Imam Hesen - 16 Августа 2011 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2011 » Avqust » 16 » Imam Hesen
13:46
Imam Hesen
Ramazan ayının 15-i İmam Həsən (ə.s)-ın mövlud günüdür.
Mövludun mübarək, Ya Həsən ibn Əli!


İkinci imam Həsən Müctəba (ə)-dır. İmam Həsən və imam Hüseyn (ə) Əli (ə)-la Peyğəmbərin (s) qızı Fatimənin övladları idilər. Peyğəmbər (s) dəfələrlə buyurmuşdur: "Həsən və Hüseyn mənim övladlarımdır.” Buna görə də Əli (ə) özünün başqa övladlarına buyururdu: "Siz mənim övladlarımsınız, Həsən və Hüseyn isə Peyğəmbərin (s) övladlarıdır.”
Həzrət imam Həsən (ə) hicrətin 2-ci ilində Mədinədə doğulmuşdur. O, 7 ildən bir qədər artıq Peyğəmbəri (s) görmüş və onun mehriban ağuşunda böyümüşdür. Anası da Peyğəmbərin (s) vəfatından sonra üç, yaxud altı aydan sonra vəfat etmiş və o, atasının tərbiyəsi altında olmuşdur. 
İmam Həsən (ə) atasının şəhadətindən sonra Allahın əmri və atasının vəsiyyəti əsasında imamət məqamına nail oldu. O zahirdə də xilafət məqamında idi (bu məqam 6 ay müddətində davam etdi) və o müsəlmanların işlərini idarə edirdi. Bu müddətdə Əli (ə) və onun övladları ilə qatı düşmən olan, uzun illərdən bəri xilafətə göz dikən Müaviyə (əvvəlcə üçüncü xəlifənin intiqamını almaq bəhanəsilə, sonra isə aşkar xilafət iddiası ilə) müharibəyə başlayıb imam Həsən (ə)-ın xilafət mərkəzi olan İraqa qoşun yeritdi. Tərəflər arasında müharibə başlandı. İmam Həsən (ə)-ın ordu başçıları Müaviyə tərəfindən göndərilən yüksək məbləğdə pulla satın alındı və ordu daxilinə təfriqə düşdü; nəhayət o həzrət sülh müqaviləsi imzalamağa məcbur oldu və müəyyən şərtlərlə zahiri xilafəti Müaviyəyə həvalə etdi. Həmin şərtlərdən biri də bu idi ki, Müaviyənin vəfatından sonra xilafət yenidən imam Həsənə qayıtmalı, ailəsinin və şiələrin toxunulmazlığı hər bir cəhətdən təmin olunmalı idi. Müaviyə bu yolla islam xilafətini ələ keçirdi. Sonra İraqa daxil oldu, rəsmi və ümumi bir çıxışda sülh maddələrini ləğv etdi və mümkün olan hər bir vasitədən istifadə edərək Əhli-beytə və onun şiələrinə ən ağır işgəncə təzyiqləri rəva gördü.
İmam Həsən (ə) on il davam edən imamətinin bütün dövrünü son dərəcə irticaçı vəziyyətlərdə, ağır və şiddətli hadisələrdə yaşadı. Onun hətta öz evində belə təhlükəsizliyi yox idi. Nəhayət 50-ci hicri ilində Müaviyənin təhriki və öz həyat yoldaşının əli ilə zəhərləndirilərək şəhid edildi.
İmam Həsən (ə) insani kamallarda atasının yadigarı və əziz cəddinin kamil nümunəsi idi. Peyğəmbərin (s) sağlığında qardaşı Hüseynlə birlikdə o həzrətin ağuşunda idi. Bəzən Peyğəmbər (s) onları çiyninə mindirərdi.
Sünnü və şiələr Peyğəmbərdən (s) rəvayət etmişlər ki, o həzrət Həsən və Hüseyn barəsində belə buyurub: "Mənim bu iki övladım qiyam etsələr də, etməsələr də imamdırlar.” (Onların zahiri xilafət məqamında olub-olmamalarından asılı olmayaraq, imamət məqamına malik olmalarına işarədir.)
Peyğəmbərdən (s) və həzrət Əlidən (ə) imam Həsənin öz atasından sonra imam olacağı barədə çoxlu hədislər nəql olunmuşdur.

Əhvalat
CAHILIN CAVABI.

Imam Həsən (ə) bir gün atla bir küçədən keçərkən, Müaviyənin(Muaviyye--Hz Imam Hesen (e) Dusmeni idi.Atasinin Qatili.) dostlarından biri ilə rastlaşdı. Həmin adam onun Imam Həsən (ə) olduğunu biləndə pis sözlər söyləyərək o həzrəti təhqir etməyə başladı. Həzrət (ə) isə onun söylədiklərini dinlədikdən sonra buyurdu: «Güman edirəm ki, sən qəribsən və buralı deyilsən. Düşmənlər tərəfindən təhrik olmusan onların yalan və iftiraları sənin qəlbini bizə qarşı kinlə doldurubdur. Әgər bir ehtiyacın vardırsa həll edək, acsansa doyduraq, paltarın yoxdursa paltar verək, yox əgər qalmağa yer axtarırsansa, səni öz evimə aparıb qonaq saxlayım».

Həmin adam, imamın bu rəftarından utanıb söylədiyi pis sözlərdən peşman oldu. O, gördüyü işdən o qədər narahat olmuşdu ki, ağlaya-ağlaya imamdan üzr istəyib dedi: «Düşmənlərinizin sözləri məni aldatmışdı. Bundan qabaq ən çox kin-küdurət və ədavət bəslədiyim adamlar sən və atan idiniz. Indi isə sənin bu gözəl əxlaqını görəndən sonra ən çox sevdiyim adamlara çevrildiniz. Artıq anladım ki, sizin ailəniz Peyğəmbərin xəlifəliyinə layiq olan bir ailədir. Ömrüm boyu sizləri sevəcək və sizin haqqınızı müdafiə edəcəyəm.»

Bu kişi ölənə qədər verdiyi sözün üstündə durdu.


Категория: Məqalələr | Просмотров: 180 | Добавил: Huseyni | Рейтинг: 0.0/0
Всего комментариев: 0
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  Avqust 2011  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz