İmam Səccad -ın mübarək mövludu - 16 Июля 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » İyul » 16 » İmam Səccad -ın mübarək mövludu
23:29
İmam Səccad -ın mübarək mövludu
İmam Səccad -ın mübarək mövludu

İmam Səccad əleyhissəlamın həyatı barədə qısa məlumat
İmam Səccad (əleyhissəlam) şiələrin üçüncü İmamı Həzrət Hüseyn ibn Əli əleyhissəlamın oğludur. Anası Şəhrəbanu olmuş ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (əleyhissəlam) hicrətin otuz səkkizinci ilində dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası Əli əleyhissəlamın hakimiyyət illərini görmüş ondan sonra isə on il əmisi Həzrət Həsən əleyhissəlamın İmamət dövrünü dərk etmişdir. İmam Həsən (əleyhissəlam) bu on ilin yalnız altı ayını zahiri hakimiyyət başında durmuşdur. Hicrətin əllinci ili İmam Həsən əleyhissəlamın şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (əleyhissəlam) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd ya da doxsan beşinci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsən əleyhissəlamın qəbrinin kənarında dəfn olunmuşdur.
İmam Səccad (əleyhissəlam) ilə həməsr olmuş xəlifələr
İmam Səccad (əleyhissəlam) öz İmamət dövründə aşağıda adları çəkilmiş xəlifələrlə həməsr olmuşdur:
1. Yezid ibn Müaviyə (61-64 h.q);
2. Abdullah ibn Zübeyr (61-73 h.q);
3. Müaviyə ibn Yezid (altımış dördüncü ilin bir neçə ayı);
4. Mərvan ibn Həkəm (altımış beşinci ilin doqquz ayı);
5. Əbdülməlik ibn Mərvan (65-86 h.q);
6. Vəlid ibn Əbdülməlik (86-96 h.q).
İmamın xəstəliyi İlahi bir məsləhət idi
Təəssüflə qeyd etməliyik ki, müsəlmanların savadsız təbəqələrinin əksəriyyəti dördüncü İmamı həmişə xəstə kimi yad edir və bununla da, camaatın fikrində o Həzrət çox zəif, əldən düşmüş, saralıb-solmuş bir şəxs kimi canlanır. Halbuki, əslində heç də belə olmamışdır. Çünki dördüncü İmam ancaq Kərbəlada özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən otuz beş il o biri İmamlar kimi sağlam bədənlə fəaliyyət göstərmişdir. Şübhəsiz ki, o Həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki, İmam (əleyhissəlam) bu vasitə ilə cihad vəzifəsindən azad olmuş, müqəddəs vücudu Yezidin muzdurlarının ölüm təhlükəsindən amanda qalaraq İmamət xətti davam etmişdir. Əgər İmam Səccad (əleyhissəlam) xəstələnməsəydi gərək cihadda iştirak edəydi. Bu təqdirdə də atasının başqa oğul və dostları kimi şəhid olar və beləliklə də, İmamət nuru birdəfəlik sönmüş olardı. Səbt ibn Əl-Cuzi yazır: "Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) xəstə olduğu üçün öldürülmədi.”
Məhəmməd ibn Səd yazır: "Əli ibn Hüseyn əleyhissəlamın o gün (Aşura günü) atası ilə olan zaman iyirmi üç, ya iyirmi dörd yaşı var idi. Onun o vaxt azyaşlı uşaq olduğunu söyləyənlər tamamilə əsassızdırlar. O, həmən gün xəstə olmuş, buna görə də, döyüşdə iştirak edə bilməmişdir.” Həmçinin, Məhəmməd ibn Səd qeyd edir ki, Şimr İmam Hüseyn əleyhissəlamı öldürdükdən sonra İmam Səccad əleyhissəlamın üstünə gəldi. O, xəstə olduğu üçün yataqda yatmışdı. Şimr dedi: "Bunu öldürün!” Onun yanındakılardan biri dedi: "Sübhanəllah! Xəstə olan və heç döyüşdə də iştirak etməyən bir gənci öldürək?” Bu zaman Ömər ibn Səd gəlib dedi: "Qadınlar və bu xəstə ilə işiniz olmasın.”
Şeyx Müfid Yezidin ordusunda iştirak etmiş Həmid ibn Müslimin dilindən rəvayət edib deyir: "(Aşura günü) Əli ibn Hüseynin çadırına yetişdik. O, bərk xəstə idi və yataqda yatmışdı. Şimr bir neçə nəfərlə onun yanına gəldi. Yanındakılar Şimrə dedilər: "Bu xəstəni öldürmürsən?” Mən dedim: "Sübhanəllah! Uşaqları da öldürürsünüz? Bu ki, bir uşaqdır, özü də xəstəlik onu əldən salıb.” O qədər bu cür sözlərdən dedim ki, axır onları o Həzrəti öldürmək fikrindən yayındırdım. Bu vaxt Ömər ibn Səd gəldi. Qadınlar onun üstünə qışqırıb ağladılar. O, öz adamlarına dedi: "Heç biriniz bu qadınların evlərinə (çadırlarına) girməyin və bu cavanla işiniz olmasın.”
Qeyd olunduğu kimi dördüncü İmamın sağ qalmasına səbəb olan xəstəlik İlahi bir məsləhət olmuşdur. Bu onun düşmən qarşısında heç də ruhiyyə zəifliyi və gücsüzlüyü demək deyil.
İmam Səccad (əleyhissəlam) o çətin və acınacaqlı əsirlik müddətində əsirlərin ümid və pənah yeri olmaqla yanaşı, həm də düşmənə qarşı şücaət və vüqarla hərəkət etmişdi. İmam əleyhissəlamın Kufə və Şam şəhərlərindəki mətin və kəskin çıxışları bu məsələni bir daha təsdiq edir. Belə ki, əsirləri Kufəyə gətirdikdən sonra Übeydullah ibn Ziyadın məclisində onunla İmam Səccad (əleyhissəlam) arasında gedən kəskin söz-söhbətdən Übeydullah ibn Ziyad bərk qəzəblənib İmamın qətlinə əmr verərkən İmam Səccad (əleyhissəlam) ona buyurdu: "Məni öldürməklə hədələyirsən? Bilmirsən ki, ölmək bizim üçün adi bir iş, şəhadət bizim üçün şərəf və fəzilətdir?”
Kərbəla inqilabının carçısı
Qeyd etdiyimiz kimi İmam Səccad (əleyhissəlam) Kərbəla faciəsində iştirak etmiş, atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseyn əleyhissəlamın qızılqanlı şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini oyatmaqla məşğul olmuşdur.
Əməvi hökumətinin Müaviyyənin dövründən etibarən Peyğəmbər ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki, əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar, İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseyn əleyhissəlamın böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccad əleyhissəlamın və eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat (qeyd etməliyik ki, bu fürsəti onlara Yezidin axmaqlığı və şəxsi düşmənçiliyi vermişdir) İmam Hüseyn əleyhissəlamın düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.
İmam Səccad əleyhissəlamın təbliğati mübarizələrini İmam Hüseyn əleyhissəlamın həyatı bölməsində geniş şəkildə izah etdiyimiz üçün burada yalnız bununla kifayətlənirik.

Просмотров: 217 | Добавил: Huseyni | Рейтинг: 5.0/3
Всего комментариев: 1
0  
1 Emin   (21.07.2010 00:24)
Iman ehlini salamlayir ve bayramlarini tebrik edirem. Mubarek sheban ayinda olan butun movludlar sizlere mubarek olsun.amin

Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  İyul 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz