ALLAHI XATIRLAMAĞIN ŞƏXSİYYƏTƏ TƏSİRİ - 22 Апреля 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » Aprel » 22 » ALLAHI XATIRLAMAĞIN ŞƏXSİYYƏTƏ TƏSİRİ
14:33
ALLAHI XATIRLAMAĞIN ŞƏXSİYYƏTƏ TƏSİRİ


"MAİDƏ” SURƏSİNİN 105-Cİ AYƏSİ

Qeyd olundu ki, Quran ayələrinə əsasən, eləcə də, əqli və təcrübi araşdırmalara görə insanın mə’nəvi cəhətdən tənəzzülə uğraması qəflətdən irəli gəlir. Bu qəflət insanın özündən və yaranış məqsədindən xəbərdar olmamasından ibarətdir. Təbii ki, bu qəflətin müalicəsindən ötrü diqqəti həmin məsələlərə yönəltmək lazım-dır.

Qurani-kərimin "Maidə” surəsinin 105-ci ayəsi bu mövzunu işıqlandırır. Ayədə buyurulur: "Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin öz borcunuzdur. Siz doğru yolda olsanız, yolunu azanlar sizə heç bir zərər yetirə bilməzlər.”

Mərhum Əllamə Təbatəbai yuxarıdakı ayənin təfsirində nəfs barəsində mə’rifət əldə etmək, bu mərifətin mərtəbələri, bu mərifətin ilahi mərifətlə sonuclanması barədə dəyərli fikirlər söyləyir. Təfsirə görə ayənin zahiri mənası budur ki, insan öz eyblərinə məşğul olub başqalarında nöqsan axtarmamalıdır. Bəzən insan bütün diqqətini ətrafdakılara yönəltdiyindən özündən xəbərsiz qalır. Əksərimiz insanların yaxşı xüsusiyyətlərini bir kənara qoyub, adətən onların eyblərinə diqqət yetiririk. Bizdən bir şəxs haqqında soruşulanda həmin şəxsin nöqsanlarından danışmağa üstünlük veririk. İnsan eyb axtara-axtara bir də onda ayılır ki, eyb axtarmaq onda xasiyyətə çevrilib. Deyilənlər ayənin zahiri mənasını təşkil edir. Amma bir az da diqqət etdikdə daha dərin mənalar üzə çıxır. Mərhum Əllamə diqqətimizi bəzi dərin incəliklərə yönəldir. Ayədə insanın özünə qarşı diqqətli olması ilə onun doğru yolu tutması, hidayəti arasında əlaqə mövcuddur. Demək, doğru yola yönəlmək üçün insanın özünə diqqət yetirməsi şərtdir. Yəni nəfsi tanımaq Allahı tanımaq üçün bir müqəddimədir.

Просмотров: 170 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 1
0  
1 Haci MirTarlan   (22.04.2010 15:28)
Əllamə Təbatəbai Hurini incidib ve gunahida ozu qeyd edib ki budur

Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  Aprel 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz