NƏFSİ TANIMAQLA ALLAHI TANIMAQ OLAR - 22 Апреля 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » Aprel » 22 » NƏFSİ TANIMAQLA ALLAHI TANIMAQ OLAR
15:00
NƏFSİ TANIMAQLA ALLAHI TANIMAQ OLAR

NƏFSİ TANIMAQLA ALLAHI TANIMAQ OLAR

Həyat təcrübəsi nəticəsində bizim hər birimizə mə’lumdur ki, bə’zən başımız ətraf mühitə, dünyəvi məsələlərə və nəfsani istəklərə elə qarışır ki, kim olduğumuzu, harada olduğumuzu, hansı hədəfdən ötrü yaradıldığımzı tamamilə unuduruq. Xüsusi ilə, bəzi əyləncəli oyunlar zamanı insan hər şey yaddan çıxır. Dində bu hal "ləhv” adlanır və islama görə bu sifət möminə yaraşmayan sifətlərdən hesab olunur. Ləhvin bəzi dərəcələri isə haram buyurulmuşdur. Bu cür halın əlaməti ondan ibarətdir ki, həmin vaxt insana özünü xatırlatdıqda narahat olur. Belə insanlar Allah, axirət, dini vəzifələri haqında düşünməməklə qalmır, bu fikirləri unutduracaq mühitə can atır. Bu adam sanki özündən qorxur. Tənhalıqda öz şəxsiyyəti haqqında düşünə biləcəyi halda özü ilə təklikdə qalmaqdan qaçır. Bu insan artıq kənarda başını müxtəlif əyləncələrə qatmağa adət etmişdir. Bir çox azğınlıqların, günahların səbəbi məhz insanın özündən qaçmasıdır.

İnsan şüurlu varlıqdır. Elm və özünüdərketmə hissi onun zatında mövcuddur. Ona görə də vücudunda özünüdərketmə hissi az olan insan insaniyyətdən uzaqlaşır. Bu, onun özünə biganəliyindən irəli gəlir. Özünəbiganəlik haqqında qərbdə də müxtəlif nəzəriyyələr mövcuddur. Amma İslamda həmin məsələ daha dərin və əsaslı şəkildə araşdırılmışdır. İslam maarifi nəzərindən insan özünü həqiqət prizmasından qiymətləndirə bilsə ilahi mərifətə nail olar. "Biharül-ənvar”da nəql olunmuş məşhur hədisdə buyurulur: "Özünü tanıyan Allahını tanımışdır.” Bu hədis həm Həzrət Peyğəmbər (s), həm də Həzrət Əlidən (ə) nəql olunmuşdur. Buna diqqət yetirmək lazımdır ki, hədisdə "Allahı tanımağın yolu nəfsi tanımaq-dır” deyilməyib. Bu iki məsələ (Allahı tanımaq və özünüdərketmək) bir növ cütlük təşkil edir, başqa sözlə, bir-birlərindən ayrılıqda mümkün deyil.

                                          

Просмотров: 174 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  Aprel 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz