Mübarək Rəcəb ayı başlandı. - 14 Июня 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » İyun » 14 » Mübarək Rəcəb ayı başlandı.
18:42
Mübarək Rəcəb ayı başlandı.
Rəcəbin ilk günü İmam Muhəmməd Baqirin mövlud günüdür.

İmam Baqir əleyhissəlamın həyatı barədə qısa məlumat:

İmam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi yaxud otuz səkkiz yaşı var idi. Adı Məhəmməd künyəsi Əbu Cəfər ləqəbləri Baqir Baqirül-ülum olmuşdur. Anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (əleyhissəlam) həm ata həm də ana tərəfdən Həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olmuşdur.


  Məsihi yepiskopu ilə münazirə

          Hişamın sarayının İmam Baqir əleyhissəlamın elmi əzəmətini nümayiş etdirmək üçün münasib yer olmadığına baxmayaraq, xoşbəxtlikdən o Həzrət üçün Şam şəhərini tərk etməzdən qabaq camaatın fikrini oyadıb öz elmi məqamını onlara göstərmək üçün çox yaxşı bir fürsət düşdü. İmam Baqir (əleyhissəlam) bu fürsətdən istifadə edib Şam əhalisinin fikrini tamamilə dəyişdi. Hadisə belə baş vermişdi: Hişamın İmam Baqir əleyhissəlama qarşı hörmətsizlik etməyə əlində bir bəhanəsi yox idi. Çarəsiz qalıb o Həzrətin Mədinəyə qayıtmasına razılıq verdi. Elə ki İmam Baqir (əleyhissəlam) öz əziz oğlu ilə saraydan çıxdı sarayla üzbəüz olan meydanın axırında yerə oturmuş böyük bir insan dəstəsi gördü. İmam onların nə üçün yığıldığını soruşduqda, ona dedilər ki bunlar xristian keşiş və rahibləridir. Öz adət-ənənələrinə uyğun olaraq ildə bir dəfə keçirilən böyük elmi məclislərinin başlanmasını elmi çətinliklərini həll etmək məqsədilə böyük yepiskopun gəlməsini gözləyirlər. İmam Baqir (əleyhissəlam) naməlum şəxs şəklində camaatın arasına girib orada iştirak etdi. Bu xəbər dərhal Hişama çatdırıldı. Hişam bir neçə nəfər təyin edib onlara tapşırdı ki gedib yaxından o məclisdə iştirak etsinlər. Çox çəkmədi ki həddən artıq qocalıb əldən düşmüş yepiskop gəlib çox hörmət və ədəblə məclisin yuxarı başında oturdu. Sonra camaatı nəzərdən keçirdi. İmam Baqir əleyhissəlamın siması onu özünə cəlb etdiyi üçün üzünü İmam əleyhissəlama tutub soruşdu: "Biz xristianlardansan yoxsa müsəlmanlardansan?”
İmam Baqir (əleyhissəlam): "Müsəlmanlardanam.”
— Onların alimlərindənsən yoxsa nadanlarından?
— Nadanlardan deyiləm.
— Əvvəl mən sual edim yoxsa sən soruşursan?
— İstəyirsinizsə siz soruşun.
— Hansı əsasa görə siz müsəlmanlar iddia edirsiniz ki Cənnət əhli yeyib-içəcək ancaq onlardan ifrazat xaric olmayacaq? Bu məsələyə dair bu dünyada aşkar bir nümunə varmı?
— Bəli bu məsələnin aşkar nümunəsi ana bətnində olan uşaqdır. O anasının qarnında qidalanır ancaq ondan ifrazat xaric olmur.
— Təəccüblüdür! Bəs siz dediniz ki alimlərdən deyilsiniz?
— Mən belə demədim mən dedim ki nadanlardan deyiləm.
— Başqa bir sualım var.
— Buyurun!
— Hansı əsasa görə deyirsiniz ki Cənnət meyvələri azalmır və nə qədər istifadə etsən, yenə də olduğu kimi qalıb əskilmir? Dünyada olan şeylərdən buna dair bir nümunə qeyd edə bilərsinizmi?
— Bəli onun bu dünyada aşkar nümunəsi alovdur. Siz bir məşəlin alovundan bir neçə məşəl yandırsanız da, birinci məşəlin alovu yenə də olduğu kimi qalacaq və ondan əsla əskilməyəcək.
Yepiskopun fikrinə gələn hər nə çətin sual var idisə, hamısını soruşdu və hamısı haqqında qaneedici cavab eşitdi. Özünü aciz görüb bərk hirsləndi və dedi: "Camaat dini məlumatı məndən çox olan bir adamı bura gətirmisiniz ki məni rüsvay edəsiniz? Müsəlmanlar bilsinlər ki onların rəhbərləri bizdən üstün və biliklidirlər. And olsun Allaha daha sizinlə söhbət etməyəcəyəm. Əgər gələn ilədək sağ qalsam məni daha öz aranızda görməyəcəksiniz.” Bunu deyib yerindən qalxaraq kənara çıxdı.



Elmi inqilabın banisi

İmam Məhəmməd Baqir (əleyhissəlam) öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiq əleyhissəlamın İmaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (əleyhissəlam) elm zöhd (təqva) fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş onun böyük elmi və əxlaqi məqamı dostun da düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər təfsir İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki o vaxtadək İmam Həsən (əleyhissəlam) İmam Hüseyn əleyhissəlamın övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir. O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən istifadə edirdilər. Cabir ibn Yezid Cüfi Kisan Sicistani həmçinin, İbn Mübarək Zühri Uzai Əbu Hənifə Malik Şafei Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş onun buyurduqlarını gah bilavasitə gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş.
Sünni məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri Bəlazəri Səlami Xətib Bağdadi Əbu Nəim İsfahani eləcə də, ən mötəbər qaynaqlarından olan Müvəttəi-Malik Sünəni-Əbu Davud Müsnədi-Əbu Hənifə Müsnədi-Mərvəzi Təfsiri-Nəqqaş Təfsiri-Zəməxşəri (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqir əleyhissəlamın mənalı sözləri ilə doludur və onların hər yerində "Məhəmməd ibn Əli (İmam Baqir (əleyhissəlam)) buyurmuşdur” yaxud "Məhəmməd Baqir (əleyhissəlam) buyurmuşdur” ifadəsi gözə dəyir.
Şiə kitabları da, müxtəlif sahələrdə İmam Baqir əleyhissəlamın rəvayət və hədisləri ilə doludur. Bu kitablarla azca tanışlığı olan şəxs bu həqiqəti təsdiq edər.


Просмотров: 208 | Добавил: Huseyni | Рейтинг: 3.0/2
Всего комментариев: 2
+1  
1 zehretul_kerbela   (15.06.2010 14:55)
Allah razi olsun,choox sagolun,saytda eziyyeti olan her kese tewekkurumu bildirirem

0  
2 Huseyni   (15.06.2010 23:13)
Allah sizden ve saytin butun istifadecilerinden razi olsun.amin.

Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  İyun 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz