8-ci DƏRS - 10 Июня 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » İyun » 10 » 8-ci DƏRS
12:07
8-ci DƏRS


8-ci Dərs

            I.      Quranda "ayə” və "surə”

         II.      "Ayə” sözünün mənası

     III.      "Surə” sözünün mənası

       IV.      Quranın surələrə bölünməsinin səbəbi

          V.      Quran surələrinin adları

       VI.      Surələrin bölümü

   VII.      Quranın surələrinin, ayələrinin və kəlimələrinin sayı

VIII.      Birinci, axırıncı ayə və surələr

       IX.      Məkkədə və Mədinədə nazil olan ayələr

 

Quranda "ayə” və "surə”

Quran 114 surədən təşəkkül tapmışdır. Hər surə də neçə ayədən ibarətdir. Söhbətimizin bu hissəsində surənin, ayənin mənaları haqqında, surə və ayələrin sayı haqqında, habelə surələrin adları və toplanması haqqında bəhs edəcəyik.

 

"Ayə” sözünün mənası

Lüğətdə "ayə” kəlməsi – aydın nişanə və əlamət mənasınadır. Quranda isə bu söz müxtəlif mənalarda işlənilibdir:

I   –   nişanə və əlamət (Məryəm-10). "İlahi, mənə bir nişanə qərar ver”.

رب اجعل لى اية

II  –   möcüzə (Əras-73). "Bu Allahın dəvəsidir ki, sizin üçün möcüzədir”.

هذه ناقة الله لكم اية

III –  Hökm (Bəqərə-106). "Hər hansı hökmü nəsx etdik, ya unutdurduq, ondan yaxşısını, ya onun kimisini gətirirk”.

ما ننسخ من اية او ننسها نأت بخير منها او مثلها

IV  –  İlahinin nəbiləri və övliyaları (Yusif-7). "Həqiqətən Yusif və qardaşlarında, soruşanlar üçün ibrətlər vardır”.

ولقد كان فى يوسف و اخوته ايات للسائلين

            Bunlardan əlavə də Quran istilahında "ayə”, Quranın kəlmə və kəlmələrinə itlaq olunur ki, əvvəli və sonu başqalarından ayrı olur (cümlə kimi) və Quran surələrini təşkil edir. Məsələn "Ənfal” surəsinin 2-ci ayəsi buna dəlildir: "Elə ki, onlara ayələr oxunur, imanları artacaq”.

واذا تليت عليهم اياته زادتهم ايمانا

 

"Surə” sözünün mənası

         Surə sözü neçə kökə malik olub bir neçə mənaya dəlalət edir. Onlardan nəzərə yaxın gələni سوره maddəsindən olub, Quranda "ucalıq və mənzələt” mənasına işlənəndir. Bir neçə ayədən təşkil olunmuş, "Tövbə” surəsindən başqa, əvvəli "bismillah” ilə başlayan ayələrin toplusuna "surə” deyilir.

            Allahın kəlamı olduğuna görə və ya oxuyanın məqamını yüksəltdiyinə görə surə "ucalıq və mənzələt” mənası verir.

 

Quranın surələrə bölünməsinin səbəbi

         Hər bir şeyə səbəb olduğu kimi Quranın da neçə surəyə bölünməsinin səbəbləri vardır. Biz aşağıda o səbəblərdən bəzilərini qeyd edirik. Onu da qeyd etmək lazımdır ki, bunlar bir neçə qaydalardır ki, faydadır Quranın surələrə bölünməsindən qarşıya çıxır və bu faydalar, biz aşağıda qeyd etdiyimizlə məhdudlanmayıbdır.

1.       Quranda müxtəlif mövzu və hədəflərə görə Quran surələrə bölünmüşdür. Belə ki, təfsirçilərdən bəzilərinin nəzəri belədir: hər bir surə xüsusi bir hədəfi izləyir. Bu hədəfə aid olan ayələr həmin surədə toplanır. Məsələn; "Nəml”, "Yusif”, "Fil” surələri kimi.

2.       Quranı əzbərləmək, oxumaq və öyrənməyin asanlaşması: daha qısa bir şəkildə izah etmək istəsək, belə deyərik; Quranın surələrə bölünməsi onun təlimini asanlaşdırır.

3.       Quranın surələrə bölünməsi onun təhrif olunmasının qarşısını alır. Belə ki, surələrə bölünməklə müəyyənləşərək qorunub saxlanılır.

 

Quran surələrinin adları

         Quran surələrinin çoxu bir ada malikdir. Amma bəzilərinin iki adı vardır. Hətta bəzi surələrin bir neçə adı vardır.

            "Həmd” surəsi üçün iyirmidən çox ad sayıblar: "əlhəmd”, "fatihətul kitab”, "ümmül kitab”, "fatihətul Quran”, "ümmül Quran”, "Quranul əzim”, "əssəbə məsani”, "əl vafiyə”, "əlkənz”, "əlnafiyə”, "ələsas”, "ənnur” və sairə.

            Quranın surələrinə ad qoyarkən müxtəlif cəhətlər nəzərdə tutulubdur.

1.       Surədə bəhs olunan mövzunu nəzərə alaraq ad qoymaq. Məsələn: "Nisa”, "Tohid”, "Ənbiya”, "Əhzab”, "Möminun”, "Kafirun” surələri kimi. Bu surələrdə adı çəkilən mövzulardan çox söhbət getdiyinə görə belə adlanıblar.

2.       Bəzi peyğəmbərlərin və ya şəxlərin haqqında söhbət açılan surələr də onların adları ilə adlanıb. Məsələn: "Nuh”, "Hud”, "İbarahim”, "Yunis” və s.

3.       Müqəttiə hərflərinin hesabına surələrə ad qoymaq. Məsələn: "Qaf” ق "Sad” ص. Bu hərflər hansı surənin əvvəlindədirsə, onun adına həmən ayəyə ad qoyulub.

4.       Bəzi heyvanların barəsində və ya onlar haqqında xüsusi bir səbəbdən söhbət açılan surələri həmən heyvanların adı ilə adlandırıblar. Məsələn: "Bəqərə”, "Nəml”, "Nəhl”, "Ənkəbut”.

5.       Surənin mühim bir hissəsindən ona ad qoymaq. Məsələn: "Cümə”, "Fəth”, "Hədid” və "Mütəffifin”.

6.       Surədə birinci olaraq nəyə and içilibsə, o həmən surəyə ad qoyulub. Məsələn:"Əlfəcr”, "Əşşəms”, "Əzzüha” və s.

Bütün bu deyilənləri nəzərə alaraq xülasə şəklində belə demək olar ki, mühüm olan bir mövzu, yaxud çox cəlbedici olan bir şey surəni adlandırmağa əsas meyar olubdur.

Bir faktı da qeyd etmək lazımdır ki, o da bu adların şəriət tərəfindən qoyulması barədədir. Belə ki, surələrin adı şəriət tərəfindən belə qoyulub yoxsa yox? Bu barədə müxtəlif nəzərlər vardır. Biz Əllamə Təbatəbainin (rahmətullahi ələyh) nəzərini qeyd edirik. Əllamə buyurur: Surələrin çoxunun adı Həzrət Peyğəmbərin (s) zamanında çox işlənməkdən əmələ gəlib və şəriət tərəfindən qoyulmayıbdır.

 

 

Surələrin bölümü

         Quranşünaslar bir cəhətdən Quranın surələrinin böyüklüyünə (ayələrin sayına) görə onları dörd yerə bölüb və onlara xüsusi ad veriblər:

1.       "Əssəbi əttüvəl” – Quranın yeddi böyük sürəsi ki, "Bəqərə”, "Ali İmran”, "Maidə”, "Ənam”, "Əraf” və "Nisa” – dan ibarətdir. Yeddinci surəni bəziləri "Yunis”, bəziləri isə "Kəhf” hesab edirlər.

2.       "Əlməul” – Bu surələr uzun surələrdən nisbətən qısa olub, ayələrin sayı yüzü keçibdir. "Tövbə”, "Nəhl”, "Hud”, "Yusif”, "Kəhf”, "İsra”, "Ənbiya”, "Taha”, "Möminun”, "Şüəra”, "Əssaffat”.

3.       "Məsani” – Bu qism surələrin ayələrinin sayı yüzdən azdır. Onlar təqribən iyirmi surədir.

4.       "Müfəssəl” – kiçik surələrdir ki, onları "müfəssəl” adlandırıblar.

 

Quranın surələrinin, ayələrinin və kəlimələrinin sayı

         Quranın surələrinin sayı 114-dür. Amma Quranın ayələrinin sayında bir qədər ixtilaf vardır. Bu ixtilaf, ayələrin azalmağı, yaxud çoxalmağında deyil. Bəlkə onların sayılma qaydasi fərqlidir. Dəqiq hesablamalara əsasən Quranın ayələrinin sayı 6236-dır.

            Quranın kəlmələrinin sayına gəldikdə isə, o da nəzərə dəqiq gələn hesablamaya əsasən 77807 kəlmədən ibarətdir.

 

Birinci, axırıncı ayə və surələr

         Həzrət Peyğəmbərə (s) nazil olan birinci ayələr "Ələq” surəsinin əvvəlinci ayələridir. Amma Peyğəmbərə (s) nazil olan axırıncı ayələr barəsində bir qədər ixtilaf vardır.

            Yəqubi deyir; Peyğəmbərə (s) nazil olan axırıncı ayə "Maidə” surəsinin üçüncü ayəsidir: "Bu gün dini kamil etdim, neməti tamamladım, islamın sizə din olmağına razı oldum”.

اليوم اكملت لكم دينكم واتممت عليكم نعمتى ورضيت لكم الاسلام دينا

Yəqubi yazır; bu ayə Qədir Xum çölündə peyğəmbər (s), Əli ibni Əbutalibi (ə) imamətə nəsb edəndə nazil oldu.

            "Əttəmhid” kitabının sahibi Yəqubinin sözünü təsdiqləyərək deyir: Bu ayə dinin kamil olduğunu bildirir. Ona görə də axırıncı olaraq nazil olması həqiqətə uyğundur.

            Peyğəmbər (s)-in ömrünün sonları yaxınlaşırdı. Qədir Xum çölündə öz canişinini təyin edəndən sonra bu ayə nazil olub, Peyğəmbərə (s) bu münasibətlə dinin kamil olduğunu elan etdi.

            Əvvəlinci və axırıncı surələrə gəldikdə isə İmam Sadiq (ə) buyurur: Kamil surətdə nazil olan birinci surə "Fatihə”, axırıncı isə "Nəsr” surəsidir.

 

Məkkədə və Mədinədə nazil olan ayələr

         Quranın surələri bir cəhətdən iki yerə bölünür; Məkkədə nazil olan surələr və Mədinədə nazil olan surələr. Belə bölümün özünün də faydaları vardır. Hicrətdən qabaq nazil olan ayələrə "Məkki”, hicrətdən sonra nazil olanlara isə "Mədəni” ayələr deyilir. Ayələrin bu cürə bölümünün onların təvil və təfsirində təsiri vardır. Məsələn, "Məkki” ayələrdə "zəkat” sözü işlədilir. Bu sözün vacib zəkat olub olmamasını bilmək, onun harada nazil olduğunu bilməklə müəyyənləşə bilər. Vacib zəkat Mədinədə insanlara hökm olunubdur. Deməli Məkkədə nazil olan ayələrdəki "zəkat” müstəhəb, Mədinədə nazil olan ayələrdəki zəkat isə vacibi zəkat mənasındadır.

            Məkkədə nazil olan surələrin özünəməxsus xüsusiyyətləri vardır. Məsələn: Üsulidinə dəvət etmək, ali əxlaqa çağırmaq, behişt, cəhənnəm və qiyamət barəsində söz açmaq, müşriklərlə mücadilə, ayələrdə andın çoxluğu, peyğəmbərlərin qissələri, surələrin kiçikliyi.

            Mədinədə nazil olan surələrin də özlərinə məxsus xüsusiyyətləri vardır: əhli-kitabla mücadilə, münafiqlərlə üzləşmə, cihad və onun hökmünü yad etmək, cəza hökmləri, vacibat, hüquq, irs, siyasi və iqtisadi qanunları şərh etmək, surələrin və ayələrin uzunluğu.

            Quranın surələrinin 86-sı Məkkədə, 26-sı isə Mədinədə nazil olubdur.

 

8-ci Dərsin Sualları

1)      Quranda neçə surə və neçə ayə var və surə ilə ayənin fərqi nədir?

2)      Quran nə üçün surələrə bölünüb və surələrin adları qoyularkən hansı cəhətlər nəzərdə tutulubdur?

3)      Birinci və sonuncu nazil olan ayələr hansılardır?

4)      Kamil surətdə nazil olan birinci və sonuncu surələr hansılardır?

5)      Məkki və Mədəni ayələr nə deməkdir?


Просмотров: 235 | Добавил: Huseyni | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  İyun 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz