“FATİMƏYİ-ZƏHRA (s.ə.) MƏSCİDİ” SÖKÜLMƏYƏCƏK ! - 14 Мая 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 2
Qonaq 2
İstifadəçilər 0
Главная » 2010 » May » 14 » “FATİMƏYİ-ZƏHRA (s.ə.) MƏSCİDİ” SÖKÜLMƏYƏCƏK !
16:55
“FATİMƏYİ-ZƏHRA (s.ə.) MƏSCİDİ” SÖKÜLMƏYƏCƏK !

 

"FATİMƏYİ-ZƏHRA (s.ə.) MƏSCİDİ” SÖKÜLMƏYƏCƏK

 
 
 
 
 
Bakının "Günəşli” yaşayış massivindəki "Fatiməyi-Zəhra (s.ə.) məscidi”nin sökülməsi təhlükəsi aradan qalxıb. Bu məlumatı "Turan" informasiya agentliyi xəbər verir.
Mənbənin məlumatına görə, məscidin gələcək taleyilə bağlı məsələ ən yüksək səviyyədə müsbət həllini tapıb. Bundan sonra məscidin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsi nəzərə çatdırılır.

Xatırladaq ki, "Fatiməyi-Zəhra (s.ə.) məscidi”nin tikilməsilə bağlı məscid icması 2001-ci ildə Bakı icra hakimiyyətinin qərarı ilə Günəşli yaşayış sahəsində 1 ha-dan artıq ərazi alıb. 2007-ci ildən məscidin tikilməsinə başalnılıb. Keçən il Suraxanı rayon məhkəməsi məscidin qanunsuz tikilməsi adı ilə sökülməsi haqda qərar çıxarıb, bundan sonra Bakı Apellyasiya Məhkəməsi, ardınca Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayan hökm çıxarıblar. (Turan)
Xəbəri şərh edən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bildirmişdir: "Bu, son dərəcədə müsbət bir xəbərdir. Bu qərarı müdrik bir qərar kimi dəyərləndiririk. Neçə vaxtdır ki, həm ölkə daxilində, həm də dünyada milyonlarla insan bu məsələ ilə bağlı dərin narahatlıq keçirirdi. Ölkəmizin dindar çevrələrinin istisnasız hamısı, əziz ilahiyyatçılarımız, tanınmış hüquq müdafiəçiləri, ictimai insanlar bu məsələ ilə bağlı müraciətlər etmiş, mövqe sərgiləmişlər. Bunların ünvana yetişməsi - xeyli dərəcədə təqdirəlayiq haldır. Hamı qəbul edir ki, məscidə qarşı hər hansı kobudluq - o ki qalsın dağıtmaq kimi bolşeviklərə xas dəst-xəttlə təzahür tapsın - qətiyyən yolverilməzdir və milli-mənəvi dəyərləri sarsıdan, ölkəmizin nüfuzuna xələl gətirə bilən bir haldır. Etiqadından asılı olmayaraq, bir nəfər də olsun normal insan tapmaq olmaz ki, ibadətgahın dağıdılmasına dəstək versin. Bu baxımdan, məsələnin çözülməsi xəbəri böyük müsbət səciyyəli və nikbinlik doğuran yükə malikdir. Böyük ümid bəsləyirik ki, bütün belə problemlər tezliklə həllini tapsın və milli natamamlıq kompleksinə gətirə bilən bu qara səhifələr bir acı xatirə olaraq keçmişdə qalsın. Nəticədə Azərbaycan uddu".

Əlhmdulillahir Rabbil Aləmin.

Просмотров: 175 | Добавил: Huseyni | Рейтинг: 5.0/1
Всего комментариев: 2
0  
2 Yetimler atasi   (09.04.2012 23:03)
Allah komey olsun

0  
1 haci coshqun   (16.05.2010 04:56)
allah sizi kimi qardas va ustadlarimizi qorusun.

Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  May 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz