26-İyun/13-Rəcəb Imam Əli ibn Əbu-Talib ə.s-ın mövlud günü - 26 Июня 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » İyun » 26 » 26-İyun/13-Rəcəb Imam Əli ibn Əbu-Talib ə.s-ın mövlud günü
14:40
26-İyun/13-Rəcəb Imam Əli ibn Əbu-Talib ə.s-ın mövlud günü





Hacı Əhliman Rüstəmovun təbriki.

    Əmirəl möminin Əli İbn Əbu-Talib ə.s-ın mübarək mövlud günü münasibəti ilə Başda İmam Zaman ağanı sonra bütün mömin və möminələri təbrik edirəm. Əziz mömin və möminələr:
 -Əmirəl Möminin Əli ə.s-ın vilayətində daima bərəkətli ömür sürmənizi arzulayıram. Əli ə.s-ın vilayətində olmaq Hz.Muhamməd (s)-a tabe olmaq, Allaha bəndə olmaq, əsil İslam dinində olmaq deməkdir. Çünki Allah tərəfindən Qədir-Xum çölündə  Əli ə.s-ın müsəlmanlara Peyğəmbər (s)-dan sonra rəhbər və Allahın Vəlisi təyin olunması ilə İslam dini kamilləşdi.

   Əmirəl möminin Əli (ə.s) Allah evində dünyaya gəldi, Allah evində də bu dünyadan köçdü.
 Hz.Əli (ə.s) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kəbə evində dünyaya göz açmışdır. Atası Əbutalib, anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir.


                                                    İslamı qəbul etmiş ilk insan

Əli əleyhissəlamın bu dövrdəki ilk iftixarı onun ilk növbədə İslamı qəbul etməsidir. Daha dəqiq desək Əli (əleyhissəlam) bu dövrdə özünün əvvəldən olan İslami əqidəsini aşkar etmişdir. Əli (əleyhissəlam) əvvəldən təkallahlığa inanmış və əsla bütpərəst olmamışdır. Yəni Əli əleyhissəlamın İslamı qəbul etməsi bu mənaya deyil ki o bütpərəstlikdən əl çəkmiş və İslamı qəbul etmişdir. (Ancaq peyğəmbərlərin digər səhabələrinin İslamı qəbul etmələri bu mənayadır.)
İslamı qəbul etməkdə irəli düşmək elə bir dəyər fəzilətdir ki Quran açıq-aşkar ona işarə edərək buyurmuşdur: «Bir də öndə olanlar öndə olanlar! Bunlar [Allahın dərgahına Allahın lütfünə və mərhəmətinə] yaxın olanlardır.» 
Quranın İslamı qəbul etməkdə irəli düşməyə xüsusi diqqəti o qədərdir ki hətta Məkkənin fəthindən qabaq müsəlman olanlar Məkkə fəthində sonra müsəlman olanlardan üstün sayılır. Gör indi hicrətdən qabaq müsəlman olanlar nə dərəcədədirlər? «Sizlərdən [mal-dövlətini] fəthdən [Məkkənin fəthindən] əvvəl [Allah yolunda] sərf edənlər və [müşriklərə qarşı] vuruşanlar [başqaları ilə] eyni deyillər. Onlar [mallarını Allah yolunda] fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarı ilə daha üstündürlər. Bununla belə Allah-taala onların hamısına [həm birincilərə həm də ikincilərə] ən gözəl mükafat [Cənnət] vəd buyurmuşdur.» 
Məkkənin fəthindən (hicrətin səkkizinci ilindən) qabaq müsəlman olanların dərəcələrinin üstün olması ona görədir ki onlar İslamı qəbul edəndə İslam dini hələ Ərəbistan yarımadasına tam yayılmamışdı müşriklərin qərargahı olan Məkkə şəhəri İslamın düşməni olaraq qalırdı. Müsəlmanlar hələ qorxu içərisində yaşayırdılar. Düzdür müsəlmanlar Mədinəyə hicrət etdikdən və Mədinənin böyük qəbilələri Ovs və Xəzrəcin və bir çox başqa qəbilələrin İslama gəlməsindən sonra müsəlmanlar bir qədər gücləndilər və bir çox müharibələrdə meydandan qalib kimi çıxdılar. Belə bir zamanda İslamı qəbul etmək böyük üstünlüyə malikdirsə şübhəsiz ki İslamın ilkin çağlarında (hicrətdən qabaq) Qüreyşin və bütpərəstlərin camaata meydan oxuduqları bir dövrdə İslamı qəbul etmək daha çox üstünlüyə malik olmalıdır. Buna əsasən də, peyğəmbərin səhabələri arasında İslamı qəbul etməkdə irəli düşmək (və hətta birinci olmaq) böyük bir şərəfdir.
Beləliklə də, Əli əleyhissəlamın İslamı birinci qəbul etməsinin də nə dərəcədə üstün olması məlum olur.

Просмотров: 202 | Добавил: Huseyni | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  İyun 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz