Mayın 12-i - Cəmadius-Saninin 20-si Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü
Mayın 23-ü - Rəcəbin 1-i İmam Baqirin(ə) təvəllüdü
Mayın 25-i - Rəcəbin 5-si İmam Əliyyən Nəqinin(ə) şəhadəti
Səsvermə
Reytinq
Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » İyul » 21 » Hacı Əhliman Rüstəmov şəhid Mübariz haqda
01:51
Hacı Əhliman Rüstəmov şəhid Mübariz haqda
18 iyunda Qarabağda erməni canilərilə döyüşdə qəhrəmancasına şəhid olan Seyyid Mübariz İbrahimovun haqqında ictimaiyyətdə bəzən səhv məlumatlar yayırlar. Məsələn bəzi kəslər Şəhid Mübarizin şəhid olmasına cəmiyyətdə şəkk-şübhə yaratmaq istəyirlər. Bununla bağlı İslam-Azeri.az internet qəzeti İlahiyyatçılardan münasibət öyrənib. Məsələyə "Hacı Cavad” məscidinin axundu ilahiyyatçı Hacı Əhliman Rüstəmov belə münasibət bildirib: "Allahın adı ilə. Şəhid Mübariz həqiqətən şəhid olub. Onun şəhadətə çatmasında heç bir şəkk-şübhə yoxdur. Seyyidin şəhidliyinin dərəcəsi Allah yanında alidir. O ki, qaldı bəzilərinin Seyyid Mübarizin həqiqətən şəhid olmasına şübhə ilə yanaşmalarına bunu daha çox onların dini sahədə savadsızlıqları ilə izah etmək olar. Ermənilərlə heç bir sülh əldə edilməyib. Və Azərbaycan da mənfur düşmənlə üz-üzə dayanıb. Cəbhə xəttində hər gün atışmalar baş verir. Əsgərlərimiz yaralanır və şəhid olurlar. Bu isə əsil müharibə deməkdir. Dini sahədə yetərincə savadı olmayanların bu məsələyə münasibət bildirməsi səhvdir. Allah şəhid seyyid Mübarizə rəhmət etsin!”.