İmam Hüseyn (ə)-ın qiyamı və onda olan xüsusi
kefiyyətlər.
8-ci hissə
İmam
Hüseyn (ə) Rəcəb ayının sonuna 28 gün qalmış Mədinədən çıxdı. Məkkəyə müxtəlif
yollarla getmək olardı. Həzrət ümumi gediş-gəliş yolunu seçdi. İmam (ə)-ın
dostlarından biri gizli yollarla getməyi təklif etdi. Çünki, Yezidin məmurları
İmam (ə)-ı görüb ona əziyyət verməsinlər. Amma İmam (ə) onun təklifini qəbul
etmədi və buyurdu: ...
İmam Həsən əleyhissəlamın həyatı barədə qısa məlumat
Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.
İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır...
Yaradılmışların ən üstünü olan əziz peyğəmbərimiz Hz.Məhəmməd (s)-ın rehləti günü münasibəti ilə Hz.Peyğəmbərimizin davamçısı və dininin rəhbəri İmam Sahib Zaman ağa (ə.c.f)-başda olmaqla bütün müsəlmanlara baş sağlığı verirəm. Allah bizləri Hz.Məhəmməd (s)-ın davamçılarından qərar versin.
TӘRCÜMЕYİ-HАLI
Hәzrәt Pеyğәmbәrin (s) risаlәtdәn qаbаqkı tәrcümеyi-hаlı nеcә оlmuşdur? Dünyаnın bütün pеyğәmbәrlәri аrаsındа Pеyğәmbәri-әkrәm tаm аydın tаriхi оlаn yеgаnә Pеyğәmbәrdir. О hәzrәtin çох аydın kеçmişindәn ümmiliyi - mәktәbә gеtmәyib dәrs охumаmаsı оlub. Qurаndа bu mәsәlә хаtırlаnmışdır. О zаmаn hәmin mәntәqә аdаmlаrının çохu sаvаdsız idilәr. Bаşqа birisi dә budur ki, bеsәtdәn qаbаqkı qırх ildә yаlnız vә yаlnız bütpәrәstlik mühiti оlаn о yеrdә, hеç zаmаn bir bütә sәcdә еtmәdi...
1990-cı il 20-yanvarda şəhid olanların ailəsinə dərin hüznlə baş sağlığı veririk. Uca Allah gözəl buyurur:
Ali İmran surəsi/ 169-cu ayə
Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.
O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət İmam Cəfər Sadiq (əleyhissəlam) olmuşdur
Hacı Əhliman:
İmam Zaman ağa (ə.c.f)-ağanı, din böyüklərimizi və dünya momin və mominə qardaş bacılarımızı 7-ci İmam Museyi Kazim (ə.s)-ın mövlud günü münasibəri ilə təbrik edirəm. Bu gözəl mövlud günü sizlərə mübarək olsun.Amin.
O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (əleyhissəlam) olmuşdur.
Hacətlər qapısı olan İmam Museyi Kazim (ə.s)-a təvəssül edərək Uca Allahdan bütün momin möminələrin günahlarının bağışlanmasının, dua və ibadətlərinin qəbul olunmasını və bütün çətinliklərinin həll olunmasını dua edirəm. Allaha şükürlər olsun ki, bizi İmamlarımızın yolunda qerar verib.
İmam Hüseyn (ə)-ın qiyamı və onda olan xüsusi
kefiyyətlər.
7-ci
hissə.
İmam
Hüseyn (ə) xanım Ummu Sələmənin cavabında buyurdu: "Ey anam. Mən daha çox bilirəm
ki, məni ədavət və zülm ilə öldürəcəklər. Həqiqətən Allah-təala mənim əhli-əyalımı
çöllərdə kimsəsiz, uşaqlarımı isə öldürülmüş, əsir düşmüş və zəncirə çəkilmiş
surətdə görmək istəyir. Onlar kömək istəyəcəklər, lakin onlara kömək edən
olmayacaq”...
İmam Hüseyn (ə)-ın qiyamı və onda olan xüsusi keyfiyyətlər
6-ci hissə
Amma
lənət oxuyanların hamısının qorxudan dili topuq vururdu. Bir gün Əbdüləzizdən
oğlu Ömər soruşur: "Ata biz belə natiq olduğumuz halda nə üçün Əliyə lənət
oxuyanda dilimiz topuq vurur?” Əbdüləziz cavabında deyir: "Oğlum, Əlidə olan
fəzilətin az bir hissəsini cammat bilsə, bizi yaşatmazlar”. Oğlu bu vaxt
atasına müraciət edir: "Ata onda xilafəti niyə onun övladlarına qaytarmırsız?”
Görürsüz dinimiz insanların hüququna nə qədər əhəmiyyət verir? Imam Huseyn
(ə) – da qiyamı məhz Allaha xatir başlamışdı, ona xatir də tamamladı. Ona görədə
Allah-təalaKərbəla inqilabıni qiyamətə
qədər yaşadacaq...
İmam Hüseyn (ə)-ın qiyamı və onda olan xüsusi keyfiyyətlər
4-cü hissə
Xeyr!
Qardaş sən düşünən kimi deyil bu sözlər düşmənin fikirləridir. Bizdə onların
yağlı dillərinə inanmışıq. Düşmənlər öz mənfur fikirlərini həyata kecirmək üçün
müxtəlif yollardan istifadə edirlər. Bəzən özlərini o qədər məzlum göstərirlər
ki, bizim kimi sadə insanlar da öz dərdimizi unudub onların halına acıyırıq...
İmam Hüseyn (ə)-ın qiyamı və onda olan xüsusi keyfiyyətlər
3-cü hissə
İnsanların fərdi və ictimai vəzifələri vardır. Böyük insanlar bu vəzifələrin hər ikisinə ciddi əməl ediblər. Hec vaxt bir nöqtəsinə belə səhlankarlıq etməyiblər. Allah-təala onların üzərinə böyük vəzifə qoyubdur. Onları insanların arasından secibdir...