12-ci Dərs
I.Quranın təhrifdən qorunması
1.
Mənəvi təhrif
2.
Ləfzi təhrif
Quranın təhrifdən qorunması
Yuxarıdaki bəhsdə Quranın ilahi bir kitab olaraq, möcüzə olub
başqalarının onun kimi kitabın bir miqdarını hətta gətirməyə qüdrətlərinin
olmadığını bildik. Bu, Quran üçün böyük bir imtiyaz və onun əlçatmaz bir yüksəklikdə
olmasını sübut edir.
Quran
elə bir kitabdır ki, onun barəsində nə qədər təhqiqlər olunsa yeni mətləblər
meydana çıxır. Quranın ilahi bir möcüzə olduğu bir daha yəqinləşir.
Quran
başqa bir cəhətdən də böyük bir möcüzədir. O da Qurani-Kərimin 1400 ildə təhrif
olunmamağıdır. Biz bilirik ki, başqa asimani kitablar həmən dinlərin öz
insanları tərəfindən təhrif olunub, bəzi şəxslərin mənafeyinə
uyğunlaşdırılmışdır. Özlərini peyğəmbərələrdən sonra onun davamçıları elan eləyənlər
hətta asimani kitablarını da öz mənafelərinə uyğun döndərməyə cəsarət ediblər.
Biz burada məsələnin xırdalıqlarına varmaq istəmirik, amma onu da bilirik ki, Həzrət
Musa (ə)-ın, ya Həzrət İsa (ə)-ın yerinə layiq olmaq iddiasını edənlər, o həzrətlər
kimi edə bilmədiklərinə görə, onların gətirdiyi qanunlara düzgün əməl etmədikləri
üçün məcbur olub ilahi kitabları öz həvəslərinə uyğun təhrif etdilər.
Amma,
Qurani-Kərim qiyamətə qədər ümumbəşəri bir qanun, cahanşumul bir mədəniyyət, bəşərə
nicat verə biləcək əxlaqi mövzulara və başqa minlərlə üstünlüyə malik olan bir
kitab olduğuna və ilahi kitablar silsiləsinin ən kamil və sonuncusu olduğuna
görə onu qoruyub saxlamağı Allah-Təala öz öhdəsinə götürmüşdür. "Biz Quranı
nazil etmişik, biz də onu qoruyacağıq” – buyurmuşdur Uca Tanrı.
Əvvəlcə
təhrif və onun qismləri barədə bir neçə kəlmə danışaq.
Qurani-Məcidin təhrifi barəsində bəhs iki cəhətdən
təhqiq olunur:
1.
Mənəvi təhrif
2.
Ləfzi təhrif
Ləfzi təhrif özü üç surətdədir: 1. artıqlıq, 2. əskiklik,
3. tərtib
1. Mənəvi təhrif
Qurani-Kərimin
mənəvi cəhətdən təhrif olunmamasında şübhə yoxdur. Belə ki, tarixdə çox
görünübdür, bəziləri öz rəy və nəzərlərinə uyğun Quranın ayələrini təfsir ediblər.
(Elə bu günkü kimi). Bu məqsədə Qurani-Kərimin "Ali İmran” surəsinin 7 – ci ayəsi
də dəlalət edir: "Fitnə salmaqdan ötəri qəlbləri xəstə olanlar Quranın mütəşabeh
ayələrinin ardınca gedirlər (Yəni onu öz rəyləri ilə təfsir edirlər)”.
Quranın "mütəşabeh”
ayələri mənası zahirdən məlum olmayan ayələrdir. Bəziləri də bu ayələri fitnə
salmaqdan ötəri öz rəylərinə uyğun təfsir edirlər. Bu da həmin mənəvi təhrif
deməkdir.
2. Ləfzi təhrif
Amma
ləfzi təhrif, bu cürə ki, Qurana bir hərf artıralar, ya əksildələr, bütün müsəlman
firqələrinin ittifaqı ilə qəbul olunur ki, belə bir şey olmayıb. Əvvəlcədən müsəlmanlar
Quranı əzbərləməyə, sonralar yazmağa həddindən artıq səy etdilər. Həzrət Peyğəmbər
(s)-in də onların üzərində nəzarəti çox olub. Bunlar da göstərir ki, Qurana bir
şey artırılıb, əskilsə idi vaxtında qarşısı alınardı. Bundan əlavə Quranda olan
fəsahət və bəlağət göstərir ki, ona bir şey əlavə olunmayıb, çünki Quran ilahi
kəlamdır, onun fəsahəti və bəlağəti də ilahi dərəcədədir. Əgər ona bir şey əlavə
olunsaydı, bəşər kəlamı olduğu üçün seçilərdi. Əgər ondan bir şey əksilsəydi
onda da ilahi kəlamın fəsahət və bəlağətdən düşməsi nəzərə çarpardı.
12-ci Dərsin
Sualları
1)
Quran ləfzi təhrifə
məruz qalıbmı? Cavabınızı nəqli (ayə, hədis və ya rəvayət) və əqli dəlillərlə əsaslamdırın.?
2)
Quranın mənəvi
təhrifə məruz qalmasını nə cür başa düşürsünüz? Nüminə olaraq, mənəvi təhrifin
mümkün olmasına dəlalət edən bir ayə gətirin.