<script src="http://cdn.connect.mail.ru/js/share/2/share.js" type="text/javascript" charset="UTF-8"></script>
1-ci Qədr gecəsi
Ramazanın 18-dən 19-na keçən gecə Avqustun 29-dan 30-na keçən gecə
1) Şam namazına yaxın qüsl almaq.
2)100 dəfə "Əstəğfırullahə rəbbi və ətubu iləyh” demək
3)100 dəfə "Əllahumməl`ən qətələtə Əmirəlmumininə” demək
4) İki rükət namaz qılmaq. Hər rükətdə "Həmd” ("Fatihə”) surəsindən sonra yeddi dəfə "İxlas” surəsini oxumaq. Namazı qılıb qurtardıqdan sonra 70-dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək.
5) Quranı açıb başa qoyaraq bu duanı oxumaq
"Əllahummə inni əsəlukə bikitabikəl munzəli və mahifi və fihi ismukəl-əkbəru və əsmaukəl-husna və ma yuxafu və yurca ən təcələni min utəqaikə minən nar”.
(Allahım! Səndən nazil etdiyin kitaba xatir istəyirəm. Onda olanlara xatir isteyirəm. Onda olan böyük adına və gözəl sifətlərinə xatir istəyirəm. Həm qorxur, həmdə ümid edirəm ki, məni odundan nicat tapanlardan qərar verəcəksən).
6) Quranı açıb bu duanı oxumaq
"Əllahummə bihəqqi hazəlqurani və bihəqqi mən ərsəltəhu və bihəqqi kulli muminin mədəhtəhu fihi və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə minkə.”
(Allahım! Səni and verirəm nazil etdiyin Qurana. Səni and verirəm onu göndərdiyin şəxsə. Səni and verirəm onda tərif etdiyin hər bir mömin bəndənə. Səni and verirəm onların üzərində olan haqqına. O haqqına ki, onu Səndən savayi kimsə dərk etməz).
7)Sonra Quranı baş üzərinə qoyub aşağıdakı adların hərəsinə 10-dəfə and vermək lazımdır.
1.Bikə ya Allah,
2.Bi Muhəmmədin (s)
3.Bi Əliyyin (ə)
4.Bi Fatimətə (s.ə)
5.Bil Həsəni (ə)
6.Bil Huseyni (ə)
7.Bi Əli ibn Huseyn (ə)
8.Bi Muhəmməd ibn Əli (ə)
9.Bi Cəfər ibn Muhəmməd (ə)
10.Bi Musa ibn Cəfər (ə)
11.Bi Əli ibn Musa (ə)
12.Bi Muhəmməd ibn Əli (ə)
13.Bi Əli ibn Muhəmməd (ə)
14.Bi Həsən ibn Əli (ə)
15.Bil Huccəti (ə)
Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir.
8)100-rükət (sübh namazına kimi) müstəhəbbi namaz qılmaq,Boynunda qəza namazı olan şəxs 6-günlük namazlarını qıla bilər. Bunun savabı həm 100-rükətli müstəhəb namazın savabını ödəyər,həm də 6-günlük qəza namazını qılmış olar.
9)Peyğəmbər və onun Əhli-Beytinə salavat göndərmək.
Əllahummə səlli əla Muhəmmədin və ali Muhamməd.
10) 100-dəfə Əstəğfirullahə rəbbi və ətubu iləyh demək və tövbə etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm.
2-ci Qədr gecəsi
Ramazanın 20-dən 21-nə keçən gecə Avqustun 31-dən Sentyabrın 1-nə keçən gecə
21-ci günün fəziləti 19-cu günün fəzilətindən daha çoxdur.
1) Qüsl almaq.
2) Gecəni səhərə qədər əhya saxlamaq.
3) 2 rükət namaz qılmaq. Hər rükətdə "Həmd” surəsindən sonra 7 dəfə "İxlas”surəsini oxumaq.
4) Quranı başa qoyub 19-cu gecədə oxunan zikri təkrar etmək.
5) Coşən-kəbir duasını oxumaq.
3-ci Qədr gecəsi
Ramazanın 22-dən 23-nə keçən gecə Sentyabrın 2-dən 3-nə keçən gecə
Əvvəlki gecələrdə yerinə yetirilən əməlləri təkrar etdikdən sonra açağıdakı əməlləri də yerinə yetirmək tövsiyə olunur.
1) "Ənkəbut” (29-cu), "Rum” (30-cu), və "Duxan” (44-cü) surələri oxumaq.
2) Qədr surəsini 1000 dəfə oxumaq.
3) İmam Zamanın (ə.f) duasını oxumaq.
(Dua kitablarında hər üç gecəyə məxsus digər dualar da qeyd olunmuşdur).