədən başlayaraq, ayın sonuna kimi əhya saxlamaq məsləhətdir. Bu da çətinlik törətsə, onda qeyd olunmuş 3 gecəni əhya saxlamaq yaxşı olar.

Mübarək Ramazan ayının mühüm proqramlarından biri olan Qədr gecəsi haqqında.

Qədr gecəsi - elə bir gecədir ki, 1000 aydan üstündür. Bir gecədir ki, onun 1000 ay cihaddan, 1000 ay ibadətdən, 1000 ay səltənət etməkdən üstün olduğu buyrulub. Bu elə bir şərafətli gecədir ki, insanların ruzisi, onların əcəlləri və digər işləri bu gecədə tə’yin edilir. Bu bir gecədir ki, onda Qur’an nazil olunub. Bu əzəmətli gecənin mübarəkliyi Qur’ani-şərifin özündə bildirilir.
    Əhli-beytə (ə) istinadən nisbət verilən hədislərdə bildirilir ki, «..Mələklər Qədr gecəsi Yerə enirlər və Yer üzünə yayılırlar; mö’minlərin məclislərinə baş çəkirlər, onları salamlayırlar və onların duaları üçün «Amin!» deyirlər. Və bu vəziyyət dan yeri sökülənədək davam edir». Və yenə bildirilir ki, «..Bu gecə ağvalideynlərdən, sileyi-rəhmi (qohumlarla əlaqəni) kəsənlərdən, içki içənlərdən və qəlbində bir mö’minə qarşı düşmənçilik hissi olan şəxslərdən başqa, heç kimin duası Allah dərgahından geri qaytarılmaz».

Qədr gecəsi ilə əlaqədar tövsiyələr:

1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;
2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;
3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;
4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün mö’minlərin öz üzərində haqqını halal etmək;
5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;
6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Qur’an oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.

ŞƏHADƏT

Hicri 40-cı il Ramazan ayının 19-da, Kufə məscidində sübh namazını qıldığı zaman Əmirəlmö’minin Həzrət Əli (ə) sui-qəsdə mə’ruz qalmış, Ramazan ayının 21-də Mütəal Allahın yolunda həyatını qurban verərək,  şəhadətə yetişmişdir.
Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: «Əli - rəbbani və ilahi bir İmamdır və nuraniyyət abidəsidir. Bütün allahpərəstlərin, ariflərin qütbüdür, paklar sülaləsinin övladıdır; həqiqəti söyləyəndir, İmamətin əsası və mərkəzidir, Peyğəmbərin 2 gül dəstəsi və cənnət cavanlarının sərvərləri - Həsən və Hüseynin atasıdır». Həzrət Rəsulullahdan (s) nəql edirlər: «Gördüm ki, behiştin qapısına yazılmışdır: "Allahdan başqa mə’bud yoxdur, Mühəmməd(s) Onun elçisidir, Əli (ə) - onun (Peyğəmbərin) qardaşıdır”».
Həzrət Əli (ə) belə münacat edirmiş: «İlahi! Mən aqibətimin, sonumun qorxusundan deyil və ya mükafatına qarşı rəğbətdən deyil, həqiqətdə mən yalnız Səni ibadət üçün layiq tapdığım üçün Sənə ibadət etdim».


Категория: Məqalələr | Просмотров: 1241 | Добавил: Huseyni | Рейтинг: 0.0/0
Всего комментариев: 13
0  
13 Rusty   (11.12.2011 19:03)
IMHO you've got the right aneswr!

0  
12 Vusala   (27.08.2011 23:45)
Allahdan basqa hec kimin qarsisinda diz cokmeyin, ondan basqa hec kime inanmayin. Allah hamimizi qorusun. Amin.

0  
11 Vusala   (27.08.2011 23:43)
ALLAH boyukdur ve bagislayandir, sadece biz dualarimizi, sevgimizi ve inamimizi esirgemeyek. Yalniz o her seyin en dogrusunu bilir.

0  
10 sona   (23.08.2011 22:09)
Allah butun bendelerinden razi olsun ve bizi hec bir zaman yalniz buraxmasin

0  
9 sona   (22.08.2011 17:51)
allah cox boyuk ve ondan daima bizi oz yolundan cixartmamasi yeni duz yoldan hec birzaman cixartmamasi ucun ve onu ureyimizdeki sevgisini artirmasi ucun daima dualar etmeli ve bu dualarimizi eskik elelmemeliyiz

0  
8 sona   (22.08.2011 17:48)
allah her kesin orucunu ve dualarini qebul elesin AMIN

0  
7 sona   (22.08.2011 17:46)
allah haminizdan razi olsun

0  
6 sona   (22.08.2011 17:45)
SALAMLAR menim adim sonadi ve men allahdan cox qorxuram ve hemiwe bizim ucun yeni butun muselman caamati ucun dua eliyirem ki bizim sonumuzu xeyir elesin ve bizi cehennemin quzmar odunnan qorusun umumiyyetle her bir muselman yalniz ozu ucun yox butun muselmanlar ucun dua elemelidirler

0  
5 Ali   (22.08.2011 17:44)
SALAM. BAGISHLAYIN, LEZIZ TOYUQLARINI HARADAN TAPA BILERIK?

0  
4 mehemmed   (22.08.2011 04:09)
allah butun muselmanlarin dualarini qebul etsin.

0  
3 melek   (22.08.2011 00:29)
Allah razi olsun

0  
1 Yegane   (19.08.2011 19:12)
Teshekkurler. Allah razi olsun sizden

0  
2 Huseyni   (21.08.2011 21:25)
Allah sizlerden razi olsun.

Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  Avqust 2011  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz