Mayın 12-i - Cəmadius-Saninin 20-si Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü
Mayın 23-ü - Rəcəbin 1-i İmam Baqirin(ə) təvəllüdü
Mayın 25-i - Rəcəbin 5-si İmam Əliyyən Nəqinin(ə) şəhadəti
Səsvermə
Reytinq
Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » İyul » 5 » Ayətullah Əllamə Hacı Seyyid Məhəmməd Hüseyn Fəzlullah
18:25
Ayətullah Əllamə Hacı Seyyid Məhəmməd Hüseyn Fəzlullah
Ayətullah Əllamə Hacı Seyyid Məhəmməd Hüseyn Fəzlullah dünyasını dəyişib.
Livanın böyük İslam alimlərindən olan, müctehid Ayətullah Əllamə Hacı Seyyid Məhəmməd Hüseyn Fəzlullah iyun ayının 4-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin, Livan xalqına, əllamənin müqəllidlərinə, ümumiyyətlə bütün müsəlmanlara baş sağlığı veririk.
Dünyaya gəlişi və uşaqlığı
Seyyid Məhəmməd Hüseyn Fəzlullah , 16 Noyabr 1935-ci ildə İraqın müqəddəs şəhəri Nəcəfdə dünyaya gəlib. Atası Seyyid Əbdürrauf Fəzlullah olub. Atası Nəcəfə gedərək Seyyid Əbul-Həsən Əl-İsfahani, Seyyid Əbdulhadi Əl-Şirazi və Mirzə Fattah Əş-Şahidin yanında elm alıb. Qısa zaman kəsiyində mərhumun atası, İslam alimi, araşdırmaçı və müdərris olub. Sonra qardaşı Seyyid Məhəmməd Səid ilə birgə Cənubi Livana gedib. Orada da İslami təhsilini davam etdirərək müctehid məqamına çatıb. Dindarlığı və gözəl əxlaqı ilə hər kəsin rəğbətini qazanan bir şəxsiyyət kimi yaddaşlarda qalıb. Bütün bu xüsusiyyətlər oğlu Hüseyn Fəzlullaha müsbət təsirini qoyub.