Hz.Museyi-Kazım (ə)-ın şəhadəti - 7 Июля 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » İyul » 7 » Hz.Museyi-Kazım (ə)-ın şəhadəti
11:29
Hz.Museyi-Kazım (ə)-ın şəhadəti

Hz.Museyi-Kazım (ə)-ın şəhadəti


İmam Kazimin(ə) möcüzələri

ODU SOYUQ ETMƏK

İmam sadiq(ə) şəhadətə yetişdiyi zaman Musa ibni Cəfərə(ə) vəsiyyət etdi ki, ondan sonra imamət məqamını öhdəsinə götürsün. Amma onun qardaşı Abdullah Əftəh ki, yaşı çox idi, imamət iddiasını etdi.
İmam kazim(ə) göstəriş verdi ki, çoxlu odunu onun evinin ortasında yığsınlar. O zaman qardaşı Abdullahı yanına çağırmaq üçün adam göndərdi.
Abdullah gəlib həzrətin yanında oturdu. Şiənin bəzi böyük şəxsiyyətlərindən də orada hazır idilər. İmam(ə) göstəriş verdi ki, odunları yandırsınlar. Bütün odunları yandırdılar. Böyük bir od qalandı. Camaat bilmirdi İmam Kazimin(ə) bu işdən hədəfi nədir. Odunlar yanıb köz olduğu zaman İmam(ə) odun içinə girib oturdu və bir saat odun içindən camaatla söhbət etdi. O zaman durub camaata qoşuldu və qardaşı Abdullaha dedi: Əgər güman edirsənsə, atandan sonra imamsan, bu odun içində otur.
Orada hazır olanlar deyirlər: Gördük ki, Abdüllahın rəngi dəyişdi və əbası yerə sürtülən halda İmam Kazimin(ə) evindən xaric oldu.

BEŞİKDƏ SÖHBƏT

Yəqub Sərrac deyir: İmam Sadiqin(ə) yanına daxil oldum, beşikdə olan oğlu Musa ibni Cəfərin(ə) başının üstündə durmuşdu. Çoxlu müddət onunla danışdı, o zaman mənə buyurdu: Mövlanın yanına gəl!
Onun yanına gedib salam verdim. O da fəsih dil ilə mənim cavabımı verib dedi:
Get qızına qoyduğun adı dəyiş. Çünki Allahın xoşlamadığı bir addır.
Yəqub deyir: Bir qızım olmuşdu. Onun adını Humeyra qoymuşdum.
İmam Sadiq(ə) buyurdu: Onun əmrini qəbul et. O zaman hidayət olarsan. Məndə qızımın adını dəyişdirdim.

BAŞQALARININ ÖMRÜNÜN AXIRINDAN XƏBƏR VERMƏK

İshaq ibni Əmmar deyir: Eşitdim Musa ibni Cəfər(ə) bir kişinin ölümündən xəbər verirdi. Öz-özümə dedim: O öz şiələrinin hər birinin nə zaman öləcəyini haradan bilir?
İmam(ə): Qəzəbli bir baxışla mənə baxıb buyurdu: Ey İshaq, Rəşid hicri ölüm elmini və camaatın müsibətlərini bilirdi. İmam onları bilməyə daha da ləyaqətlidir. O zaman buyurdu: Ey İshaq! Hər nə görmək istəyirsənsə gör, sənin ömrün keçibdir və iki ildən sonra öləcəksən. Qardaşların və ailən bir az səndən sonra ixtilaf edəcəklər və bir-birinə xəyanət edəcəklər. O həddə kimi ki, düşmənləri onları məzəmmət edəcəklər. Yenə də mənim şiələrimin ölmək zamanını bilməyimdə şəkk edirsən?
Ərz etdim: Qəlbimdən keçən şeylərə görə istiğfar edirəm.
Çox keçmədi ki, İshaq öldü və Əmmarın ailəsi ehtiyac əllərini camaata uzadıb, şiddətli fəqrə giriftar oldular.

ÖLÜ HEYVANI DİRİLTMƏK

İmam Kazim(ə) Minada bir qadının yanından keçdi. O, ağlayan halda idi və övladları da onun yanında ağlayırdılar. Ağlamaqlarının səbəbi onların inəyinin ölməsi idi.
İmam(ə) onların yanına gedib, o arvada buyurdu: Niyə ağlayırsan?
Dedi: Ey Allahın bəndəsi! Mənim yetim övladlarım var və bir inəyimiz var idi ki, mənim və uşaqlarımın dolanacağını təmin edirdi. Amma o inək öldü. Mən və uşaqlarımın əlindən getdi və biçarə olduq.
İmam(ə) buyurdu: İstəyirsən onu sənin üçün dirildim?
Qadın cavab verdi: Bəli. Ey Allahın bəndəsi!
İmam(ə) kənara çəkilib iki rəkət namaz qıldı və əlini bir az uzadıb dua etdi.
Sonra durdu inəyi səslədi və əsasının başı ya ayağı ilə ona vurdu.
İnək öz yerindən qalxdı. Qadının gözü inəyə toxunduğu vaxt fəryad edib dedi: And olsun Kəbənin Allahına bu kişi İsa ibni Məryəmdir.
İmam(ə) oradan keçib camaatın yanına getdi.


ABDULLAHIN ÖMRÜNÜN AXIRINDAN XƏBƏR VERMƏSİ

Abdullah ibni Yəhya deyir: Həcc əməllərini axıra yetirib, İmam Kazimin(ə) hüzuruna yetişdim. Həzrət buyurdu: Bu ildə xeyir işləri görməklə məşğul ol. Çünki sənin əcəlin yaxınlaşıb. Bu xəbəri eşitməklə başladım ağlamağa.
İmam(ə) buyurdu: Səni nə ağlatdı?
Ərz etdim: Sənə fəda olum mənim ölümümdən xəbər verdin.
Buyurdu: Bəşarət olsun sənə çünki sən bizim şiələrimizdənsən, xeyir və yaxşılıqda olacaqsan. Çox keçmədi ki, Abdullah dünyadan getdi.

SUALDAN QABAQ CAVAB

Əli ibni Yəqtin iki nəfərə o cümlədən İsmail ibni Salama iki at almaq göstərişini verdi. Mallar və məktubları onlara verib, dedi: Bu mallar və məktubları gizlin surətdə İmam Kazimə(ə) çatdırın.
İsmail deyir: Biz Kufəyə gedib, iki at alıb yola düşdük. Bəsrə və Mədinə arasında olan «Bətnur-rəmlə» məhəlləsinə çatdıq. Orada öz vəziyyətimizə yetişdik, oturub yeməklə məşğul olduq. Bu zaman bir atlı öz nökəri ilə yoldan gəldi. Bizə yaxınlaşanda gördük İmam Musa ibni Cəfərdir(ə). Onun qarşısında durub salam verib, malları və məktubları ona verdim. Elə o vaxt İmam öz məktublarını çıxardıb bizə verdi və buyurdu: Bunlar sizin məktublarınızın cavabıdır.

Просмотров: 193 | Добавил: Huseyni | Рейтинг: 0.0/0
Всего комментариев: 2
+1  
1 admin   (08.07.2010 14:39)
heart heart bu meqalani elava elayan qardasin Allah Imam Museyi Kazim (a.s) sefayatin nesib elasin

0  
2 Huseyni   (08.07.2010 15:25)
Allah razı olsun.Allah bütün Əhli-Beyt aşiqlərinə şəfaət nəsib etsin.Amin

Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  İyul 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz