6-cı DƏRS - 6 Июня 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » İyun » 6 » 6-cı DƏRS
00:47
6-cı DƏRS

6-cı Dərs

6-cı Dərs

            I.      Quranın nazil olması və besət

         II.      Nuzuli-dəfi

     III.      Nuzuli-tədrici

       IV.      Tədrici nuzulun sirrləri

Quranın nazil olması və besət

         Bildiyimiz kimi Həzrət Peyğəmbər (s) miladi tarixi ilə 610 – 611-ci illərdə, 40 yaşında Məkkə şəhərində peyğəmbərliyə təyin edildi. Onu da bilirik ki, Həzrət Peyğəmbərə (ə) ilk nazil olan ayə "Ələq” surəsinin ayələrindən idi. Həzrət Peyğəmbərə (s) ilk ayələr Həra mağarasında nazil oldu. Bu məsələdə bütün müsəlmanlar müttəfiqdirlər. Amma bu məsələnin hansı zamanda baş verməsi ixtilaflıdır. Şiələr çoxlu mötəbər rəvayətlərə əsaslanaraq bu hadisənin rəcəb ayının 27-də baş verdiyini qeyd edirlər. Bu barədə olan hədislər Peyğəmbərin (s) Əhli-Beytinin vasitəsi ilə nazil olub. Onlar Peyğəmbərə (s) yaxın olduğu üçün hamıdan yaxşısını bilmələri şübhəsizdir.

            Şeyx Tusi "Əmali” kitabında İmam Sadiq (ə)-dan nəql edərək yazır: "İyirmi yeddi rəcəbdə peyğəmbər (s) seçilibdir. Kim bu günü oruc tutsa, altmış ay oruc tutanın əcrini qazanır”.

            Bundan başqa da Əimmədən (a) (imamlar – red.) çoxlu rəvayətlər vardır ki, onlar da besətin  (Peyğəmbərin (s) təyin edilməsinin – red.) rəcəb ayının 27-də olduğunu bəyan edir. Bir sıra mötəbər hədislər Quranın rəcəb ayının 27-də nazil olduğunun bildirir. Bundan əlavə rəvayətlər də vardır ki, Quran 20 il müddətinə nazil olmuşdur.

            Quranın bəzi ayələrində isə onun ramazan ayında, Qədr gecəsində nazil olduğu bildirilir. Məsələn "Bəqərə” surəsinin 185-ci ayəsində belə buyurulur: "Ramazan ayı bir aydır ki, Quran bu ayda nazil olubdur”.

شهر رمضان الذى انزل فيه القران

            "Duxan” surəsinin 3-cü ayəsində belə buyurulur: "Biz onu (Quranı) mübarək bir gecədə nazil etdik”.

انا انزلناه فى ليلة مباركة

            "Qədr” surəsinin 1-ci ayəsində belə qeyd edilir : "Biz onu (Quranı) Qədr gecəsində nazil etdik”.

انا انزلناه فى ليلة القدر

            Bu mötəbər hədislər və bu Quran ayələri bir-biri ilə uzlaşanda hansı nəticə meydana çıxır, necə izah olunur?

            Həmən nəticə və izahı aydınlaşdırmaq üçün bir məsələdən xəbərdar olmaq lazımdır. O da Quranın nazil olmasının iki cür olmasını bilməkdir. Bəli, Quranın nuzulu iki formada olubdur:

  1. Nuzuli dəfi
  2. Nuzuli tədrici

Nuzuli-dəfi

         Bir çox şiə və sünnü rəvayətlərinin təkidinə əsasən Quranın nazil olması iki formada olubdur. Onlardan biri nuzuli dəfidir.

            Cəlaləddin Suyuti yazır "Qurani-Kərimin nazil olmasında üç nəzər vardır: Birinci nəzər – Quran bütöv şəkildə Qədr gecəsində dünya göyünə nazil olub, sonra tədriclə 20 il, ya 23 il müddətində Peyğəmbərə (s) nazil olubdur.

            Səd ibni Cübeyr bu məzmunda olan bir hədisi ibni Abbasdan nəql edibdir.

            İkinci nəzər – Quranın bir miqdarı hər Qədr gecəsində dünya göyünə nazil olub, sonra bir il müddətində həmən miqdar Həzrət Peyğəmbərə (s) çatdırılıbdır.

            Üçüncü nəzər – Ramazan ayında Quranın nazil olmasından məqsəd, onun başlanğıcı deməkdir. Sonralar mütəfərriq surətdə (ayrı-ayrı formalarda) Quran nazil olmuşdur.

            Amma imamiyyə rəvayətlərindən belə məlum olur ki, Quran bir dəfədə dördüncü göydə "beytül məmur” adında bir yerdə nazil olubdur. Sonradan 23 illik Peyğəmbərin (s) risalət dövründə tədriclə Peyğəmbərə (s) nazil olubdur.

            Əllamə Təbatəbainin (rahmətullahi ələyh) bu barədə başqa bir nəzəriyyəsi vardır. Onun xülasəsi belədir: Ramazan ayında nazil olan ayələrdən məqsəd Quranın bir dəfədə nazil olmasıdır. Lakin Quran bir dəfədə Peyğəmbərin (s) qəlbinə nazil olubdur. Sonra peyğəmbərin (s) risaləti dövründə o, (Quran) ayə - ayə camaata çatdırılıbdır. Əllamə öz nəzərini təsdiq etmək üçün Quranın iki ayəsini dəlil gətirir: Birincisi – "Qiyamət” sürəsinin 19-cu ayəsi; "Tələsərək dilini Quranı oxumağa tərpətmə, Çünki Quranın toplanması və qəraəti bizim öhdəmizdədir”.

ولا تحرك به لسانك لتعجل به ان علينا جمعه وقرانه

İkincisi – "Taha” surəsinin 114-cü ayəsi; "Quran oxuyanda vəhy tamam olmamış tələsmə”.

ولا تعجل بالقران من قبل ان يقضى اليك وحيه

            Dediyimiz kimi mərhum Əllamə bu ayələri Quranın bir dəfədə Peyğəmbərin (s) qəlbinə nazil olmasına dəlil gətirir. Quran bir dəfədə ona nazil olub, sonralar hansı ayənin camaata çatdırılması Allah tərəfindən ona göstəriş verilmişdir. O Həzrət Qurandan xəbərdar olduğu üçün onu oxumağa və camaata çatdırmağa çalışırdı.

 

Nuzuli-tədrici

         Yuxarıda "nuzuli-dəfi”dən söhbət açdıq və bir qədər də "tədrici nüzül”a  işarə olundu. İndi isə "nuzuli tədrici”nin barəsində bir qədər geniş mülahizə aparaq.

            Quranın tədriclə nazil olması haqda tarixi dəlillər vardır. Bundan əlavə əsaslı surətdə Quranın öz ayələri bu məqsədə dəlalət edir.

            "İsra” surəsinin 106-cı ayəsində belə buyurulur: "Quranı hissə-hissə sənə nazil etdik ki, onu aramla camaata oxuyasan və onu tədriclə nazil etdik”.

و قرانا فرقناه لتقرئه على الناس على مكث ونزلناه تنزيلا

"Furqan” surəsinin 32-ci ayəsində buyurulur: "Kafirlər dedilər, nə üçün Quran bir dəfəyə ona (Peyğəmbərə (s)) nazil olmayıb”.

و قال الذين كفروا لولا نزل عليه القران جملة واحدة

            Bu ayədən (Furqan-32) istifadə olunur ki, Quran tədriclə nazil olduğuna görə kafirlərin etirazına səbəb olmuşdur.

            Ramazan ayında nazil olub "nuzuli-dəfi”yə dəlalət edən ayələrlə, "nuzuli-tədrici”yə dəlalət edən ayələri müqayisə etsək məlum olur ki, onların arasında hec bir ziddiyət yoxdur. Bəlkə hər dəstə bir növ nazil olmağa dəlalət edir. Gündəlik iqtisadi, ictimai, yaxud sülh və müharibə kimi məsələlər Quranın tədriclə nazil olmasını iqtiza edir. Quran da öz növbəsində bu formada o məsələlərə cavab verir.

            Quranın həqiqətindən, bütöv bir kitab olmasından söhbət açanda isə "nuzuli dəfi”yə dəlalət edən ayələr cilvələnərək məsələyə aydınliq gətirmişdir.

 

Tədrici nuzulun sirrləri

         Quranın nuzulunun tədrici olmasının müxtəlif hikmətləri vardır. Onlardan bəzilərinə işarə edək:

1.       Quran, kafirlərin "niyə bir dəfəyə nazil olmayıb” etirazına belə cavab verir: "Biz Quranı tədriclə nazil etdik ki, sənin qəlbini onun vasitəsi ilə möhkəmləndirək” (Furqan-32).

لنثبت به فؤادك

Ayələrin tədriclə nazil olması böhranlı vaxtlarda, müharibələrdə və sıxıntılı müddətlərdə Peyğəmbərə (s) dildarlıq edir və yaxşı arxa olaraq onun qəlbinə qüvvət gətirirdi. Şübhəsizdir ki, Peyğəmbəri (s) səbrə və istiqamətə çağıran ayələr bir dəfəyə nazil olsaydı təhlükəli vaxtlarda o qədər təsirli olmazdı. Amma hər dəfə çətinliklə üzbəüz olanda bu ayələrin nazil olmasının xüsusi təsiri var idi.

Baxın, yolunu azmışlar Həzrət Peyğəmbərə (s) hər dəfə çirkinlikə töhmətlər vurub narahat edəndə Allahın tərəfindən ayə nazil olur, əmin olan mələk gəlir, Peyğəmbərə (s) baş çəkir, ona ürəkli olmağı tövsiyyə edir və onu narahatçılıqdan qurtarıb gələcəyə ümidini daha da çox artırırdı: "Onların sözləri səni qəmgin etməsin, həqiqətən biz onların aşkar etdiklərini və gizlətdiklərini bilirik”. (Yasin-75).

فلا يحزنك قولهم انا نعلم ما يسرون وما يعلنون

            Başqa bir yerdə, düşmənlər tərəfindən Peyğəmbər (s) təkzib olunanda Quran ona belə təskinlik verir: "Səndən əvvəl də Peyğəmbərlər təkzib olunublar, əziyyət görüblər, amma onlar bu əziyyətlərin qarşısında  bizim köməyimiz gələnə qədər səbr ediblər”. (Ənam-34).

ولقد كذبت رسل من قبلك فصبروا ما كذبوا و اوذوا حتى اتاهم نصرنا

            Bu cür ayələrin həssas zamanlarda, müsəlmanların çətin vaxtında nazil olması həm Peyğəmbərə (s) təskinlik idi, həm də müsəlmanların möhkəmlənməyinə səbəb olurdu. Təsəvvür edin müsəlmanların vəziyyətini, o zamanlarda: sayları az, düşmənləri çox, qarınları ac, hər yerdən əlləri üzülüb, Quranın təbiri ilə desək, yer üzü onlara daralıb, pənah tapa bilməyən bir zamanda, qüdrəti və gücü, rəhməti və bərəkəti, məhəbbət və sevgisi bütün qüvvələrdən çox olan, nəinki çox olan, həqiqətdə bu saydıqlarımızı vücuda gətirib yaradan bir Allahın tərəfindən sənə kömək gəlir, sənə təskinlik və pənah yeri göstərilir, nə dərəcədə insanın qəlbi rahatlıq tapar və öz hədəfinə çatmağa ümidvar olar.

            Bəli, "tədrici nuzul”un bir hikməti bu idi.

2.       Bildiyimiz kimi Quran səmavi bir kitabdır. İnsanların dünya və axirət müqəddəratını həll edir. Maddi və mənəvi məsələlərin hamısının düzgünlüyü ondan asılıdır. İnsanların ictimai və fərdi məsələlərinin hamısı ona bağlıdır. İnsanlar şagird, Quran isə müəllim timsalındadır. Ona görə də gərək tədriclə çatdırılsın ki, xalq onun vasitəsilə təlimlənsin.

3.       Quran tədriclə nazl olduqca Peyğəmbərin (s) səhabələri tərəfindən əzbərlənir və bu vasitə ilə də təhrif  olunmaqdan qoruyub saxlanılırdı.

4.       Quranın ayələrini Peyğəmbər (s) zamanında baş verən hadisələrin çoxu ilə sıx əlaqəsi var idi. Hər vaxt bir hadisə yaxud irad meydana çıxırdı, Quran yerindəcə onlara münasibət bildirib, diş sındıran cavablar verirdi. Bu da tədriclə nazil olmanın hesabına vücuda gəlirdi. Ayələrin nazil olmasına gətirib çixarıan hadisələrə "səbəbi nuzul”, yaxud "şəni nuzul” deyirdilər.

Просмотров: 185 | Добавил: Huseyni | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  İyun 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz