Məhəmməd (s) ailəsinin Qaimi Ey insanlar, agah olun! Hər kəs Adəmi və onun canişini Şeysi görmək istəyirsə, mən həmin Adəm və Şeysəm. Hər kəs Nuh peyğəmbəri və oğlu Samı görmək istəyirsə, mən Nuh və Samam. Hər kəs İbrahim və İsmayılı görmək istəyirsə, mən həmin İbrahim və İsmayılam. Hər kəs Musa və Yuşəyi görmək istəyirsə, mən Musa və Yuşəyəm. Hər kəs İsa və Şəmunu görmək istəyirsə, mən İsa və Şəmunam. Hər kəs Məhəmməd (s) və imam Əlini (ə) görmək istəyirsə, mən Məhəmməd və Əliyəm. Hər kəs İmam Həsən (ə) və Hüseyni (ə) görmək istəyirsə, mən Həsən və Hüseynəm. Hər kəs Hüseynin (ə) övladları olan imamları görmək istəyirsə, mən həmin imamlaram. Dəvətimi qəbul edin! Mən sizin xəbərdar olduğunuz və olmadığınız şeyləri sizə xəbər verirəm”. (İmam Sadiqin (ə) rəvayətinə əsasən İmam Mehdi həzrətlərinin zühur edərkən, Kəbə evinə söykənərək oxuduğu xütbədə Bismillahir-Rəhmanir-Rəhim İmam Mehdi (əc.) bütün peyğəmbər və imamların son davamçısıdır. O, elə bir ümumi və geniş proqramın icraçısıdır ki, onunla bütün peyğəmbər və imamların məqsədləri icra olunacaq. Bütün dinlərin tərəfdarları ona tabe olmaqla, öz məqsəd və muradlarına yetişəcəklər. HƏZRƏT MEHDİNİN (ƏC.) ŞƏXSİYYƏTNAMƏSİ Sizə əmr edirəm ki, heç bir şeyi Allaha şərik qoşmayasınız və Allahın, onun Peyğəmbərinin (s) itaətində diqqətli olasınız.
"Pərvərdigara! Ağlayıb-sızlayaraq Səndən İmam Zamanın kəramətli dövlətini zühura yetirməyini, onun zühuru ilə İslama və ümmətinə izzət əta qılmağını, nifaq və nifaq əhlini zəlil etməyini istəyirik. Bizi həmin haqq dövlətdə ona tərəf də`vət edənlərdən və hidayət yolunun rəhbərlərindən qərar ver. Onun vasitəsilə bizlərə dünya və axirət kəramətini əta qıl. Rəhmətinə and veririk, ey rəhimlilərin rəhimlisi!” "İftitah duasından”
NƏ ÜÇÜN HZ. MƏHDİ (əleyhissalam) İNDİYƏ QƏDƏR ZÜHUR ETMƏMİŞDİR?
Allah-təala buyurur: Peyğəmbər heç vaxt nəfsani istəklər üzündən danışmır. Onun sözləri ilahi vəhydən başqa bir şey deyildir. Rəsulumuzun sizin üçün gətirdiyi hər bir şeyi qəbul edin; və qadağan etdiyi bütün şeylərdən uzaq olun. Peyğəmbər (s) buyurmuşdur: Mən sizin aranızda iki ağır əmanət (səqəleyn) qoyub gedirəm. Onlara arxalanıb diqqət mərkəzində saxlasanız, heç vaxt yolunuzu azmayıb zəlalətə düşməyəcəksiniz. Bu iki şey Kövsər hovuzunun kənarında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmayacaqdır. Bu iki şey Allahın kitabı və mənim Əhli-beytim, itrətimdir.
CƏMKƏRAN MƏSCİDİ Cəmkəran məscidinin tikilməsinə verilən fərmanın tarixi 293-cü hicri qəməri ili (1129-cu il) ramazanın 17-nə təsadüf edir. Şeyx Səduqun müasiri olan "Qum tarixi" kitabının müəllifi Həsən ibn Muhəmməd ibn Həsən Qumi həzrət Məhdi Sahib əz-Zamanın (ə) göstərişi ilə Cəmkəran məscidinin inşasını Şeyx Səduqun "Munis ül-həzin fi-mərifəti-l-həqq əl-yəqin" adlı əsərlərindən belə nəql edir: Həsən ibn Müslə Cəmkərani deyir: "293-cü il (h.q) ramazan ayının 17-də, çərşənbə axşamı öz evimdə yatmışdım. Gecə yarısı idi. Birdən bir qrup evimə gəldilər və məni yuxudan oyatdılar və dedilər: Qalx və həzrət Məhdi Sahib əz-Zamanın (ə) əmrini yerinə yetir ki, səni tələb edir." Həsən ibn Müslə deyir:
İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa məlumat
On ikinci məsum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şəban ayının on beşində Samirra şəhərində anadan olmuşdur. Onun adı İslam Peyğəmbərinin adından, yəni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin künyəsindəndir, yəni, Əbülqasimdir. Məsum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir. Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mənəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır. Həzrət Məhdi (əleyhissəlam) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yəni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.