Əziz müsəlman bacı və qardaşlar! İmam Zaman (ə.c.f)-başda olmaqla İslam Peyğəmbəri (s.a.a.s)-in sevimli qızı Hz.Fatimeyi Zəhra (s.ə)-nın səhadəti münasibəti ilə sizlərə baş sağlığı verir, müsəlman xanımlara gözəl nümunə olan Fatimeyi Zəhra (s.ə)-nın yolunu tutmağınızı tövsiyə və dua edirəm.
"Allah insanı ibadət üçün yaradıb” dedikdə nə nəzərdə tutulur? İnsanların ibadətinə, səcdəsinə Allahın ehtiyacımı var? İnsan özünə qarşı ehtiram görəndə qəlbi açılır. Görən Allah da ehtirama möhtacdırmı?
Bütün bu suallar Allahı tanıyan insan üçün öz qənaətbəxş cavabını tapmışdır...
Qurani-kərimdə
zikrin kəmiyyəti barəsində "kəsir” (çox) və "şədid” (daha artıq) ifadələri
işlədilmişdir. "Əhzab” surəsinin 41-42-ci ayələrində oxuyuruq:"Ey iman
gətirənlər! Allahı çox yad edin. Səhər-axşam Onu təqdis edib şə’ninə tə’riflər
deyin.”"Bəqərə” surəsi-nin
200-cü ayəsində buyurulur:"Həcc mərasimini tamamlayıb qurtaranda (keçmişdə)
ata-babalarınızı yada saldığınız kimi, hətta ondan daha da artıq şəkildə Allahı
yad edin.”Kəmiyyətcə çox zikr deyilməsi aydındır. Bəs şiddətli (Qur’anda
işlədilən «şədid») zikr nədir? Görəsən, burada məqsəd zikri uca səslə
deməkdirmi? ...
Söhbətimizin xülasəsi olaraq deyə bilərik ki, bütün azğınlıqların və
büdrəmələrin əsası qəflətdir; insanın özündən, öz şəxsiyyətindən, dini
vəzifələrindən qəfləti! Özünü dərk edən insan daimi olaraq Allahdan asılı
olduğunu anlayır. Anlayır ki, onun varlığı Allaha bağlı olmayacağı təqdirdə bir
heçdir.
Həyat təcrübəsi nəticəsində bizim hər birimizə mə’lumdur ki, bə’zən
başımız ətraf mühitə, dünyəvi məsələlərə və nəfsani istəklərə elə qarışır ki,
kim olduğumuzu, harada olduğumuzu, hansı hədəfdən ötrü yaradıldığımzı tamamilə
unuduruq. Xüsusi ilə, bəzi əyləncəli oyunlar zamanı insan hər şey yaddan çıxır.
Qeyd olundu ki, Quran ayələrinə əsasən, eləcə də, əqli və təcrübi
araşdırmalara görə insanın mə’nəvi cəhətdən tənəzzülə uğraması qəflətdən irəli
gəlir. Bu qəflət insanın özündən və yaranış məqsədindən xəbərdar olmamasından
ibarətdir. Təbii ki, bu qəflətin müalicəsindən ötrü diqqəti həmin məsələlərə
yönəltmək lazım-dır.
Qurani-kərimin "Maidə”
surəsinin 105-ci ayəsi bu mövzunu işıqlandırır. Ayədə buyurulur