Mayın 12-i - Cəmadius-Saninin 20-si Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü
Mayın 23-ü - Rəcəbin 1-i İmam Baqirin(ə) təvəllüdü
Mayın 25-i - Rəcəbin 5-si İmam Əliyyən Nəqinin(ə) şəhadəti
Səsvermə
Reytinq
Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » Sentyabr » 8 » Allah şəhidlərimizi İmam Hüseyn (ə.s)-la məhşur etsin.Amin
23:58
Allah şəhidlərimizi İmam Hüseyn (ə.s)-la məhşur etsin.Amin
Azərbaycanda Qarabağ uğrunda şəhid olmaq istəyənlər orda yaşamaq istəyən ermənilərdən çoxdur.
Hacı Əhliman:
Seyyid Şəhid Mübariz cəddi Kərbəla şəhidi olan cənnət cavanlarının ağası İmam Hüseyn (ə.s)-ın məktəbindən aldığı dərsləri əməli olaraq həyata keçirdərək bütün Azərbaycan xalqının ruh yüksəkliyini artıraraq özü kimi namaz qılan möminlərdə də şəhidlik həvəsini artıraraq Azərbaycanda mərd oğulların daima olduğunu göstərdi. Buna misal olaraq Sentyabrın 4-də Ermənistan silahlı qüvvələrinin cəbhənin Tərtər rayonun Çiləbürt kəndi yaxınlığında Azərbaycan ordusunun mövqelərinə doğru qəfil hücumu keçməsi nəticəsində 34 yaşlı Cəlilabad rayonundan olan Əhməd Hüseynağa oğlu Abdullayev və 24 yaşlı Fərid Gülağa oğlu Əhmədov qəhrəmancasına şəhid olmuşlar.
Şəhid Əhməd
Abdullayevin atası Hüseynağa Abdullayev oğlunun kiçik yaşlarında hərbiçiliyə
maraq olduğunu deyib və hər an cəbhə bölgəsinə getməyi orda vuruşmağı və şəhid
olmağı arzulayırmış. Bundan əlavə şəhid olmuş əsgərimizin yaxın dostlarının
verdiyi məlumata görə Əhməd Abdullayev özü iman əhli olub və İmam Hüseyn
(ə) aşiqi olub. Hər dəfə onunla söhbət etdikdə düşmənlə vuruşmağı və Allah
yolunda,vətən yolunda şəhid olmağı arzulayırmış. Şəhid əsgərimiz öz arzusuna
çatdı və dediyi misiyanı yerinə yetirdi deyə dostları qeyd etmişlər.
Məsələyə
münasibət bildirən ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov Azərbaycanda hələ
Allah yolunda, vətən yolunda canlarını qurban verməyə hazır olan igid
əsgərlərin olduğunu deyib.Azərbaycanda Qarabağ uğrunda şəhid olmaq istəyənlər
orda yaşamaq istəyən ermənilərdən çoxdur. İlahiyyatçı daha sonra islamda
"şəhidlik” məqamı ən yüksək zirvələrdəndir və o zirvəyə çatmaqda da hər bir
oğlun işi deyil.Şəhid Əhməd Abdullayev İmam Hüseyn (ə) qoyduğu məkətəbi keçib
və bunun da nəticəsidi ki, Allah yolunda şəhid olmaq onun arzusu imiş.
Qeyd edək ki, şəhid olmuş Əhməd Abdullayev öz
doğulduğu Cəlilabad rayonunda dəfn olunub.