PEYĞƏMBƏRI ƏKRƏMDƏN (S) IMAM HÜSEYN (Ə)-IN FƏZILƏTI BARƏSINDƏ HƏDISLƏR
قَالَتِ الفَاطِمة (س): دَخَلَ اِلَىَّ رَسُولُ الله (ص) عِنْدَ وِلاَدَة الحُسَينَ (ع) فَناوَلتُهُ إيَّاهُ فِى خِرْقَةٍ صَفْرَاءَ، فَرَمى بِهَا وَ أخذ خِرْقَةً بَيْضَاءَ وَلَفَعهُ فيها ثُمَّ قالَ: خُذِيهِ يا فَاطِمَةُ فَإِنَّهُ امامٌ ابنُ امامٍ أبو الأئِمَّةِ التِسعَةِ، مِن صُلْبِهِ ائِمَّةٌ ابرارٌ وَ التَّاسِعُ قائِمُهُم
Həzrəti Fatimə (s) buyurub: Allahın Rəsulu (s) Hüseynin anadan olduğu gün mənim yanıma gəldi. Uşağı sarı parçaya bükülmüş halda həzrətə verdim. Allahın Rəsulu (s) sarı parçanı açıb kənara qoydu və ağ parça ilə Hüseyni bükdü. Sonra dedi: «Ey Fatimə, al (bu) uşağı. O, imam və imam övladıdır. Bu, doqquz pak və məsum imamların atasıdır, onların doqquzuncusu qaim (Həzrəti Məhdi əleyhis-salam) olacaqdır.»
(Kifayətul-əsər, səh. 194)
Allahın Rəsulu (s) buyurub: «... O (Hüseyn) behişt cavanlarının ağası və ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrimdir, Ona itaət etmək məndən itaət etməkdir. Hər kəs onun yolu ilə getsə məndəndir, hər kəs ona qarşı çıxıb üsyan etsə, məndən deyil.»
Hacı Əhliman: Əziz
müsəlmanlar! Başda İmam Zaman Ağa (ə.s)-olmaqla sizləri Hidayət çırağı
Nicat gəmisi olan İmam Hüseyn (ə.s)-ın mübarək movludu münasibəti ilə
təbrik edir Cənnət cavanlarının ağasının bu dünyada ziyarət, axirətdə
şəfaətinin nəsib olmasını dua edirəm.
Üçüncü mәsum İmаmımız Hәzrәt Hüsеyn (әlеyhissәlаm) hicrәtin dördüncü ili Şәbаn аyının üçü (yа dördü) Mәdinә şәhәrindә dünyаyа gәlmişdir. О Hәzrәt Әli (әlеyhissәlаm) vә Pеyğәmbәr qızı хаnım Zәhrаnın (sәlаmullаhi әlеyhа) ikinci övlаdı idi.
Hüsеyn ibn Әli (әlеyhissәlаm) öz hәyаtı bоyu zülm vә hаqsızlığа qаrşı mübаrizәdә şücаәt vә аzаdlıqsеvәrliyi ilә mәşhur оlmuşdur.
Bəşəriyyətə Allah Təala tərəfindən verilmiş ən böyük nemətlərdən biri olan Məbəs bayramınız mübarək olsun. Bu gün Hz.Peyğəmbər (s)-ın bəşəriyyətə rəhmət olaraq göndərildiyi gündür.İmam Zaman ağanın zühurunu görmək qismətimiz olsun. İnşaəllah.
Peyğəmbər (s)-buyurur:
Ey insanlar! Mən əslində (Allah tərəfindən)hədiyyə edilmiş bir rəhmətəm.
Ana səhifə Hz.Peyğəmbər (s)-a həsr olundu. Buyurun daha ətraflı materialların Ardını oxuyun.
Həzrəti Mühəmməd(s), Əlini(ə.s) bir iş dalınca göndərdi. Əsr namazının vaxtı yetişdi. Hamı namazını qıldı. Amma hələ Əli(ə.s) qayıtmamışdı. Əli(ə) Peyğəmbərin(s) yanına gələndən sonra, Peyğəmbər(s) başını paltarına büküb, Əlinin(ə) dizi üzərinə qoyub...
Hacətlər qapisı olan 7-ci İmam Museyi Kazim (ə.s)-ın şəhadəti münasibəti ilə İmam Zaman (ə.c)- ağaya və bütün müsəlman bacı qardaşlara dərin hüznlə baş sağlığı verirəm. Allah bizlərə Həzrətin şəfaətini nəsib eləsin.Amin
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa məlumat.
O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (əleyhissəlam) olmuşdur. İmam Kazim (əleyhissəlam) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində Zülmkar Abbasi xəlifəsi Harun ər-Rəşidin əmri ilə
Ayətullah Əllamə Hacı Seyyid Məhəmməd Hüseyn Fəzlullah dünyasını dəyişib.
Livanın böyük İslam alimlərindən olan, müctehid Ayətullah Əllamə Hacı Seyyid Məhəmməd Hüseyn Fəzlullah iyun ayının 4-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin, Livan xalqına, əllamənin müqəllidlərinə, ümumiyyətlə bütün müsəlmanlara baş sağlığı veririk.
Hacı Əhliman Rüstəmov: "Bu Azərbaycan üçün çox mənfi bir haldır”
Azərbaycanda məlun Salman Rüşdünün İslamı, Qurani Kərimi, İslam Peyğəmbərini təhqir edən "Şeytan Ayələri” kitabı Eldəniz Ergünün "Unikal” qəzetinin son 3 sayında hissələrlə işıq üzü gördü. Buna etiraz edən inanclı kəsimin DQİDK-yə müraciətindən sonra Dövlət Komitəsinin tövsiyyəsi əsasında bu kitabın qəzetdə yayımlanmayacağı haqda qəzet rəhbərliyi məlumat verdi. Son olaraq iyunun 28 də qəzetin baş redaktoru Azadlıq radiosuna açıqlama verərək kitabın hissə-hissə qəzetdə yenidən işıqlandıralacağını bildirib.
Allaha səcdə edərkən nə üçün alın torpağa qoyulmalıdır?
Buyurun izləyin
PEYĞӘMBӘR (S) VӘ YERÜZӘRİNӘ SӘCDӘ
Peyğəmbərin (s) həyat tərzinə diqqət yetirsək görərik ki, o həzrət ibadətlərində yer üzərinə səcdə etmiş və hamıya məhz bu cür səcdəni əmr etmişdir. "Səhih Buxari”də qeyd edilmiş bir hədisdə Әbu Səid əl-Xidri belə deyir: "(Namazdan sonra) gözlərim Peyğəmbərə (s) sataşdı onun burnunda su ilə torpaq izləri görünürdü.” Bəli, bu Allah rəsulunun səcdəsidir. Bizlərə "mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də namazınızı məhz o cür yerinə yetirin” – kəlmələrini xitab edən Peyğəmbərin (s) səcdəsi! Qurani-kərimdə də bizlər üçün belə bir əmr və tövsiyə vardır: "Həqiqətən Allahın rəsulu (Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün”) gözəl nümunədir.” Digər ayədə isə belə buyurulur: "Peyğəmbər sizə nə verərsə, onu götürün, nəyi qadağan edərsə, ondan çəkinin.”