Maarif bəyan etməkdə Quranın başqa kitablarla fərqi - 4 Мая 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » May » 4 » Maarif bəyan etməkdə Quranın başqa kitablarla fərqi
23:48
Maarif bəyan etməkdə Quranın başqa kitablarla fərqi

Maarif bəyan etməkdə Quranın başqa kitablarla fərqi

         Əvvəldə qeyd etdiyimiz kimi Qurani-Kərim ilahi maarifləri bəyan etməkdə xüsusi üslublardan istifadə edibdir. İndi isə Quranın üslubunun digər elmi kitabların üslubu ilə fərqini qeyd edək.

            Allah-Təala Peyğəmbər (s)-in risalətini bəyan edərkən bəzən buyurur: ”Cammata kitab və hikməti öyrət”.

            Bəzi hallarda o, Peyğəmbər (s)-in risalətini xalqı zülmətdən nura doğru aparan kimi elan edir. Qurani-Kərimi isə xalqı hidayət etməkdə Peyğəmbər (s) üçün bir silah kimi qələmə verir: "Mənim əzabımdan qorxanları Quranın vasitəsi ilə xəbərdar et”.

فذكر بالقران من يخاف وعيد

Bu, Quranı insanları paklandırmaq və təlimləndirmək üçün vasitə hesab edir. Bu əsasla Qurani-Kərim başqa elmi kitablar kimi təkcə elmi və təbiət məslələri və ya əxlaq kitabları kimi təkcə öyüd-nəsihət, yaxud üsul və fiqh kitabları kimi üsul və fiqh mənalarını bəyan etməklə kifayətlənmir.

            Qurani-Kərim insanları hidayət etmək üçün xüsusi üslublardan istifadə edib ki, biz də onlardan bəzilərini qeyd edirik:

1.       Təmsildən (misal gətirmək – red.) istifadə etmək. Bu yolla ağır və ali olan bəhsləri sadələşdirib insanlara çatdırır.

2.       Quranın dəlillərinin qarşısında inadkarlıq edənlərin müqabilində onların öz dillərində bəhs edir.

3.       Məsələləri bir-biri ilə qarışdırıb başa salır. Məsələn, maarif və əhkamı moizə və əxlaqla, kitabın və hikmətin təlimini nəfsin təzkiyə və tərbiyəsi ilə, nəzəri məsələləri əməli məsələlərlə, icrai məsələləri icrayə zəmanət olan məsələlərlə. Nümunə olaraq,  oruc tutmağın ki, hasili təqvadır, onu qarışdırıb; "Oruc tutun, ta təqvalı olasınız” deyərək bəyan edir.

4.       Başqalarından nəql olunan sözləri və nəzərləri nəql edərək onların barəsində qəti hakimlik edir. Amma digər elmi kitablar belə deyildir. Quran iki nəfərin işi barəsində söz açandan sonra onların hansının düz olduğunu xüsusi bir formada bəyan edir. Məsələn, Həzrət Adəmin (ə) oğlanlarının arasında olan mübahisəli məsələni nəql edərkən buyurur: "Həqiqətən Allah təqvalıdan qəbul edir” (Maidə-27). Yəni bu iki nəfərdən biri ki, Həzrət Habil idi, onun qurbanı qəbul oldu. Çünki, o, təqvalı idi. Bu baxımdan Qurana "qovl fəsl” deyirlər. "Tariq” surəsinin 13 – 14-cü ayələrində bu barədə buyurulur: "Həqiqətən bu, bir haqq sözdür və zarafat deyil”.

انه لقول فصل   و ما هو بالهزل

5.       Qurani-Kərim ilə başqa elmi kitabların bir fərqi də ondadır ki, Quran təbiətşünaslıq məsələləri ilə Allahı tanımaq məsələlərini bir-birinə bağlayır. Başqa kitablar əşyanı üfuqi cəhətdən bəyan edir. Məsələn, filan mədən neçə milyon il bundan qabaq bəzi hadisələrlə üzləşib və bundan neçə milyon illər sonra başqa bir hadisələrlə üzləşəcək.

Amma Qurani-Kərim bir nur və hidayət kitabı olduğundan əşyanı əmudi cəhətdən bəyan edərək onların məbdə və məadla olan əlaqələrini də aşkar edir. Məsələn; "Aya, kafirlər görmürlər ki, göylər və yer bitişik idilər, biz onları bir-birindən ayırdıq, hər şeyi sudan diriltdik, iman gətirməmisiniz?” (Ənbiya-30).

اولم يرالذين كفروا ان السموات والارض كانتا رتقا ففتقناهما  وجعلنا من الماء كل شىء حى افلا يؤمنون

Bu cürə ayələrdə başqa elmi kitablardan fərqli olaraq üfuqi cəhətdən bəyan edəndən sonra əşyanın şaquli cəhətinə işarə edərək məbdəi failini, məbdəi qaini və son hədəfini də bəyan edir. Yəni bu işin edəni kimdir və bu işin son hədəfi nədir?

6.       Tarixin ibrətli səhifələrini toplayaraq qissə şəklində bəyan edir. Qurani-Kərim tarix kitabları kimi tarixi hadisələrin hamısını yazmır. Bəlkə bəzi bəhsləri bəyan edir ki, o hissə insanların hidayətinə səbəb olur. Sonra bu hissəni sünnəti-ilahi (tarixin fəlsəfəsi) adlandırır. Məsələn, Həzrət Musa (ə)-ın adı Quranda yüz dəfədən çox qeyd olunubdur və o həzrətin qissəsi 28 surədə geniş surətdə bəyan edilibdir. Amma bu qissələrdə o həzrətin viladəti və vəfatının tarixini qeyd edilməyibdir. Fəqət həssas nöqtələrə işarə edibdir. Məsələn, Həzrət Musa (ə)-ın doğulandan sonra anasına Allah tərəfindən onun suya atılmasına dair vəhyin gəlməsi və onun böyüyəndən sonra anasına qaytarılması və peyğəmbər olmasından söhbət açılıbdır. Bunlar da Allaha etiqad etməyin şirin aqibətini və başqa ibrət götürməli nöqtələri nəzərə çatdırır.

7.       Quran başqa kitablardan bir cəhətdən də fərqlənir. Quranda olan təlim və maarifə yetişmək üçün ilahi vəhydən istifadə etmək gərəkdir. Amma başqa elmi kitablarda olan təlim və maarifə yetişmək cətin deyil və adi insanlar üçün də bu məsələ mümkündür.

Allah-Təala "Nisa” surəsinin 113-cü ayəsində Peyğəmbər (s)-ə buyurur: "Allah sənə maariflər öyrətdi ki, adi yollarla onları öyrənmək iqtidarında deyilsən”.

وانزل الله عليك الكتاب والحكمة وعلمك مالم تكن تعلم

Bu söhbət təkcə dunyada elmin səviyyəsinin aşağı olan vaxtına aid deyil, bəlkə həmişə və əbədi olaraq Quran bəşərin əli çatmayan elmlərin müəllimidir. Qurani-Kərim xüsusi yerlərdə qeyd edir ki, dünyanın gizli olan sirrlərini ancaq vəhyin nurunda tapa bilərsiniz: "Döyüşmək sizin üçün yazılıb, bu sizə acıdır, amma sizə acı gələn işlərin sizə xeyri olar, bəzən də bir işi sevərsiz, amma o  sizin ziyanınızadır, Allah bilir, amma siz bilmirsiniz” (Bəqərə-216).

كتب عليكم القتال وهو كره  لكم  وعسى ان تكرهوا شيا وهو شر لكم والله يعلم وانتم لا تعلمون

Bu xitab bütün fərdlərə aiddir.

8.       Elmi kitablarda adətən bir şeyi bəyan edərkən onun misdaqını* aşkar etməzlər. Amma Quran bunun əksinə olaraq onu bəyan edir. Məsələn, yaxşı və yaxşıları bəyan edərkən buyurur: "yaxşılıq məşriqə və məğribə üz döndərməkdə deyil, lakin yaxşılıq Allaha və qiyamət gününə iman gətirənlərdədir”. (Bəqərə-177).

ليس البر ان تولوا وجوهكم قبل المشرق والمغرب ولكن البر من ءامن باالله  واليوم الاخر

9. Quranın üslublarından biri də mətləbi təkrar etməkdir. Çünki, Quran hidayət kitabıdır və hidayət məqamında bir mətləb gərək hər münasibətdə xüsusi bir dil ilə əda olunsun ki, təsirli olsun.

Bunlardan başqa da bir neçə üslublar vardır ki, ixtisarə görə onları qeyd etmirik.

Bəli, yuxarıda dediyimiz xüsusiyyətlər məhz Qurana məxsusdur və bu göstərir ki, Quran çox dərin mənalı bir kitabdır. Ona görə də bu kitabla gərək çox ehtiyatla davranasan. Təfsir və tərcüməsində fikirləşəsən ki, bu kitab Allah kəlamıdır, onu hər necə gəldi məna etmək olmaz.

Həyatda təcrübə etdiyimiz bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Biz böyük bir alimin kitabına baxarkən, yaxud ondan istifadə edərkən müəllifin savadını və elminin çoxluğunu nəzərə alaraq onun kitabı ilə ehtiyatla davranırıq. Bütün elmlər Allah tərəfindən Quranda cilvələnibdir. Gərəkdir bu kitabla da rəftar edərkən məsuliyyət hiss edək və kimin kitabına rəy və nəzər verdimizi fikirləşək. Bilmədiyimiz məqamlarda acizliyimizi etiraf edib, bildiyimiz məsələlərdə isə daha mötəbər mənbələrdən istifadə edək, ta inşaallah səhv və xətadan qoruna bilək. Yoxsa yaxşılıq etmək istədiyimiz halda pisliyə düçar olaraq dünyada rüsvay, axirətdə isə əbədi əzab sahibi olarıq. Allaha pənah aparıram axirət əzabından.

Allah-Təala Qurani-Kərimdə onun hökmlərini olduğu kimi çatdırmayanları üç ayədə fasiq, kafir və münafiq adlandırır. Bu dəstənin hər üçü də cəhənnəm əhlidir. "Kim Allah buyuran kimi hökm etməsə” bir ayədə kafir, birində fasiq, üçüncüsündə isə münafiqdir söylənilir. Allahın hökmünü o buyuran kimi çatdırmamaq, ya cahillikdəndir, ya kiminsə xoşuna gəlməkdən ötəridir, ya da ki, insan özünə məğrur olaraq, öz rəyinə əsasən hökm çıxarır. Hər üç sifət pis sifətlərdən olub insanı dünya və axirət rüsvayçılığına düçar edir.

Buna görə də biz hidayət kitabını təhrif edib yuxarıda deyilən sifətləri qazanmaqdan çəkinməli və Allahın qəzəbindən özümüzü qorumayılıq. Yoxsa şeytana itaət edib, onun kimi insanları zəlalətə aparanlardan olarıq.

Просмотров: 171 | Добавил: Huseyni | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  May 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz