11-ci Dərs - 29 Июня 2010 - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » 2010 » İyun » 29 » 11-ci Dərs
23:00
11-ci Dərs



11-ci Dərs

            I.      "Ecaz”-ın lüğəvi mənası 

         II.      "Ecaz”-ın istilahi mənası

     III.      Ən yaxşı möcüzə

       IV.      Fəsahət və bəlağət

          V.      Quranda ixtilafın olmaması

       VI.      Maarif cəhətindən möcüzə olması

   VII.      Qanun qoymaqda Quranın möcüzəsi

VIII.      Qeybi xəbərlər vermək cəhətindən Quranın möcüzə olması

       IX.      Elmi məsələləri dəqiq surətdə açıqlaması cəhətdən Quranın möcüzə olması

 

Məqsədimiz Qurana bir neçə cəhətdən diqqət etmək olduöuna görə söhbətimizin bu hissəsində Qurani-Kərimin ecazına işarə etmək istədrik. Bu barədə xülasə şəkildə bəhs etmək yaxşı olardı. Ona görə ki, həm bu barədə bir qədər məlumat toplarıq, həm də Quranın çox dərin bir ilahi kitab olduğunu bir az da dəqiqləşdirərik. Sonra da Quranın tərcümə və təfsirində nə isə etmək istəsək çox ehtiyyatlı olaraq öz şəxsi fikirlərimizə etimad etməyib, lazım olan yerlərə müraciət edərək özümüzü bu çətin bəhsdə xətadan qoruyarıq. İndi görək Quranın möcüzə olmağı nə dərəcədədir. Ona görə də əvvəlcə ecaz kəlməsi barəsində bir qədər təhqiq aparaq.

"Ecaz”-ın lüğəvi mənası

Lüğətdə "ecaz” kəlməsi üçün bir neçə məna zikr olunubdur:              

1.       "Əlfat” – o şey ondan fövt oldu.

2.        "Vicdanul əcz” – onu aciz tapdı.

3.       "Ehdasul əcz” – onu aciz etdi.

Rağib İsfəhani "Müfrədat” kitabında yazır: "Əcz” maddəsi bir şeydən geri qalmaq mənasındadır. Ürfdə isə bir işi əmələ gətirməkdən aciz olmağa deyirlər.

"Ecaz”-ın istilahi mənası

İstilahda ecaz, peyğəmbərlik iddiası edən bir şəxsin əmələ gətirdiyi işə deyərlər ki, başqaları o işi etməkdən acizdirlər. Bu işə möcüzə deyərlər və bu, peyğəmbərlik iddiası edən şəxsin peyğəmbərliyinə şahiddir.

Ən yaxşı möcüzə 

Ən yaxşı möcüzə odur ki, öz zamanında olan məşhur sənətə və peşəyə oxşar olsun. Ona görə o sənətə arif və alim olanlar hamıdan yaxşı bilirlər ki,  peyğəmbərliyə şahid gətirilən bu iş adi peşələrdən fərqlidir. Buna əsasən də alimlər peyğəmbərlərin möcüzəsini təsdiq etməkdə başqalarından irəlidədirlər. Necə ki, Həzrət Musa (ə)-ın möcüzəsinə ilk dəfə iman gətirənlər sahirlər (sehr edənlər) oldular.

Allah-Təala Həzrət Musa (ə)-a sehrin müqabilində əsa, Həzrət İsa (ə)-a müalicəsi olmayan xəstəliklərin müqabilində müalicə yolu, axırıncı peyğəmbəri olan Həzrət Mudəmməd (s)-ə isə ərəblərin şerdə və ədəbiyyatda şox inkişaf etdiyi bir zamanda gözəl fəsahət və bəlağətə malik olan Quranı əta etdi. Bunların da möcüzə olduğunu öz dövrlərinin bu işdə ustad olanları birinci başa düşdülər.

Muğeyrət ibni Şobə cəhalət dövründə Ərəbistan yarımadasında böyük bir ədib, fəsahət və bəlağətli şer yazan bir şəxs idi. Müşriklər onu Peyğəmbər (s)-lə söhbətə göndərdilər. O, qayıdandan sonra dedi: o sözlər bəşər sözü deyil. Müşriklər dedilər: deyək ki, Muhəmməd (s) dəlidir.

Muğeyrət cavabında dedi: siz bilmirsiz o yüksəklikdə kəlam sahibi olan bir şəxsə cünun adı yapışdırmaq mümkün deyil? Deyin ki, sahirdir, bəlkə bu yol ilə insanları ona inanmağa qoymadıq.

Bəli, belə olub. Bütün peyğəmbərlər öz zamanlarında inkişaf edən bir peşəyə uyğun möcüzə gətiriblər. O zamanın da başbilənləri onun möcüzə, gətirənin isə peyğəmbər olduğunu hamıdan əvvəl biliblər. Amma bilmək ayrı işdir, inanıb əqidə bağlamaq ayrı iş. Onlar tanıyırdılar, bilirdilər, amma, o həqiqəti aşkar etmirdilər.  Ona görə ki, şəxsi mənafeləri təhlükəyə düşürdü. Elə müasir dövrdəki kimi. Çoxları həqiqəti başa düşürlər, amma, nə isə bu həqiqətin qarşısında onların bəndəçilik boyunlarının əyilməsinə mane olur. Bu maneə cəhalətdirmi? Xeyr. Cahillər haqqı tanıyanlar cərgəsinə hələ daxil olmayıblar. Hansı səbəb? Bəlkə inadkarlıq? Bəlkə dünyanın çirkin olan quru adı və bir tikə acı yeməyi? Bu acı tikələrin hesabına insanlar çoxlu şirin yeməklərini əldən veriblər. Bir quru ada xatir böyük üxrəvi adlarını və məqamlarını itiriblər. İmam Hüseyn (ə) bir nəfərə nəsihət edərkən belə buyurdu: "Sən 80 ilin günahını toplamısan, çox səhvlər edibsən. Bu günahları ancaq Allah yolunda şəhid olmaq təmizləyər”.

O adam isə cavabında dedi: "İstəyirsən yaxşı atları verim sənə”.

İmam təəssüf edərək geri qayıtdı. Həmən adam da başa düşmədi ki, 80 il idi ki, o, günah edirdi. Onun günahının təmizlənməsi lazım idi, atın yox. O şəxs qalan ömrünü təəssüflə keçirdi. Həmişə o fürsəti əldən verdiyi üçün peşimançılıq çəkərdi. Rahatlıq olmadı onun qalan ömründə.

Bəli, cəhalət, inadkarlıq, dünyapərəstlik və başqasına qulluq etmək – hamısı insanı haqdan döndərən səbəblərdir.

Həzrət Peyğəmbər (s) buyurdu: "Bədbəxt adam axirətini dünyasına satandır. Ondan bədbəxti isə öz axirətini başqasının dünyası üçün əldən verəndir”.

Başqasının əmrlərini icra edib, onun dünyasına xidmət edən insanlar çox uduzmuşlardır. Insan fitrətində və quruluşunda başqasının dünyasına xidmət etmək yoxdur. Bunlar heyvani qərizələrin insani hisslərə üstün gəlməsindən vücuda gəlir. İnsan rəzilləşir, insanlığını itirir, sonra həqiqəti tanıyıb onu ayaqları altına atır. Bilir ki, onu qiymətləndirən, ona "əhsəni təqvim” adını verən haqqa boyun qoymağıdır. Bilir ki, bu haqdan uzaqlaşması onun pisliyinə gətirib çıxardır. Bununla belə haqqı atıb, batilin ardınca gedir.

Bəni Üməyyə sarayında xidmət edən bir alimə İmam Səccad (ə) belə buyurdu: "Bu işinlə zalimlərə nə qədər xeyir verib, özünün nə qədər ziyana düşdüyünü bilirsənmi?”

Yuxarıda dediyimiz səbəblərin hamısı pisdir. Çünki hamısı insanı haqdan uzaqlaşdırır. Amma bunların hamısından pisi, başqasının göstərişlərini icra etmək, axirəti başqasının dünyasına satmaqdır. Deyirlər, bir gün şahın naharına badımcandan yemək bişirirlər. Şah yeyir, xoşu gəlir və aşpaza deyir: "Bu badımcan nə yaxşı yemək imiş”. Bunu vəzir də təsdiqləyir. Bunu eşidən aşpaz sabah da həmən xörəkdən bişirdi. Əsəbi olan padşah "Məmləkətdə yemək bişirməyə bir şey yoxdur?” deyə badımcanı pisləməyə başladı. Vəzir də öz növbəsində aşpazı danladı. Şah üzünü vəzirə tutaraq, "Ay vəzir, səndən də baş açmaq olmur. Mən tərifləyəndə tərifləyirsən, pisləyəndə isə pisləyirsən” deyir.

Vəzir özünə məxsus bir tərzdə, "Şah sağ olsun, mən sənin vəzirinəm, badımcanın yox” deyir.

Bəli şahın vəzirləri, özlərini başqalarına qul edənlər bu gün də vardırlar. Bu gün Peyğəmbər (s)-ə sehrbaz deyə bilməyənlər, Quranın əldə düzəltmə olduğunu iddia edə bilməyənlər başqa formada haqq ilə düşmənçilik edirlər. Ayələrin mənasını dəyişdirib həqiqət adı ilə, özlərini isə həqiqət tərəfdarları kimi qələmə verirlər.

Bu barədə genişliyi ilə sonradan bəhs olunacaq. Qayıdaq söhbətimizin əvvəlinə. Görək Quran hansı səbəblərə görə möcüzə hesab olunur.

Fəsahət və bəlağət

Fəsahət və bəlağət gözəl kəlmələrlə yetirici mənalar ifadə etməyə deyərlər. Belə ki, kəlmələr dilə yatıcı olsun, eyni halda mənalar zehinlərə tez çatsın. Həzrət Peyğəmbər (s)-in besət dövründə ərəblər ədəbiyyat və şer sahəsində çox yüksək bir mərhələyə çatmışdılar ki, yer üzündə heç zaman o pilləyə qalxan ədəbiyyat olmamışdır. Belə bir zamanda Quran nazil olur. Fəsahət və bəlağəti o qədər yüksək olur ki, bütün ərəbləri və şairləri kölgədə qoyaraq onların şer və nəsrlərinin üstünə pərdə çəkir.

Tarixdə çoxlu hekayələr olubdur. Böyuk ədiblərə Quranın ayələrindən oxuyanda onların bədəni lərzəyə düşübdür. Quranın ilahi bir möcüzə olduğunu etiraf ediblər.

Quranda ixtilafın olmaması

Bilirik ki, Qurani-Kərim 23 ilin müddətində tədriclə nazil olubdur. Müxtəlif hadisələrdə, cürbəcür münasibətlərdə Qurani-Kərim çoxlu məsələləri əhatə edibdir. İncəsənət, ictimai, iqtisadi, siyasi, etiqadi, əxlaqi məsələlər Quranda cilvələnibdir.

Quranda keçmişlərin qissələri nəql olunubdur. Əqli dəlillərlə məsələlər sübuta yetirilibdir. Bu qədər məsələlərin içərisində kiçik də olsa heç bir ixtilaf yoxdur.

Qurani-Kərim "Nisa” surəsinin 82-ci ayəsində belə buyurur: "Aya Quranda (Quran və ya Quran dediyi məsələlər barədə - red.) fikirləşmirlər, əgər Allah tərəfindən gəlməsəydi, onda çoxlu ixtilaflar tapardılar”.

افلا يتدبرون القران  ولو كان من عندى غير الله لوجدوا فيه اختلافا كثيرا

Bəli, dərs oxumayan, məktəb görməyən bir nəfərin vasitəsilə belə bir kitabın ərsəyə gəlməsi həqiqətən böyük möcüzədir.

Maarif cəhətindən möcüzə olması

İslam maarifi və etiqadı salim əql və qüvvətli dəlillər ilə uyğundur. Allahı tanıması, tovhid və başqa məsələləri çox gözəl bir surətdə bəyan edir və bunu indiyə qədər qoruyub saxlayır. Heç bir təhrif əli ona yetişə bilməyib. Başqa dini kitablar təhrif olunaraq öz peyğəmbərlərinə nalayiq işlər nisbət veriblər. Amma Quran maarifi bəyan edəndə bu məsələləri çox gözəl açaraq peyğəmbərimizə böyük əxlaq və digər fəzilətlər nisbətini vermişdir.  

Qanun qoymaqda Quranın möcüzəsi

            Quranın bu qismətdə möcüzə olmasında heç bir şəkk yoxdur. Əxlaqın süqut edib aradan getdiyi, ictimai rəsm və ədəblərin söndüyü, qarət və quldurluğun hesabsız bir dərəcəyə çatdığı bir zamanda, qızların diri halda basdırıldığı, xəyanət, fəsad və ədalətsizliyin aləmi əhatə etdiyi bir vaxtda Quran nazil olur, həddindən artıq dərəcədə mütərəqqi olan bir qanun gətirir. İnsani fəzilətlər bayrağını qaldırır. Camaatı qardaşlığa, sədaqətə, əmanətdarlığa, vəhdət və insaniyyətə dəvət edir. Insanları cəhalətdən elmə, zülmətdən nura çağırır. Bu gün də şərq və qərb islam mədəniyyətinin kölgəsində qalıbdır. Ümumiyyətlə Quranda olan qanunların cəmi, Quranın möcüzə olmasına bir dəlildir.

Qeybi xəbərlər vermək cəhətindən Quranın möcüzə olması

            Qurani-Kərimdə keçmişlərin xəbəri xilqətin əvvəlindən besətə qədər vardır. Habelə gələcəkdən də çoxlu xəbərlər verilmişdir ki, bunların hər ikisi qeybi xəbərlərdir. Gələcəkdən bir xəbər vermək və o xəbərin də düzgün çıxması özü də bir möcüzədir.

            Bu xəbərlərdən bəzilərinə işarə edək:

1.       Quran, keşmiş peyğəmbərlər və onların ümmətindən söhbət açaraq bu xəbəri qeybi bir xəbər adlandırır. Həqiqətdə bunlardan tarixdə heç kəsin xəbəri olmayıb.

"Hud” surəsinin 49 – cü ayəsində belə buyurulur: (Həzrət Nuhun haqqında danışandan sonra) "Dediyimiz qeybi xəbərlərdir, sənə vəhy etdik, nə sən, nə də sənin qövmün bunlardan xəbərdar deyildiz”.

...تلك من انباء الغيب نوحيها اليك ما كنت تعلمها انت و لا قومك من قبل هذا

2.       Qurani-Kərim gələcəkdə baş verəcək hadisələrdən xəbər veribdir ki, onların hamısı xəbər verildiyi kimi baş veribdir. Məsələn:

غلبت الروم   فى ادنى الارض وهم من بعد غلبهم سيغلبون

"Rumlular məğlub oldu, amma yaxın vaxtda onlar qələbə çalacaqlar”. Eyni ilə Quran deyən kimi oldu. Bunun kimi çoxlu ayələr keçmişdən xəbər verib ki, heç kəsin ondan xəbəri yox idi. Gələcəkdən də xəbər veribdir, onların, Quran dediyi kimi baş verməsinə minlərlə insanlar şahid olublar. Bu da Quranın möcüzə olmasına dəlalət edir.

Elmi məsələləri

dəqiq surətdə açıqlaması cəhətdən

Quranın möcüzə olması

Qurani-Kərim o zamanda elə dəqiq elmi məsələlərə işarə edibdir ki, o vaxt insanların dərk etməsi çətin olub. Hətta bəzi hallarda onların əqidəsi ilə böyük ziddiyyət təşkil edibdir. Buna misal olaraq: "Biz küləyi bitkilərin tozlanması üçün göndərmişik”.

Bu gün elm subut etmişdir ki, bəzi bitkilər küləyin vasitəsi ilə tozlanır. Amma Quran bunu min dörd yüz il bundan qabaq xəbər veribdir.

Bundan əlavə yuxarıda söhbət açdığımız Rum müharibəsi barədə Allah-Təala bu müharibənin yerin ən alçaq hissəsində olduğunu bildirir. Bu gün alimlər sübut edirlər ki, o müharibənin baş verdiyi məntəqə dəniz səviyyəsindən neçə yüz metr alçaqdadır.

Bunun kimi çoxlu elmi məsələlər vardır ki, o zaman Quranın vasitəsi ilə izah olunmağı bu kitabın möcüzə olmasına dəlalət edir.

 

11-ci Dərsin Sualları

1)      "Ecaz” və ya "Möcüzə” nə deməkdir və Allah Öz peyğəmbərlərinə nə üçün möcüzə göstərmək qabiliyyəti vermişdir?

2)     Nə üçün bütün peyğəmbərlər öz zamanlarında inkişaf edən bir peşəyə uyğun möcüzə gətiriblər?

3)      Yaradılmışların Əşrəfi Həzrət Muhəmməd (s)-ə verilən möcüzə nə üçün bütün peyğəmbərlərə verilən möcüzələrdən üstün sayılır?

4)      Tarix boyu bəzi insanların əqlən dərk etdikləri halda peyğəmbərlərin buyuruqlarını qəbul etmələrinə nə mane olub?

5)      Quranda ixtilaf (ziddiyyət) varmı?

6)      Allahı və Həzrət Peyğəmbər (s)-i tanıma cəhətindən Quran digər dinlərin kitablarından nə cür fərqlənir?

7)      Qanun qoymaq cəhətindən Quranın möcüzə olmasını necə başa düşürsüz? Quranın dünyaya bəxş etdiyi ən mütərəqqi qanunlara nümunə deyin və fikrinizi əqli və nəqli (ayə, hədis və ya rəvayət) yollarla əsaslandırın.

8)      Quranda keçmişə və gələcəyə aid qeybi xəbərləri özündə əks etdirən ayələrdən bir neçəsini misal gətirin.

9)      Quranın bəyan etdiyi həqiqətlərin elmi nailiyyətləri hər əsrdə qabaqlamasına dair bir neçə nümunə gətirin.    

 

Просмотров: 198 | Добавил: Huseyni | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Ad *:
Email:
Təhlükəsizlik kodu *:
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  İyun 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz