4-cü DƏRS - 24 Мая 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » May » 24 » 4-cü DƏRS
20:31
4-cü DƏRS






4-cü Dərs


            I.      Vəhyin tərifi

                   II.      Vəhyin lüğəvi mənası

       III.      Vəhy istilahda

                      IV.      Quranda "vəhy” kəlməsi


Vəhyin tərifi

Bildiyimiz kimi Quran Həzrəti Peyğəmbərə (s) vəhy formasında nazil olubdur. Quran ayələrinin birində Allah-Təala Həzrət Peyğəmbər (s)-ə "ummi” امى deyərək müraciət edir. "Ümmi” sözünün mənası bu ayədə məktəb oxumayan, dərs oxumayan mənasındadır. Peyğəmbərimiz (s) Ərəbistan yarımadasında yaşayıb. O zaman orada heç bir məktəb olmadığı üçün dərs oxumamışdır. Quran da çox dərin mənaya malik olan bir kitabdır. Fəsahət və bəlağət cəhətindən də çox yüksək bir məqama malikdir. Məktəb görməyən bir insanın Quran kimi bir kitabı camaata çatdırması böyük bir möcüzədir. Adi yollarla, insan təliminin vasitəsilə bu cür dərin mənalı bir kitabı vücuda gətirmək mümkün deyildir. Bu da, Quranın vəhy formasında nazil olmasının təkzibedilməz bir subutudur. Bu məqsədə Quranın müxtəlif ayələrində işarə olunub.

"Onu (Peyğəmbər (s)-i) çox qüvvətli bir varlıq öyrətdi”, yəni vəhy yolu ilə.” Odur ki, bu deyilənləri nəzərə alaraq vəhy haqqına bir qədər geniş mənada söhbət açaq.

 

Vəhyin lüğəvi mənası

         Ərəb dilində vəhy – işarə etmək, yazmaq, ilham, gizli kəlam və başqasına çatdırılan hər hansı bir şeyə deyilir.

            Rağib İsfəhanı deyir: Vəhy, çox sürətli işarəyə deyilir. Bu kəlamda rəmz və kinayə ilə, ya ləfzi olmayan səs, ya bəzi üzv ilə işarə və yaxud yazmaqla mümkündür.

 

Vəhy istilahda

         Vəhy istilahda, asimani bəyənatı almaqdan ötəri ilahi peyğəmbərlərin qeyblə olan mənəvi rabitəsinə deyilir. Həmən vəhyi almağa xüsusi adamların ləyaqəti vardır ki, onlar da peyğəmbərlərdir.

 

Quranda "vəhy” kəlməsi

         Quranda vəhy kəliməsi təqribən 10 mövzuda işlədilibdir. Bu kəlmə mələklərin, şeytanların, insanın, heyvanın və yerin barəsində qeyd olunubdur. Bu söz ən çox peyğəmbərlərə aid olan rabitə haqqında varid olubdur.

            Quranda nazil olan "vəhy” kəlmələrindən bir neçə nümunəni nəzərinizə çatdırırıq.

1.       Mələklərə ruhani ilhamdan belə söhbət açılır: "Sənin Allahın mələklərə vəhy etdi; mən sizinləyəm” (Ənfal-12).

اذ يوحى ربك الى الملئكة انى معكم

2.       İnsana ruhani ilham: "Musanın anasına vəhy etdik ki, ona süd ver” (Qəsəs-7).

و اوحينا الى ام موسى ان ارضعيه

3.       Şeytani vəsvəsə barədə buyurur: "Həqiqətən şeytanlar öz dostlarına vəsvəsə edir ki, sizinlə müharibə etsinlər” (Ənam-121).

و ان الشياطين ليوحون الى اوليا ئهم  ليجادلوكم

4.       Heyvana ilham etmək barədə buyurur: "Sənin Allahın bal arısına ilham (ğərizi) etdi”(Nəhl-68).

واوحينا ربك الى النحل

İmam Əli (ə)-dan nəql olunan bir rəvayətdə yuxarıda dediyimiz vəhy növlərinin hamısına işarə edilib, həmən ayələr də dəlil gətirilibdir.



Просмотров: 154 | Добавил: Huseyni | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  May 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz