Hz.Fatimeyi Zəhra (s.ə)- mübarək mövludu. - 1 Июня 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » İyun » 1 » Hz.Fatimeyi Zəhra (s.ə)- mübarək mövludu.
12:55
Hz.Fatimeyi Zəhra (s.ə)- mübarək mövludu.
Hz.Fatimeyi Zəhra (s.ə)- mübarək mövludu.

                                                  
                                                        Səadətli təvəllüd

Günəş haradan çıxır, haradan nur saçır? Parlaq şüalarını qızıl sikkə yağışı kimi gümüş zərrələr, ətirli şeh damcıları kimi haradan aşağı səpələyir?..
Əgər təbiət günəşinin çıxdığı yer səmanın civəyə bənzər üfüqləridirsə, mənəviyyat və ruhanilik günəşinin başqa evi – çıxdığı yer var: bu Məhəmmədin (s) – Allahın elçisinin, İslam peyğəmbərinin, sonuncu ilahi peyğəmbərinin evidir – nur evidir, mənəviyyat günəşinin məkanıdır...
Bura – bu kiçik və sadə, eyni zamanda əzəmətli və cəlallı ev – böyüklüyü və əzəməti sayəsində yox, sakininin əzəmətində və sakinlərinin şərəfində olan bu ev - elə bir evdir ki, orada mənəviyyat və ruhanilik günəşi görünür və təbiət günəşi – yer üzünü nura boyayan bu çıraq həsrət gözü ilə ona baxır...
Həmin günəşin nurlarının iki şüası zərlidir – namus və paklığın parlaq ulduzudur, yəni Fatimeyi-Zəhradır (ə). O, dünyaya göz açır ki, dünyanın gözünü özünün cəlallı gözəlliyinin tamaşasından qamaşdırsın...
Bəli, Fatimeyi-Zəhra (ə) – namus və paklığın o parlaq ulduzlu nurlu ailədə, vəhy evində, səma mələklərinin endiyi yerdə, Cəbrayılın mənzil yerində, peyğəmbərlik və dindarlıq günəşinin doğduğu yerdə dünyaya göz açdı və İslam dünyasına, mənəviyyat və ruhanilik üfüqünə öz səadətli təvəllüdü və mübarək varlığı ilə başqa bir nur, işıq bəxş etdi...
O, elə bir evdə dünyaya göz açdı ki, insanlıq dünyası uzun zamanlardan bəri intizar gözünü ona dikmişdi. Elə bir ev ki, dünyanın və tarixin gözləri onun nurlu və qızdırıcı şüaları ilə, təlim-tərbiyə işığı ilə qamaşmışdır. Elə bir ev ki, bəşər cəmiyyətinin yeganə müəlliminin yeri, məskəni orada özünə qərar tapmışdır: Məhəmmədin (s) evi, Peyğəmbərin evi, özü məktəbə getməyən, yazı yazmayan, lakin bir göz qırpımında yüzlərlə müəllimin ustadı olan bir müəllimi evi.
Bəli, bura Peyğəmbərin evi, Peyğəmbər ailəsinin işıqlı ulduzunun, imamlıq beşiyinin qurucusunun və paklıq, namus simvolunun təvəllüd yeri idi... Fatimeyi-Zəhra uşaqlıq dövrünü bu evdə keçirdi. Bu evdə - tərbiyə beşiyində, İslam peyğəmbərinin (s) – bəşəriyyətin yeganə müəlliminin birbaşa rəhbərliyi altında böyüdü... Nə xoşbəxt uşaqdır o kəs ki, yer üzünün və zamanın Pərvərdigarı belə bir müəllimi – peyğəmbərlik zirvəsinin müəllimini, müəllimlik zirvəsinin peyğəmbərini onun tərbiyəsi və rəhbərliyi üçün seçmiş olsun. Məhəbbət və nəvaziş zirvəsinin bu müəllimi, eyni zamanda dünyanın ən layiqli atasıdır, zaman-zaman yer üzünə səpələnmiş bəşər əhlinin, insan nəsillərinin tərbiyəçisidir.
Fatimənin böyük və alicənab atası haqqında doğrudan da, nə demək olar? Axı onun əzəmətinin sonsuzluğundan, cəlal və şövkətinin ucalığından dilin bir söz deməyə, qələmin isə bir şey yazmağa güc və taqəti yoxdur. Dünya tarixi belə bir atanı tanıtmaqda qəddini düzəltmişdir. Əsrlər boyu nəsillər ardınca gələn nəsillər onu vəsf etmişlər. Lakin tarix hələ bu yolun lap başlanğıcında özünü itirərək qalmış və bəşəriyyət hələ onun tərifi haqqındakı ilk kəlamı axıra qədər deyə bilməmişdir.
Doğrudan da, Peyğəmbərin (s) xəsiyyət və keyfiyyətlərinin təsviri, o həzrətə məxsus əlamətlərin tərifi Pərvərdigarın Özünün kəlamlarını bəyan etmədən mümkün deyil. Ona görə də yaxşı olar ki, biz də burada bəlağətli səma kəlamlarından birini yada salmaqla kifayətlənək. Orada ki, Allah-təala Peyğəmbərin xasiyyətini, əxlaqını, həyat tərzini layiqli bir şəkildə təsvir edir, həmin bənzərsiz təriflə də özünün misilsiz qüdrətini bəyan edir. Belə ki, buyurur: "Doğrudan da, sən böyük bir əxlaq sahibisən.”(Qələm (Nun)- surəsi 4-cü ayə.
Bəli, o, doğrudan da, belə bir tərifə tam layiq idi, bu haqqı qazanmışdı. Pərvərdigar Fatimeyi-Zəhranın (ə) atası (s) haqda belə bir söz buyurduğu halda Onun zəif məxluqu hansı kəlamı dilinə gətirə və yaza bilər?


Просмотров: 257 | Добавил: Huseyni | Рейтинг: 5.0/1
Всего комментариев: 4
0  
4 Huseyni   (02.06.2010 21:13)
Eziz mominler! Urek sozlerinizi yazmaqla bu bayrama daha da reng qatirsiniz. Feal olmaginiz cox yaxshi bir emeldir.Allah sizleri eziz elesin.amin

+1  
3 zehretul_kerbela   (02.06.2010 20:25)
salamun aleykum.tebriklere mende qowuluram,cemi muselman qadinlarini movlud munasibetile tebrik edirem,nece de gozel ve mesuliyyetli 1 bayramdir,bele 1 bayramda tebrik ewitmek ozu en boyuk xowbextchilikdir,en azindan bu bayrami ozumuze qadinlar gunu kimi sechmeyimiz ozu 1 seadetdir

+1  
1 <natiq qizi>   (02.06.2010 19:14)
BÜTÜN İSLAM ALƏMİNİN BAYRAMI MÜBARƏK OLSUN. SİZƏ DƏ ALLAH TƏALA KÖMƏK OLSUN! BU SAYTIN OXUCULARINI VƏ XANIMLARIMIZI XÜSUSİ TƏBRİK ETMƏK İSTƏYİRİK.

0  
2 Huseyni   (02.06.2010 20:07)
Allah sizden razi olsun. Bizler de butun xanimlari ve xuxusen sizleri bu mubarek movlud munasibeti ile tebrik edir Allahdan sizlerin iki dunya qadinlarinin xanimi olan Fatimeyi Zehra (s.a)-a layiqli xanimlardan olmanizi dileyirik.

Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  İyun 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz