Ay millət cavab verin ! - 9 Мая 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » May » 9 » Ay millət cavab verin !
00:03
Ay millət cavab verin !
 
 
Bismillahir rəhmanir rəhim

Hacı Əhliman Rüstəmov :


 Ay millət cavab verin ! 

  İnsan  qəribə məxluqdur. Soruşarsız niyə? Ona görə ki, hər şeylə maraqlanır. Çox bilmişdir! Soruşarsız niyə? Ona görə ki, həmişə inkişaf edir, artır, öyrənir, kəşf edir, yeniliklər edir, qazanır, güclənir ona görə də həmişə qalib olmaq istəyir. Acızdir! Soruşarsız niyə? Deyərəm ki, indiyənə kimi çoxlu həll olunmamış işlər var. Cahildir! Soruşarsız niyə? Deyərəm ki, ay qardaş görmürsənmi bu insanlıqdan baş verən işlər heç bir başqa məxluqda baş vermir, öz qədrini bilmir. Allah onu ağa yaradıb o, isə kiçik və qiymətsiz şeylərin müqabilində əyilir.Allah onu azad yaradıb, o isə kölələşir.Allah onu şərafətli yaradıb, o isə rəzalətə can atır.Tanrı ona öz sifətlərindən və fəzilətlərindən əta edib, o isə rəzalətə meyillidir? yox onu axtarır çətinlikdə olsa tapır.

  Ay millət niyə başınızı ağrıdım, vaxtınızı tutum.Görmürsüz dünya dağılır.Dünyanın bir tərəfini cəhənnəm odu yandırır, vulkan Avropanı lap ələ salıb.Gah hirslənir üfürür bu xalqın üzünə, gah da sakitləşir.Onlarda tamam oldu fikirləşib uçaqları,quşları buraxırlar havaya.Elə bu anda vulkan  qardaşın tutması tutur.Quşlar, uçaqlar qalır göydə düşməyə yer axtarırlar. Ay balam hara gedək? Yuxarıdan baxırlar üzü aşağı. Hara sakitlikdir? Hara gedək ki, üzümüzə yaxşı baxsınlar!? Elə yerə gedək ki,getmişkən görək nə edə bilərik !? Fürsətdir nə qədər vulkan qardaş yatmayıb istifadə edək. Axı bu halda hamının bizə yazığı gəlir.Axı fəlakətə düşmüşük. İnsanların da ürəyi yumşaqdır, bu halda bizə yazıqları gələr, ürəkləri yanar. Göydə bəlkə bizə dükan, bazar yeri də verdilər, əlüstü bir alış-veriş etdik. 

  - Nə oldu ay Con qardaş boğulduq ki, tapmadın bir yer ?

  - Tapmşam darıxmayın.

  - Haradır?

  - Düz Şərqə

  - Eh… səndə yer tapdın!? Biz necə yaşayacağıq orda, oralar qarışıqlıqdır...

  - Əşi narahat olmayın oralar qonağa hörmət edəndirlər.Axırıncı tikələrini verəndilər, bundan əlavə bu başda ən məsləhətli yer oradı. Birdə ki, bizə deyiblər ki, onalar Allaha yaxın adamlardır, ora çox bəla gəlməz.Məsləhətdü gedək ora.

Hə ay millət qonaqları qarşılamağa. Görəsən nə vaxt gələrlər?  Əgər ayrapalanla gələsələr indi göydə olmalıdırlar... hə gəldilər . Xoş gəldiniz ay Con qardaş. Çox sağol ki, bu çətin günlərinizdə dərdinizi bizimlə bölməyə gəlmisiz. Vallah İrəvana getsəydiniz çox inciyərdim sizlərdən. Axı ora kimin üzünə gedəsən? Onlar xoş günün adamıdırlar. Orda bir hiylələri baş tutası olsa  sallanarsız göydən, yoxsa qonmağa bir budaq tapa bilməzsiz. Gərək onda müraciət edəsiz BMT-ə yada Avropa Şurasına. Onlar  da öz növbəsində nə vaxtsa  kimdənsə icazə alıb qərar çıxardacaq məlum deyil. Hələ ondan sonra o kimsələr irəvanlılara bu qərara əməl etməyə icazə verəcəklər ya yox. Vallah ay Con qardaş gəl mübahisə etməyək.Qəbul et ki, düz etmisən bura gəlməkdə.Birdən orda qonmağa yer tapsaydın başına bəlalar gələcəkdi.Tutje səni xaş suyuna salacaqdılar. Boynuva da bir xaç daha sonra nələr...

-         Ay qağa ondan narahat olma. Mən onsuzda çimib gəlmişəm, xaçda ürəyimdə.

-         Bax bu olmadı da Con qardaş. Belə idisə  gedəydin də ora , yoxsa səni xaça aparan olmazdı? 

-         Ay qağa səs eləmə olmadı... olmadı

-         Ay kişi ürəyini sıxma bizim manıslar səni xaça apararlar, onsuz da bekarçılıqdı. 

-         Ay Con heç olmasa ömründə bir dəfə düz danış o, vulkandan soruşmadun niyə hirslənibsən?  

-         Qəribə adamsan ay Salman qağa heç qoydun ki, ağzımı açım?

Deyirəm bəlkə  bir dərviş məstəli şahdan xəbər alaq. Ola bilər ki, Şərəfnisənin adaxlısı Şahbaz bəy bu dəfə Müsyo Jordanla Firəngizstana getmək fikrinə düşüb.Qaynanası da    qısqanclıq edib çağırıb dərvişi, o da cinlərə, ifritələrə əmr edib. Onlar da barıtı çox qoyublar, sizi də qoyublar pis günə ?  ay görüm onun qaynanasının birçəyi ağarsın.

  Deyirəm bəlkə səbəbi başqa yerdə axtaraq? Ay millət bu avropalılar çox işlər görüb, çox suları bulandırıblar. Bu torpaqların üstündə nələr etməyiblər? Yandırıblar bu torpaqın ürəyini . Odur ki, neçə illərin yanğısıdır saxlıya bilmədi bu torpaq ürəyində püskürdü Avropanın səmasına. Allah-təala çox keçəcək etdi bunlara ! öldürdülər səbr etdi. Yandırdılar dözdü, ac qoydular dinmədi.Bunlar da hədlərini aşdı. Kəbinsiz arvad almaları bəs deyilmiş, hələ kişiləri də  məcbur edirlər ki, siz də kəbinsiz ərə gedin. Əşi insafınız olsun da.Arvadları bildik heç olmasa kişilərin kəbinini kəsin. Ona görə də qurban olduğum dözmədi, yer də dedi ; "İndiyə qədər siz yandırırsiz bundan sonra mən yandıracam”.

 Düz eləmisən ay Con. Vallah düz etmisən.Ümumiyyətlə siz həmişə bizdən geridə olmusunuz. Biz atomdan qızdırılmış hamamda istirahət edəndə, sizin imperatorunuz boşqabda çimirdi. Nə olsun ki, indi siz kosmosdasızınız biz isə yerdə. Bizim yerdə bir az  görüləsi işlərimiz var.Darıxmayın işimizi qurtaran kimi orada gələcəyik İnşallah.

Bələ də ay Con kor-kor, gör-gör. Bax siz yanırsız amma biz naz-nemətin içindəyik.

Bude maşallah Kür yenə daşıb, təmənnasız sulayır hər tərəfi. Özü də bu dəfə deyir xahiş etməyin! nə qədər istəsəm gələjəm! Allahın bir gəmisini də çox gördüz mənə.Texnikanın gücü çatmır. Mirbağır ağada yoxdur ki, əsasını vursun Kürə desin : "həya et! Allahın mömin bəndələrinə əziyyət vermə, qoy rahat kasıbçılıqlarına baxsınlar. Onsuz da bu millətin başı çox bəlalar çəkib. Dəfələrlə evlərindən didərgin düşüblər.İsti ocaqlarından ayırıblar.Ata-babalarının ocağına həsrət qalıblar.”  HAYIF çox HAYIF.Bu insanlar ağanın qədrini bilmədilər. Onun tikanı iti oldu girdi bəzi adamalrın gözünə. Yoxsa Koba hardan bilirdi ki, Səlyanda belə bir seyyid var, Kür də ona ehtiram edir, ondan həya edir.Yaxşı ki, yoxsan ay seyyid. İndiki zamaon o zaman deyil.Daha sənin nənənə hörmət edənlər barmaqla sayılır. Buralarda vaxtı ilə sizin qapıya pənah gətirib şəfa diliyənlərə, indi bura müşrik deyirlər.Cəddinə əza saxlıyanlara terorist adı qoyublar. Yaxşı deyiblər "Oğru elə qışqırdı, doğrunun bağrı yarıldı.”İnciməyin ee demişdim axı insanlarda cahillik də var.

Şəhriyar demişkən:

Yaxşılığı əlimizdən alıblar

Yaxşı bizi yaman günə salıblar

Lap yadımdan çıxmışdı ay Con, yol gəlmisən ac olarsan gedək burda bir məclis var. Bir tikə ehsandan sən də dadarsan. Bu xalqın ehsanı halaldandır, şəfadır xəstələrə, gəl səndə ye dərdin bir az azalar. Vulkanın qorxusu çıxar canından. Gəl otur.

-         Ay Salman qağa , hanı yemək?

-         Düz deyirsən qonaq-qardaş yadımdan çıxdı sənə deyim.Bu kalxoz sədri Rüstəm kişi özündə sözündə dögür.Onun-bunun felinə aldanıb köhnə kəndə təzə dəb gətirib. Nə edək, buna da dözək.Allah axırını xeyr eyləsin.

-         Ay qağa sizə yük olmaram ki?

-         Yox ay Con bizim Vahid qədeşin qəşəng bir sözü var. 

Biz gərək badeyi gülgüni həkimanə içək

Pozmayaq rövnəgini məclisi məstanəmizin.

Ayağın öpməliyik xadimi meyxanələrin

Bəlkə bu cəm içrə görək əksini canənlərin

Biz həman rindi xərabatiyi bibakiləriz

Söhbəti əzbər olub, dillərdə əfsanəmizin

Eşq zəncirinə Vahud də giziltar olmuş

Az imiş guya biri də artdı bu divanəmizin

-         Gəl gedək ay Con

-         Ay qağa bəs sizə niyə bəla gəlir?

-         Ay Coni nə bəla?

-         Hirslənmə ay qağa Kürü deyirəm də

-         Ay bədbəxtlər siz kosmosa da getdiniz, hələ də düzəlmədüz. Ay bədbəxt məxluq o bəla deyil! Su aydınlıqdı, aydınlıq.

-         Doğurdan ay kişi bizim o Xudayar bəyi oralarda görmədin?

-         Gördüm qağa, gördüm.

-         Ayə demədin sənin orada nə itin azıb nə gəzirsən?

-         Soruşdum ay qağa ay Xudayar kişi çətinlikdən gəlmişəm dedi; Adə "əstəfurullah” de. Nə çətinlik? Maşallah kefimiz kök damağımızdakı protez, həkimlər də hamısı profisional.Gəzməli, görməli yerlərimiz,işməli sularımız, dənizimiz çimərliklərimiz, qəşəng bağ-bağatımız, ilxılarımız, sürülərimiz, balımız, qaymağımız,meşələrimiz, çaylarımız, əkinimiz, biçinimiz, qışda isti yayda sərin ocağımız,şüşə kimi yollarımız, yaraşıqlı körpülərimiz, yeraltı və yerüstü keçidlərimiz, idman zallarımız. Uzun sözü qısası Kərəməli kişi demişkən; "Sındırmağa girdəkanımız, cırmağa bezimiz.”

-         Bəs ay Xudayar kişi dərdün nədir?

-         Ay bala mən qoca kişiyəm.Bir ayağım burda biri gorda. Mənim indi ibadət edən vaxtımdır.Getdim dükana kitab almağa, dedilər icazəsi hələ gəlib çıxmayıb. Əşi kitaba nə icazə fikirləşə-fikirləşə gedirdim, girdim kitab mağazasına. Gördüm kitabla doludur.Dedim, bacı bu kitablar kimindi? Dedi ki, kimin kitabını istəsən bizdə var.Hüro-dan Qorkiyədək hətta Şevçenkonun kitabı, Brejnevin "malaya zemlyası”da orda idi. Fikirləşdim, Viktor 30 ilə bir cild səfiilər yazıb, Əllamə Təbatəabi 20 cild Əlmizan. Görəsən məsihi Viktorun kitabına niyə icazə verirlər amma müsəlman və azəri Əllamənin kitabına yox? Gedim bir yumru kaset alım, qulaq asım. Dedilər olmaz!  Baxdım ki, hətta üstündə lüt qız şəkili olan kasetlər satılır. Təəcüblə uzaqlaşdım. Bu halda bir məktəbin qırağında  yorulub oturdum. Əyani ruzigar dəyişib.Xanımlar çox qeyri-adi geyiniblər. Adam lap utanır onlara baxmağa.Bu anda məktəb həyətində milli geyimdə, başı bağlı uzun ətəkli paltar geyinmiş nurani məsum bir qız ağlayır və hıçqırtı ilə təkrarən deyir. "Oxumaq istəyirəm”. Dedim ay bala oxu da , kim qoymur səni oxumağa... Dedi ; ay baba mən axı nənəm rəhmətliyi çox istəyirəm, istəyirəm onun geyimini qoruyub saxlayım. Bay,ay bala saxla da... kim sənə nə deyir? Ay baba çox qocalmısan eee. Mən ya oxumamalıyam ya da geyimimlə xüdafisləşməliyəm. Təəcüblə oradan uzaqlaşdım. Üz tutdum məscidə.Gedim 2 rükət namaz qılım, əlimi qaldırım Allah dərgahına dua edim inşaəllah bu işlərdən bəla gəməsin millətimizə. Elə bu fikirdə idim ki, bir cavan polis paltarında mənə yaxınlaşıb dedi;  

-         Ay dayı bu məscid məhkəmənin qərarı ilə söküləcək. Get başqa məscidə.

-         Dedim ay bala düz başa düşmədim ya yox ? Məhkəmə məscidin sökülməsinə qərar verib?

-         Bəli, ağsaqqal. Qərar verilib ki, məscid sökülməlidir.

 İstədim ona deyim ki, ay bala bu diyarda o qədər sökülməli kazinolar,barlar, qumarxanalar var onu niyə sökmürlər!?  Burada ibadət edirik, bir-birimizi dua edirik, millətimizə köməklik istəyirik, torpaqlarımızın azadlığını iltimas edirik, düşmənlərimizi lənətləyirik niyə belə? Sonra fikrimi dəyişdim dedim. Bu tifil cavanı yormayım, gedim evə səhərdən hacı xanım gedib hicab almağa. Görüm nə tapıb, nə alıb. Evə girəndə xəbərlər İmamzədənin təmirinə prezident tərəfindən pul ayrıldığını bildirdi. Sevindim, dedim İnşallah bu məscidin aqibəti azanın aqibəti kimi olmaz. Amma hacı xanımın ovqatı çox pis idi. Ay hacı xanım nə olub yenə ? Danışma ay kişi hicab dükanlarının hamısı bağlı idi.Buy niyə ? Nə bilim belə qərar çıxıb. Dedim ay arvad yığış gedək. Hara ay kişi? Harasa... Tez gedək nə qədər ki, yaylığın başındadır.Tələsik çıxdıq evdən. Arvad dedi; ay kişi papağın hanı? Yeri ay arvad papaq zamanı deyil. Yaylığını möhkəm saxla.Yoxsa xan qızı Nətavana nə deyərsən? Bu halda bərk külək əsdi.Elə bil günahlar bizim küləyi qəzəbləndirmişdi. Öz-özümə küləklə danışmağa başladım.

Söylə Nətavana ey səba

Bir də bu yanə gəlməsin

Gəlsə düşər bu şəhridə

Dərdü bəlaya gəlməsin

- Hə Xudayar kişinin bu züm-züməsini eşitdim. Abbas Səhhətdən idi deyəsən?

Uyğu görmüş bir lalanı mən

Aləm əhli bütün kar

Söyləməkdən mən acizəm

Dinləməkdən nəlayiq.

- Dedim ay kişi nöş astadan danışırsan? Ah çəkib dedi;

- Sən bilməzsən ay Con. Biz də abır-həya, namus-qeyrət deyilən bir zad var.Çatar dünyanın qulağına biabır olarıq.Heç olmasa qoy konfrans qurtarsın, bu qara gendi , boz gendi nədi? Getsin yoxsa düşmənlərimiz eşidər , sevinərlər.

İndi siz deyin ay millət Xudayarın dərdi böyükdür yoxsa Conun? Allah Kərimdi bəlkə qaytardılar. Allah təala bizi haqqı deyənlərdən qərar versin.  Amin!


Hacı Əhliman Rüstəmov              2010

Категория: Məqalələr | Просмотров: 290 | Добавил: Huseyni | Рейтинг: 5.0/4
Всего комментариев: 4
+1  
4 nurca   (20.05.2010 23:53)
Duygulari aciqlayan gozler olsaydi,Qelb hislerin mezarina cevrilerdi

+1  
3 Leyli   (14.05.2010 17:36)
Halal olsun gozel meqaledi

+1  
2 Emin   (14.05.2010 12:45)
<Aşiq> Qardash ne yaman dedin. butun bedenim lerzeye geldi. Ehsen sene.

+1  
1 Aşiq   (14.05.2010 07:45)
Quyularla Danışan yadıma düşdü...

Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  May 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz