NƏ ÜÇÜN HZ. MƏHDİ (əleyhissalam) İNDİYƏ QƏDƏR ZÜHUR ETMƏMİŞDİR?
Allah-təala buyurur: Peyğəmbər heç vaxt nəfsani istəklər üzündən danışmır. Onun sözləri ilahi vəhydən başqa bir şey deyildir. Rəsulumuzun sizin üçün gətirdiyi hər bir şeyi qəbul edin; və qadağan etdiyi bütün şeylərdən uzaq olun. Peyğəmbər (s) buyurmuşdur: Mən sizin aranızda iki ağır əmanət (səqəleyn) qoyub gedirəm. Onlara arxalanıb diqqət mərkəzində saxlasanız, heç vaxt yolunuzu azmayıb zəlalətə düşməyəcəksiniz. Bu iki şey Kövsər hovuzunun kənarında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmayacaqdır. Bu iki şey Allahın kitabı və mənim Əhli-beytim, itrətimdir.
CƏMKƏRAN MƏSCİDİ Cəmkəran məscidinin tikilməsinə verilən fərmanın tarixi 293-cü hicri qəməri ili (1129-cu il) ramazanın 17-nə təsadüf edir. Şeyx Səduqun müasiri olan "Qum tarixi" kitabının müəllifi Həsən ibn Muhəmməd ibn Həsən Qumi həzrət Məhdi Sahib əz-Zamanın (ə) göstərişi ilə Cəmkəran məscidinin inşasını Şeyx Səduqun "Munis ül-həzin fi-mərifəti-l-həqq əl-yəqin" adlı əsərlərindən belə nəql edir: Həsən ibn Müslə Cəmkərani deyir: "293-cü il (h.q) ramazan ayının 17-də, çərşənbə axşamı öz evimdə yatmışdım. Gecə yarısı idi. Birdən bir qrup evimə gəldilər və məni yuxudan oyatdılar və dedilər: Qalx və həzrət Məhdi Sahib əz-Zamanın (ə) əmrini yerinə yetir ki, səni tələb edir." Həsən ibn Müslə deyir:
İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa məlumat
On ikinci məsum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şəban ayının on beşində Samirra şəhərində anadan olmuşdur. Onun adı İslam Peyğəmbərinin adından, yəni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin künyəsindəndir, yəni, Əbülqasimdir. Məsum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir. Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mənəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır. Həzrət Məhdi (əleyhissəlam) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yəni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.
Biz nə vaxt Peyğəmbər (s)-üçün darıxsaydıq oğlum Əli Əkbərə baxardıq!
Qurani Kərim. Ali İmran 169:
Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.
Gənclərin qeyrət və şücaət abidəsi.
Hacı Əhliman: Bu mübarək cümə günündə Hz.Əli Əkbər (ə.s)-ın mübarək mövlud günü münasibəti ilə zəmanəmizin həyatda ömür sürən İmamı Hz.Mehdi Sahib Zaman (ə.c.f)-aga başda olmaqla bütün mömin və möminələri təbrik edir, xüsüsən cavanlarımızı Əli Əkbər ağadan şücaət və qeyrət dərsləri almağa çağırıram. Bayramınız və cümə gününüz mübarək olsun!
Hüzuri-qəlbin müxtəlif mərtəbə və dərəcələri – həm nisbətən kamili, həm də daha kamili vardır. Təkamül yolçusu onları tədrici olaraq qət edə bilər ki, yüksək qürb və şühud məqamına çata bilsin. Bu çox uzun və müxtəlif məqamlara malik olan yoldur ki, mənim kimi uzaqdan nəzarət edən, həsrət odunda yanan bir şəxsin onları izah etməsi rəva deyildir. Lakin onların bəzi mərtəbələrini qısa şəkildə qeyd edirik ki, təkamül yolçusu üçün faydalı olsun.
Allahpərəst mö’min öz namaz və ibadəti ilə kifayətlənməyib, başqalarını da Allaha pərəstişlə tanış etməli, ibadət mədəniyyətinin genişlənməsi üçün çalışmalıdır. Haqqa çağırış və təbliğ hər bir mö’minin vəzifəsidir. Allah iman və saleh əməldən sonra insanı haqqa və səbrə də’vət edir: "...O kəslər ki, iman gətirib, yaxşı əməllər etdilər, haqqa çağırdılar və səbri tövsiyə etdilər.”
On nəfər siqaret çəkən bir yerə daxil olsalar, az vaxt ərzində bir çox insanları tüstü ilə tanış edəcəklər. Bir neçə günahkar bütöv bir şəhəri fəsada bürüyür. Nə üçün bir dəstə ibadət və namaz əhli xalqa Allahı tanıtdırıb, mühiti Allaha pərəstiş məkanına çevirməsin?!
Bütün qüvvəmizlə evdə, küçədə, məktəbdə, idarədə, şəhər və kəndlərdə ilahi hədəflərimizi tövsiyə edib, bacarığımızı göstərməliyik.
Hədislərdə namaz mö’minin me’racı kimi yad edilir. Bu me’rac və pərvaz səmada yox, mə’nəviyyat və bəndəlik fəzasındadır. Bu pərvaz hündürlüyə uçuş üçün yox, Allaha yaxınlıq üçündür.
Namaz qılan şəxsin irfani və mə’nəvi pərvazı ilə təyyarəçinin səmada uçuşunu mövcud fərqləri nəzərə almaqla müqayisə etmək olar:
1. Təyyarə yerdən ayrılanda daha çox enerji sərf olunur. İbadət və namazda da nəfs istəklərinə qalib gəlmək və ibadətə başlamaq çətindir.
2. Uçuşun əhəmiyyəti təhlükəsiz enişdədir. İbadət də o zaman dəyərli olur ki, sonda təkəbbür yaranmasın və əməllər puç olmasın.
3. Təyyarənin yanacağı xüsusi və xalis yanacaq olmalıdır. Namaz qılan şəxsin mə’nəvi me’racı üçün də xalis diqqət və bütün digər pərəstişlərdən uzaqlaşmaq lazımdır. Əlləri qulağadək qaldırmaqla Allahdan qeyriləri inkar olunur və xalis niyyət əldə edilir.
"Hacı Cavad” məscidinin axundu ilahiyyatçı Hacı Əhliman Rüstəmov belə münasibət bildirib: "Allahın adı ilə. Şəhid Mübariz həqiqətən şəhid olub. Onun şəhadətə çatmasında heç bir şəkk-şübhə yoxdur...