Mən kiməm, kim olmalıyam? - 28 Мая 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » May » 28 » Mən kiməm, kim olmalıyam?
17:20
Mən kiməm, kim olmalıyam?


Bismillahir Rahmanir Rahim.

Mən kiməm? Kim olmalıyam?

    Mən kiməm? Buna neçə cəhətdən baxmaq olar? Hansı baxışlar düzdür? Baxmaq olarmı, ya yox? Burada baxiş görə bilir ya yox? <<Mənkiməm>> -i görmək olar ya yox? Bəlkə duyulası bir zaddır? <<Mən>> mücərrəddir ya mürəkkəb? Hər ikisidirsə hansına baxaq? Hansı daha üstündür? Üstünlüyünü kim təyin etsin? O <<Kim>> ki, təyin edəcək, nə üçün o, təyin etməlidir? Onu bu vəzifəyə kim təyin edib? Onda o <<Kim>> kimdir? Belə getsə kimliklər sonluğu yaranacaq. Bəlkə kimlərdən soruşaq?

  Kimsən? Kim olmaq istəyirsən? Soruşduq, kimlər belə dedi:

 -  Z: - Allah bəndəsiyəm.

 -  Z: - Hz.Əli!

 -  T: - Nə bilim.

 -  T: - Nə bilim.

 -  A: - Mütləq fəqir.

 -  A: - Mütləq ehtiyacsız.

 -  O: - Tələbə.

 -  O: - Təbliğatçı.

 -  R: - Susdu. (danışmadı)

 -  R: - Susdu. (danışmadı)

 -  R: - Nə bilim.

 -  R: - Nə bilim.

 -  Q: - Polad Ələmdar.

 -  Q: - Onun kinoda etdiklərini həyatda etmək üçün.

 -  K.E: - Xudayaram, subayam. 

 -  K.E: - Tanrıqulular kəndində hələ dünyaya gəlməmiş uşaqlarımın adına Şənimə layiq yüksək faizlə dünya banklarından kredit alıb keflə yaşayıram. Kreditini aldığım övladlarımı elə ana bətnindəikən "Yevro-vizyon" mahnıları ilə böyüdəcəm ki, zakazım yaxşı olsun.

 -  N:- Mən aləmi bizaridə özünə sərmayə qoymuş bir tacirəm ki, hədəfim qazanmaqdır.

 -  N: - .........

 -  M.E: - İnsan dəryadan qopmuş damladır, Suyun dəyəri damla yox dərya halında ikən ölçüldüyü kimi insan da qopub ayrıldıgı dəryaya qovuşanda dəyər tapar. Hədəf insan üçün biçilməmiş dəyəri əldə etməkdir. İnşaəllah.

 -  H.B: - Hacıyam

 -  H.B: - Fortopianoçu olmaq istərdim.

 -  X.N: - Mən insanam.

 -  X.N: - Həyatda hər bir insan müəyyən bir amala xidmət edir. Məqsədsiz yaşamaq olmaz və bu hal ali insani dəyərlərə ziddiyət təşkil edir. Mənim fikrimcə insanın yer üzündəki bütün istək və arzuları, məqsəd və amalları ilahi göstərişlərə əsaslanmalıdır. Allaha həsr edilməyən bütün ömürləri puç və mənasız hesab edirəm. İnsan həyatını ilahi göstərişlərə əsasən qurmalı və ali insani məqsədlərə nail olmağa çalışmalıdır. İlahidən olduğu üçün vətənini, qohum əqrabasını, yaxınlarını bir sözlə seviləsi bütün dəyərləri sevməli və keşiyində durmalıdır. Allaha yaxınlaşmaq məqsədilə bəşəriyyətə xidmət göstərərkən ən ali məqsədi olmalıdır. Yoxsa, maddi nemətlərlə kifayətlənmək uca insanlıq rütbəsindən heyvaniliyə yuvarlanmaqdır. Hər insan Allahın razılığına xatir sevsə və bu sevgi uğrunda çalışsa, bəşər övladının tarixində layiqli yerini tutacaq. İnşaəllah.

  Bu və bunun kimi fikirlər dolanır <<Kim>>lərin xəyalında. Mən də <<Mən>>-dən soruşdum. Sən kimsən? O, dedi:

  - Ətəm, sümüyəm, qanam. 

  - Bir şəkiləm, canlı nəqqaşımın haqqını verməmişəm.

  - Yaxşılıqlarım özümə qarşı pisliklərimdən azdır.

  - Dostumdan çox düşmənimə bağlıyam. 

  - Babam buğdanın bəlasına düşdü, hər şeydən çox buğda yeyirəm mənə nəfsim xəyanət etdi. Hər zaman ona etimad edirəm.

  - Həmişə pisliyi pisləyirəm amma, onu əmələ gətirirəm. 

  - Varlığımın qiyməti təvazökarlıqdadır, təkəbbürlük edirəm. 

  - Özümü pakizə bilirəm amma əvvəlim murdar su, axırım ölü bir leş, indi də daxilim nəcislə doludur, səhfimin səbəbini uzaqda axtarıram.

  - Nicatım düzlükdədir. Ondan uzağam, yenə də uzaqlaşıram.  

  - Bərəkətim halaldadır onu fikiləşmirəm. 

  - Sağlamlığım məhəbbətdir, ədavət toplayıram.

  - Hörmətim başqalarına hörmət etməkdir, zülm edirəm.

  - Hüququmu özüm bərpa etməliyəm, o başqalarının ayaqları altındadır.

  - Öz eyiblərimi islah etməliyəm, başqasının eyiblərini axtarıram.

  - Dünya əkin yerimdir, onu düşmənlərimə kirayə vermişəm.

  - Üstünlüyüm şüurumdur, onu tapdayıram.

  - Elm nurumdur, onu söndürmüşəm.

  - Cəhalətim məni qaraldır, mən də ondan möhkəm tutmuşam.

  - Əzəmətim yüksəklikdə, mən onu dərələrdə gəzirəm.

  - Qonşum gözümdür, bağlamışam.

  - Övladım izimdir, itirmişəm.

  - Mahir bir rəssamam, eybəcər şəkillər çəkirəm. 

  - Böyük bir obraza malikəm, artistlik edirəm. 

  - Dövlətim qənaətdir, israfçıyam. 

  - Hikmətim susmaqdır, danışıram. 

  - Danışığım nəsihətdir, fikirləşirəm. 

  - Düşüncəm ibadətdir, abid deyiləm. 

  - Zahidəm, aşiqliyim yox. 

  - Aşiqəm, zahidliyim hanı? 

  - Bəndəyəm, qulluğum yoxdur. 

  - Qadirəmsə, sultanlığım nədədir? 

  - Ucayam dağ başında, görən bu ucalıq mənimdir ya dağınkı? 

  - Xitabələrim kağız üstündədir, mən danışıram yoxsa kağız? 

  - Gözəl görünürəm. Özümdəndirmi, libasdan? 

  - Hörmətim şəxsiyyətədir ya vəzifəyə? 

  - Ruzim kimlikdir görəsən? Mən onu axtarmalıyam o məni? 

  - Məni mən<<Mən>> etmişəm, yoxsa ediblər?

  - Bura təhkim olunmuşam ya könüllüyəm? 

  -  Etdiyim cinayətlərə kifayətlənmişəm, ya cinayət tapılmır? 

  - Olsaydı yenə edərdim? Yoxsa cinayətlər qurtarıb? 

  - Ruhum doyub ya cismim yorulub?

  - Etdim, edirəm, edəcəm, qazandım, qazanıram, qazanacam. Yoxsa uduzdum, uduzuram, uduzacağam? Yoxsa ey kaş belə olaydı? Hansı olaydı? Birnci, ikinci yoxsa sonuncular? 

  - Dediklərim mənim mücərrəd varlığım idi yoxsa mürəkkəb? Axı mücərrədin üzvü olmaz, bunun isə üzvü var idi. Təkəbbürlü idi, paxıl idi. İndi nankordur, yalançıdır. Əgər istəsək bunun üzvlərinin hamısını sayaq, mümkündürmü? Utandırıcı deyilmi? Necə ola bilər ki, bu <<Mən>>-in bütün eyiblərini açaq tökəkmi? Əcəba bu <<Mən>>-lərin hamısı bu gündədir yoxsa yaxşıları da vardır? Mümkündürmü <<Mən>>-lərin hamısı belə olsun. Belə olan halda niyə dünya yaşayır? Kimin üzünə dayanıb? Tezmi dağılacaq bu aləm yoxsa bu aləmin düzəlməyinə ümid vardır? Düzələsi olsa onu düzəldən <<Mən>> kimdir? Əgər bunların yaxşısı vardırsa onda cəmiyyətimizin çiçəyi hesab olunan cavanlar, gülü sayılan xanımlar, ümumiyyətlə cəmiyyətimiz yaxşı <<Mən>>olmaq istəmədi? Nə üçün özlərini qəhrəmanlara oxşatmadılar? Niyə yaxşılardan danışmadılar? Polada oxşamaq istəyən əcəba Cavadxana niyə oxşamaq istəmədi? Bəlkə aşiqliyin göstərib Məcnuna oxşasaydı? Amma dahi <<Nizami>> -lər, <<Fizuli>> -lər,  <<Natavan>> -lar da var idilər oxşamağa... əfsuslar. Bu kiçik bir sorğu idi. İndi sizdən soruşuram. Ay millət, nə olmaq istəyirsiz? Ya həqq.

 1. Mən <<Allah istəyən>>- kimi olmaq istəyirəm.



     Hacı Əhliman Rüstəmov        2010


      www.ahliman.com: - Məqalədən istifadə etdikdə www.ahliman.com -a istinad etmək zəruridir.



Категория: Məqalələr | Просмотров: 212 | Добавил: Huseyni | Рейтинг: 5.0/3
Всего комментариев: 6
0  
6 xeyyam seferov   (16.07.2010 17:02)
Ey qafil, silkələn,durmaq vaxtidir,
Ölum astanada,yuxu aldadir.
Var-dövlət haqqinda düşündükcə sən,
Ömür adli dövlət çıxır əlindən.
Su kəmərə çatdi,çalş yubanma,
Sel başdan ötəndə ömrünə yanma.
İsgəndər aləmə versədə fərman,
Aləm yaddan çixdi ölüm gələn an.
Bil vaxtı çatdi bu yer,bu aləm
Saxlayasi deyil səni bircə dəmş

0  
5 xeyyam seferov   (16.07.2010 16:27)
Bismillah. Kimin fikri qarnina girən şeydə olsa, onun qədri qarnından çıxan şey qədərdir:Həzrəti Əli(ə).
Yaxşı bir yoldaşın,yaxşı rəfiqin
Ağlını, dinini artırar sənin
Pis dostdan uzaq ol bacarsan əyər,
Bil ki, dil altında gəzdirər zəhər.
Təkcə bədənini çalırsa ilan,
Pis dost həm can alir,həmdəki iman.
Pislərlə oturma onların sözü,
Nə qədər pak olsan, qaraldar üzü.
Günəş yer üzünə çiləsədə nur,
Bulud önün kəsir, həqiqət budur..........

+1  
3 Ummu_Gulsum   (29.05.2010 01:06)
Son nefesecen ALLAHA secde eden olmaq isteyirem INSALLAH AMIN.
ALLAH razi olsun sizlerden Amin.

0  
4 Huseyni   (29.05.2010 01:25)
Allah niyyetinizi emelinizle beraber qebul edib axiriniz xeyirli etsin.Amin. Allah razi olsun

+1  
1 <natiq qizi>   (29.05.2010 00:24)
TAYYIB-TAYIBELLAH!!!!!! ƏHSƏN!!! BARƏKALLAH!!!! İNANILMAZ ƏLA!!!!!!!! ÇOX TƏŞƏKKÜRLƏR!!!! QƏLƏMİNİZ VAR OLSUN!!!!!! YAZDIRANA ŞÜKR OLSUN!!!!!!

0  
2 Huseyni   (29.05.2010 00:56)
Allah razi olsun. Size de mashallah

Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  May 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz