9-cu Dərs
I.
Quranın yazılması
II.
Quranın yazılma mərhələsi
III. Quranı nəyin
üzərinə yazırdılar?
IV. Quranın
yazılma forması
Quranın
yazılması
Quranın
bəhslərindən biri də onun yazılması barədədir. Hər bir müsəlman onun dini
kitabının tarixi ilə tanış olmaq istəyir.
İlkin
mərhələdə Peyğəmbər (s) və onun yaxın dostları Quranı əzbərləməklə qoruyub
saxlayırdılar. Ərəblərin hafizəsi tarixdə çox məşhur olubdur. Onlar cəhalət
dövründə çoxlu məhrumiyyətlərlə üzləşsələr də hafizə cəhətdən çox inkişaf ediblər.
Belə ki, uzun şerlər, hətta divanları əzbər edərək tarixdə saxlayıblar. Deyilənlərə
görə cox vaxt ərəblər bir şeri bir dəfə eşitməklə əzbərləyirmişlər.
Allah-Təalanın
gözəl və dilə yatımlı kəlamı olan Qurani-Kərim nazil olanda ərəblər onu çox
böyük bir həvəslə əzbərləməyə başladılar. Quranın öz cazibəsi, onların xüsusi
istedadı və ilahi bir məsuliyyət toplaşaraq Quranın zehnlərdə yaşamasını təmin
etdi. Onu da əlavə etməyi lazım bilirik ki, Quranın qorunub saxlanmasına Allah-Təala
özü zamin olubdur. Peyğəmbər (s) özü də möminləri Quran əzbərləməyə çox təşviq
edərdi. Bu da istedadların ilahi tərəfindən daha möhkəmlənməsinə səbəb oldu və
Quran əvvəlki mərhələlərdə bu cür yaşadı.
Quranın yazılma mərhələsi
Məkkədə yazı yazmağı bacaranlar 17 nəfər idilər. Quranın da yazılmağı
çox zəruri idi. Çünki onu zehinlərdə qoruyub saxlamaq çətin idi. Ona görə də Həzrət
Peyğəmbər (s) yazmağı bacaranları toplayıb Quranı yazdırmağa başladı. Bu dəstənin
adına "kuttabu vəhy” deyirdilər. Vəhyi yazanların sayının tarixdə 45 nəfərə qədər
olduğunu qeyd ediblər. Bunlardan bəzilərinin üzərində ixtilaflar vardır. Çünki
Qurandan əlavə əhdnamələr, müqavilələr, Peyğəmbərin (s) məktubları olurdu.
Onları da yazırdılar. Amma bir neçə nəfərin Quranı yazmağı ixtilafsız tarixə
düşübdür. Onlar ibarətdirlər: Həzrət Əli ibni Əbutalib (ə), Məaz ibni Cəbəl,
Übey ibni Kəb, Zeyd ibni Sabit və Abdullah ibni Məsud.
Quranı nəyin üzərinə yazırdılar?
İxtilafsız olaraq Quranın aşağıda qeyd edəcəyimiz vasitələrdə
yazılması tarixdə öz əksini tapıbdır:
1.
Usub – xurma
çubuqları.
2.
Lixaf – kiçik və
nazik daşlar.
3.
Riqa – kağız
parçaları.
4.
Ədyəm – dabbağ
olunmuş heyvan dərisi.
5.
Əktaf – dəvə və
qoyun sümükləri
6.
Əktab - dəvənin
belinə minmək üçün qoyulan taxta
7.
Əzla – heyvanın
qabırğaları
8.
Hərir – ipək
parça
9.
Şizaz – bir növ
ağac
10.
Tirtas – kağız
Doktor Ramiyar yazır: ərəblər kağızı qədimdən
tanıyırdılar. O zaman kağız Hindistanda düzəlirdi. Oradan Yəmənə göndərilirdi. Yəməndən
isə Ərəbistan vasitəsilə Şama və Ruma göndərilirdi.
Quranın yazılma forması
Vəhyi yazanlar Həzrət Peyğəmbərin (s) göstərişi ilə, ayələr nazil
olduqca bir-birinin ardınca yazırdılar. Hər vaxt ki, ”bismillahirrahmənirrahim”
nazil olurdu, bununla bir surənin qurtarıb o birisinin başlanması bildirilirdi.
Bu barədə İmam Sadiq (ə)-dan hədis vardır ki, buyurur: "Bir surənin əvvəlində
"bismillah”ın nazil olması, ondan qabaqkı surənin qurtarmasını bildirirdi”.
كان يعرف انقضاء سورة بنزول بسم الله الرحمن
الرحيم ابتداء لاخرى
Bəzi
hallarda Peyğəmbərin (s) seçimi ilə, ya Cəbrailin göstərişi ilə, nazil olmuş ayələri
başqa surələrin ayələrinin arasına yerləşdiriblər. Quranın ayələrinin tənzimi və
tərtibi əksər surələrdə Peyğəmbərin (s) əmri ilə olubdur. Bəzi surələrdə isə səhabənin
rəyi və ictihadı ilə əmələ gəlibdir.
9-cu Dərsin
Sualları
1)
Quran nə
zamandan yazı şəklinə salınmağa başlayıb və bu iş kimin göstərişi ilə olub?
2)
Quranı
yazanlara nə deyilir və onlar kimlər idi? Bir neçəsinin adlarını çəkin.
3)
Quranı kağızdan
başqa nələrin üzərinə yazırdılar?
4)
Quranın ayələrinin
tənzimi və tərtibi hansı formada həyata keçirilib?