NAMAZ VƏ ONUN TƏ`SİRİ - 21 Июля 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » İyul » 21 » NAMAZ VƏ ONUN TƏ`SİRİ
20:06
NAMAZ VƏ ONUN TƏ`SİRİ


NAMAZ VƏ ONUN TƏ`SİRİ

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  "Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kovsər hovuzuna) gələ bilməz. (Yə`ni belə şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin mərhəmət və lütfünə şamil olduqları yerə daxil olmaz və həzrətin ümmətindən sayılmaz)”

Mən layəhzuruhul-fəqih. c.1,s.206.

İmam Sadiq əleyhissalam buyurur:  Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə yuyunsa onun bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzəyir. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar.

Biharul-ənvar /82/236.

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  "Vacib namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir.”

Biharul-ənvar , c.99, s.14.

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Öz namazlarınızı (onun düzgün oxunmasına əhəmiyyət verməməklə) heç etməyin. Həqiqətən hər kəs namazın vaxtına və düzgün olması məsələlərinə riayət etməsə, Qarun və Haman ilə birlikdə məhşərə daxil olacaqdır və Allaha vacibdir ki, onu münafiqlərlə birlikdə Cəhənnəm oduna daxil etsin.

Biharul-ənvar /83/14.

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  "Namazda elə halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan (namazı son dərəcə hüzuri-qəlblə qıl, e`dam hökmü verilmiş şəxsin e`damdan qabaq qıldığı son namazı kimi)”.

Biharul-ənvar, c.69, s.408.

İmam Əli əleyhissalam buyurur:  "Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi.”

Təsnifu Qürərul-hikəm, səh.175.

İmam Baqir əleyhissalam buyurur:  "Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir.”

Biharul-ənvar , c.7, s.267.

İmam Sadiq əleyhissalam buyurur:  "Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz”. (Onlar şəfaətimizdən məhrum olarlar).

Biharul-ənvar, c.2, s.236.

İmam Məhəmməd Baqir əleyhissalam buyurur:  Hər kəs on xislətlə Rəbbinə qovuşarsa cənnətə daxil olar:  Allahdan başqa heç bir mə`bud olmadığına və həzrəti Məhəmmədin Onun Rəsulu olduğuna şəhadət vermək, o Həzrətin Allah tərəfindən gətirdiklərini iqrar (təsdiq) etmək, namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, Allah evinin ziyarətinə — həccə getmək, Allah vəlilərinin vilayətini iqrar etmək, Allah düşmənlərindən uzaq olmaq və bütün məstedici şeylərdən çəkinmək.

Xisal /432.

İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Namaz hər bir pərhizkar şəxsin ilahi rəhmətə yaxınlaşması vasitəsi, həcc isə hər zəif və bacarıqsız insanın cihadıdır. (Çünki həccdə əhli-əyaldan uzaqlaşmaq, soyuqluq, istilik, qorxu və sair kimi çətinliklər vardır.) Hər şeyin bir zəkatı vardır, bədənin də zəkatı oruc tutmaqdır. Qadının cihadı isə öz əri ilə yaxşı rəftar edib ona itaət etməsidir.

Nəhcül-bəlağə, kəlimati qisar /136.

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Ölüm mələyi (Əzrail əleyhissalam) hər gecə nida edib deyir:  Ey qəbr əhli, bu gün kim üçün və nə üçün qibtə edirsiniz? Artıq axirət işini aşkar şəkildə gördünüz?! Ölülər cavabında deyərlər:  Biz mö`minlərə qibtə edirik ki, məscidlərində namaz qılırlar, biz isə qılmırıq. Onlar zəkat verirlər, biz isə vermirik. Onlar Ramazan ayında oruc tuturlar, biz isə oruc tutmuruq. Onlar sədəqə verir, biz isə sədəqə vermirik. Onlar Allahı çox yad edirlər, biz isə yad etmirik. Əfsuslar olsun, dünya evində bizim əldən verdiklərimizə!

İrşadul-qülub /53.

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Bir mələk hər namaz vaxtı nida edib deyir:  Ey bəni-Adəm, namaza qalxın və öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu namaz vasitəsi ilə) söndürün.

Müstədrəkul-vəsail /3/102.

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Öz namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu tamam-kamal yerinə yetirmiş olarsa (bağışlanmış insanlardan olar), əks halda Cəhənnəmə atılar.

Biharul-ənvar /82/202.

Əbu Bəsir deyir:  Mən Ümmü Həmidənin yanına gedib imam Cə`fər Sadiq əleyhissalamın dünyadan getməsini ona başsağlığı verdim. O ağladı, mən də onun ağlamağına baxıb ağladım. Sonra dedi:  Ey Əba Məhəmməd, əgər İmam əleyhissalamı can verərkən görsəydin, qəribə şeylər hiss edərdin. O, son anlarda gözlərini açıb buyurdu:  Mənimlə qohum olan bütün şəxsləri bir yerə yığın. Biz hamını bir yerə topladıqdan sonra Həzrət onlara baxıb buyurdu:  Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz.

Vəsailuş-şiə /4/26.

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Haram yeməklə birlikdə olunan ibadət, (narın) qumlar üstündə tikilən binaya oxşayır.

Biharul-ənvar /84/258.

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Mö`minin şərəfi gecə yuxudan durub namaz qılmaq, izzəti isə başqalarından ehtiyacsız olmaqdadır.

Biharul-ənvar /77/120.

İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Hər kəs gecə çox yatsa (yə`ni gecə namazı qılmasa), elə əməlləri itirmiş olur ki, onları gündüz əldə edə bilməz.

Qürərul-hikəm /289.

İmam Sadiq əleyhissalam buyurur:  Allah-taala Musa ibni İmrana buyurdu:  Ey İmranın oğlu, Məni sevdiyini güman edən, gecə qaranlıqlaşanda isə gözlərini bağlayanlar (yatanlar) yalan deyirlər, (məgər dost öz dostu ilə söhbətdən ləzzət almazmı?!).

Biharul-ənvar /13/329.

İmam Sadiq əleyhissalam buyurur:  Gecə namazını əldən vermə! Həqiqətən ziyankar o şəxsdir ki, gecə namazından məhrum olsun.

Biharul-ənvar /83/127.

İmam Sadiq əleyhissalam buyurur:  Rəsuli-əkrəm (s.ə.v.v.) Cəbrailə dedi:  Mənə nəsihət et. Cəbrail dedi:  Ey Məhəmməd, nə qədər istəsən yaşa, onsuz da axırda öləcəksən; hər nəyi istəsən sev, onsuz da onlardan ayrılacaqsan; hər nə istəyirsən əməl et, onsuz da onları görəcəksən. Mö`minin şərəfi gecə namazında, izzəti isə camaatın namus-qeyrətinə toxunmamaqdadır.

Xisal /72.

İmam Sadiq əleyhissalam buyurur:  Üç şey mö`minin fəxri, dünyada və axirətdə zinətidir:  Gecənin axırında namaz qılmaq, xalqın malına göz dikməmək, Məhəmməd (s.ə.v.v.) övladlarından olan İmamın vilayətini qəbul etmək. 

Biharul-ənvar /75/107.

Просмотров: 188 | Добавил: Huseyni | Рейтинг: 0.0/0
Всего комментариев: 1
0  
1 xeyyam seferov   (21.07.2010 21:41)
Bismillah Assalamu aleykum umməti Muhəmməd(s).rəsulallah buyurmuşdur;Namazi elə halda qıl ki, elə bil ömrünün son namazını qılırsan:
Həzrət Əli(ə) buyurmuşdur;Namaz qılan şəxs onu əhatə etmiş ilahi rəhməti dərk edə bilsəydi,hec vaxt səcdədən başıni qaldırmazdı.
Xanim FATİMƏ(s.ə)buyurmuşdur;ALLAH namazı təkəbbür və qururdan paklanmağımız, zəkati nəfsimizin saflaşması və ruzimizin artmasi, Orucu isə ixlasımızın möhkəmlənməsi ücün vacib etdi.

Namaz behiştə gedənlırin tacıdır
Namaz qeyb alemine acilmiş bir pəncərədir
Namaz insana ALLAHIN rəhmət süfrəsində oturmasına səbəb olur
Namaz ALLAHLA dostluğu davam etdirmək deməkdir
Namaz muminin simasındakı iman cilvəsidir
Namaz sonsuz ruzi verənə əl açmaqdır
Namaz ən pak iman aynasıdır
Namaz qəlbləri dirildən ətirdir
Namaz günah müqabilində bir qalxandır
Namaz günahlar zülmətində qəlbin işıqlanmasıdır
Namaz bütün yaxşılıqlar xəzinısi və eşq fəryadıdır
Namaz cirkinliklərlə mübarizədir
Namaz ALLAHA eşq izhar etməkdir
Namaz özünü yaddan çıxarıb ,ilahi eşqə qovuşmaqdır
Namaz dogrulugun başlangicidir
Namaz günahlardan tövbə edib,ilahi fitrətə qayıtmaqdır
Namaz ALLAHLA danışmaqdır
Namaz qilanda qunut ve secdeleri uzatmaq insanı cəhənnəm əzabından saxlayar
Namaz ilahinin məhrəm yeri və varlıq kəbəsində qəlbin təvafıdir
Namaz müsəlmanların əməli əhdləridir
Namaz qəlbi ALLAHİ yad etməklə dirildir
Namaz qəlb əhlinin istəyi və Peyğəmbərin dostudur
Namaz şeytanla mübarizə edib ALLAHLA əhd-peyman bağlamaqdır
Namaz məbudla ünsiyyətdə olmaq və ruh yüksəkliyidir
Namaz dini abad edib,şeytanlari zəlil etməkdir.
ALLAH bizleri namazsız etməsin inşallah........


Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  İyul 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz