
Bismillah-ir-Rahmən-ir-Rahim
1-ci Dərs
I.
Quranın öz dili ilə "Quranın nazil edilməsindən məqsəd”
II.
Quranın dili
III. Quranın bəyan
uslubu
IV. Maarif bəyan
etməkdə Quranın başqa kitablarla fərqi
Quranın öz dili ilə "Quranın nazil edilməsindən
məqsəd”
Əvvəla bir qədər Quran haqqında məlumat verək. Belə ki, Quran asimani
bir kitab olaraq Allah tərəfindən, Allahın "Şədidül Qüva” (çox qüvvətli)
adlandırdığı, ən ali olan, əmin ləqəbi ilə tanınmış mələk - Cəbrailin vasitəsi
ilə yer üzündə insanların əşrəfi, ən fəzilətlisi və əmini olan bir şəxsə nazil
olmuşdur. Bu kitabın əhəmiyyəti, mövqeyi və qiyməti ondan məlum olur ki, Allah-Təala
onu ən etibarlı əllərə tapşırdı, və əlavə olaraq buyurdu: "Biz onu (Quranı)
göndərmişik, biz də onu qoruyub saxlayacağıq”.
Başqa
bir yerdə isə Allah-Təala Quranı göndərməkdə öz məqsədini belə bəyan edir: "Bu
Quran çox möhkəm bir dinə hidayət edir”.
"Bəqərə”
surəsinin 2-ci ayəsində Allah-Təala buyurur: "Bu kitab təqvalıları hidayət edəndir”.
ذالك الكتاب لا ريب فيه هدى للمتقين
Bunun mənası odur ki, təqva əhli, Allahdan
qorxanlar bu kitabın vasitəsi ilə hidayət olunub kamala yetişərlər.
Amma,
digər tərəfdən də Allahın məqsədi Quranı göndərməkdə bütün bəşəriyyəti hidayət
etməkdir. Bu barədə Quranın müxtəlif yerlərində ayələr vardır. Məsələn, "Tövbə”
surəsinin 33-cü ayəsində buyurur: "Allah öz elçisini hidayət etməyə və həqq dinə
dəvət etməyə və bu dini bütün dinlərə qalib etmək üçün göndərib, müşriklərin
acığı gəlsə də”.
هو الذى ارسل رسوله بالهدى و دين الحق ليظهره على
الدين كله ولو كره المشركون
Başqa bir yerdə (Müdəssir-31) buyurur:
"O, bəşəri xəbərdar etmək
üçündür”.
و ما هى الا ذكرى للبشر
"O, aləmləri xəbərdar etmək üçündür”. (Qələm-52).
و ما هو الا ذكر للعالمين
Yenə başqa bir yerdə Allah-Təala belə buyurur:
"Böyük olan Allah Furqanı öz bəndəsinə aləmlərə nəsihət vermək üçün nazil
edib”. (Furqan-1).
تبارك الذى نزل الفرقان على عبده ليكون
للعالمين نذيرا
Bunlardan başqa da bu məzmunda bir çox ayələr
vardır ki, həmən mənaları daşıyır və Quranın ümumibəşər kitab olduğunu
bildirir. Belə olan halda gərək bu kitab bir dildə və bir mənada olsun ki,
bütün bəşər onu başa düşə bilsin, bütün millətlər hər zamanda, sudan istifadə
etdikləri kimi ondan istifadə etsinlər. Hamı ondan istifadə etməyi bacarsın ki,
sonra deməsinlər, biz onu başa düşmədik. |