Məqalələr - Hacı Əhliman Rüstəmovun rəsmi web səhifəsi

Ahliman.com
Əsas Menu
Bölmələr
Video xütbələr [57]
Mp3 xütbələr [3]
Məqalələr [108]
Quran [20]
Nəhçül-bəlağə [12]
Reklam
Aylıq təqvimi
Mayın 8-i - Cəmadius-Saninin 16-sı
 Şuşanın işğalı

Mayın 12-i - Cəmadius-Saninin 20-si
Həzrəti Fatimeyi Zəhranın(s.ə) təvəllüdü

Mayın 23-ü - Rəcəbin 1-i
İmam Baqirin(ə) təvəllüdü

Mayın 25-i - Rəcəbin 5-si
 İmam Əliyyən Nəqinin(ə) şəhadəti

Səsvermə
Sayta qiymət ver
Bütün nəticələr: 956
Reytinq

Xətdə olanlar 1
Qonaq 1
İstifadəçilər 0
Главная » Məqalələr
2-ci İmam Həsən ə.s-ın mübarək mövludu

Hacı Əhliman:
      Mübarək Ramazan ayının 15-ci günü Hz.Peyğəmbər (s)-ın reyhanəsi Cənnət cavanlarının ağası olan İmam Həsən (ə)-ın mövlud günü münasibəti ilə Başda İmam Zaman (ə.f)-ağa olmaqla bütün iman əhlini təbrik edir, Allahdan ağanın şəfaətinin bizlərə nəsib olmasını dua edirəm. İmam Həsən (ə.s)-ın mübarək mövludu bizlərə mübarək olsun. Həzrəti daha da yaxından tanımağa dəvət edirəm.
    Hz. İmam Həsən (ə)-ın bağladığı sülh İslam üçün ən böyük düşünülmüş bir müqavilə idi. İmam sülh  müqaviləsi ilə bir çox faydalı işlərə malik olmuşdur, bunlardan biri də məhz o dövrdə sülh bağlamaqla İslamı qoruyub saxlamasıdır. Deyə bilərəm ki, İmam Həsən (ə)-ın baxmayaraq ki, zahirdə biz sülh görürük, bağladığı sülh batində İslamın faydasına olan böyük qələbəsi idi. Allah bizlərə Ağanın mübarək mövludunu mübarək etsin.
İmam Həsən əleyhissəlamın həyatı barədə qısa məlumat
Əli (ə) Peyğəmbərin (s)-ın əziz qızı xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili Mübarək Ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.
İmam Həsən (ə) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (ə) təxminən yeddi yaşında olarkən Peyğəmbər (s) dünyadan köçmüşdü. Peyğəmbərdən (s) sonra təxminən otuz il atası Əli (ə) birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.


Bölmələr: Məqalələr | Oxundu: 184 | Ardını oxu Əlavə elədi: Huseyni | Tarix: 25.08.2010 | Şərh (2)




10-Ramazan
          Hz.Məhəmməd  peyğəmbər (s)-ın ən sevimli xanımı olan Hz.Xədiceyi Kübra (s.ə)-nın vəfat günüdür. Bu münasibətlə  Hz.Mehdi Sahib-əz-Zaman Ağa (ə.f)- başda olmaqla bütün möminlərə və müsəlmanlara dərin hüzn ilə baş sağlığı verir təsliyyət ərz edirəm. Xanim Xədicə (s.ə)-İslamı ilk qəbul etmiş xanımdır. Öz var dövlətini İslam yolunda xərcləməklə İslama böyük dəstək vermişdir. Nübuvvətlə İmaməti birləşdirən Xanım Fatimeyi Zəhra (s.ə)  Xanım Xədicə s.ə-dan dünyaya gəlmişdir. Pak Bətulun anası Xədicə (s.ə)-dır. Allahdan xanımlarımıza Xanım Xədicə (s.ə)-nın imanı dərəcəsinə çatmasını diləyir, xanımları Xədicə s.ə-nı daha da yaxından tanımağa çağırıram. 
  Hz.Peyğəmbər (s)-la Xədiceyi Kübra (s.ə)-nın  evlənmə kəbininin xütbəsini oxumuş Peyğəmbərin (s) sevimli əmisi – Qüreyşin ən hörmətli böyükləri və başçılarından olan Əbu-Talib (ə.s)-da Xədiceyi Kübra (s.ə)-vəfat edən ildə dünyasını dəyişmişdi. Peyğəmbər (s)-iki böyük köməkcisini itirdiyi bu ili  Hüzn ili adlandırmışdı.



Bölmələr: Məqalələr | Oxundu: 269 | Ardını oxu Əlavə elədi: Huseyni | Tarix: 21.08.2010 | Şərh (1)


İlahi və insani vəzifə.



Bağışlayan və mehriban Allahın adı ilə.

İlahi və insani vəzifə. 

            Dünya təklif dünyasıdır. Yəni burada hər kəsin öhdəsinə düşən vəzifələr var. Hər kəs müxtəlif formada təklif sahibidir. Ona əməl etməlidir. Ola bilməz ki, insan ancaq yeyib içməkdən ötəri yarana, ona görə də illərlə işləyə, qazandığını yenidən yeyə və nəhayət ömrünü tamam edə. Hər bir şəxs azca da düşünsə bu həyatın mənasız olduğunu başa düşəcək. Bu eyni ilə bir maşının bakını benzinlə doldurub, sürüb qurtarmaq, sonradan işləyib benzin alıb həmin işi təkrar etmək kimidir. Mənasız və puç bir həyat.


Bölmələr: Məqalələr | Oxundu: 257 | Ardını oxu Əlavə elədi: Huseyni | Tarix: 15.08.2010 | Şərh (3)

4-cü İmam Səccad (ə.s)-dan Mübarək Ramazan ayı duası.
        
 Səhifeyi Səccadiyə kitabından 

Bismillahir Rahmanir Rahim.

Özünə həmd etməyən bizə yol göstərən Allaha həmd olsun, həmd etməyə layiq görənə, yol göstərdi ki, ehsanına şükr edənlərdən olaq, bu işlə bizə yaxşıların mükafatını verənə həmd olsun. Dinini bizə ehsan edənə, bizi dininə seçənə,

وَ اخْتَصَّنَا بِمِلَّتِهِ، وَ سَبَّلَنَا فِي سُبُلِ إِحْسَانِهِ لِنَسْلُكَهَا بِمَنِّهِ إِلَى رِضْوَانِهِ، حَمْدا يَتَقَبَّلُهُ مِنَّا، وَ يَرْضَى بِهِ عَنَّا وَالْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ مِنْ تِلْكَ السُّبُلِ شَهْرَهُ شَهْرَ رَمَضَانَ، شَهْرَ الصِّيَامِ، وَشَهْرَ الْإِسْلامِ، وَشَهْرَ الطَّهُورِ، وَشَهْرَ التَّمْحِيصِ، وَشَهْرَ الْقِيَامِ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ، هُدًى لِلنَّاسِ، وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَ الْفُرْقَانِ فَأَبَانَ فَضِيلَتَهُ عَلَى سَائِرِ الشُّهُورِ بِمَا جَعَلَ لَهُ مِنَ الْحُرُمَاتِ الْمَوْفُورَةِ، وَالْفَضَائِلِ الْمَشْهُورَةِ، فَحَرَّمَ فِيهِ مَا أَحَلَّ فِي غَيْرِهِ إِعْظَاما، وَحَجَرَ فِيهِ الْمَطَاعِمَ وَالْمَشَارِبَ إِكْرَاما، وَجَعَلَ لَهُ وَقْتا بَيِّنا لا يُجِيزُ- جَلَّ وَ عَزَّ- أَنْ يُقَدَّمَ قَبْلَهُ، وَلا يَقْبَلُ أَنْ يُؤَخَّرَ عَنْهُ. ثُمَّ فَضَّلَ لَيْلَةً وَاحِدَةً مِنْ لَيَالِيهِ عَلَى لَيَالِي أَلْفِ شَهْرٍ، وَسَمَّاهَا لَيْلَةَ الْقَدْرِ، تَنَزَّلُ الْمَلائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ سَلامٌ، دَائِمُ الْبَرَكَةِ إِلَى طُلُوعِ الْفَجْرِ عَلَى مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ بِمَا أَحْكَمَ مِنْ قَضَائِهِ.



Bölmələr: Məqalələr | Oxundu: 170 | Ardını oxu Əlavə elədi: Huseyni | Tarix: 14.08.2010 | Şərh (0)

 11 Avqust məğrib azanından sonra Mübarək Ramazan 
ayının hilalı görsəndi. 
12-Avqust Ramazan ayının 1-dir!


Ramazan! Allah sözünün insan düşüncəsinə süzüldüyü ay! Şəxsiyyətini yandırmışlara da haqqa dönüş imkanı verilmiş bir vaxt. Bu imkanı əldən çıxarmayasan!
Ramazanın Qədr gecələri min aydan xeyirli sayılmış. Min ay, yəni 83 ildən uzun bir zaman! Bəli, mənasız yaşanmış ömrə dəyər vermək imkanı öz ixtiyarınızdadır.
83 illik ömrünü mənasız keçirdinsə də, bu sayılı gecələrə diqqətli olun! Ramazan günləri, Qədr gecələrində dilini, gözünü, qulağını, əl-ayağını, cibini, süfrəni haramdan qoru. Kim bilir, bu fürsət bir də ələ düşəcək, yoxsa yox?

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir.
  Orucluq hər bir müsəlman üçün böyük fürsətdir.
Orucluğun ən böyük ictimai faydası.


Müqəddəs Ramazan ayı müsəlmanlara hicrətin ikinci ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüklərini yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir. Oruc ramazan ayında tutulduğu üçün ona... 
                                                                               

Bölmələr: Məqalələr | Oxundu: 185 | Ardını oxu Əlavə elədi: Huseyni | Tarix: 11.08.2010 | Şərh (3)


Peyğəmbər (s)-ın Şəbaniyə xütbəsi.





Həzrət Əli (ə) buyurur:

 Muhəmməd Peyğəmbər (s) şaban ayının son günlərinin birində  Mübarək Ramazan ayının gəlişi münasibətilə bu xutbəni buyurdu:

"Ey camaat! Allahın ayı (Ramazan) bərəkət, rəhmət və əfvlə birgə sizə doğru üz gətirmişdir. Bu ay Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və ləhzələri ən üstün saatlar və anlardır.



Bölmələr: Məqalələr | Oxundu: 179 | Ardını oxu Əlavə elədi: Huseyni | Tarix: 09.08.2010 | Şərh (2)


Oruc haqqında nələri bilmirik?



Orucun dərəcələri

Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı bu barədə mövcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) ümumxalq kütləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.» İmam Sadiq (ə) xüsusi möminlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.» Həzrət Əli (ə) isə daha xüsusi möminlərin orucu barədə belə buyurmuşdur: «Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür.»

Vacib olan oruclar
Haram oruclar
Müstəhəb oruclar
Məkruh oruclar
Orucla bağlı şəriət qaydaları
Orucu batil edən işlər
Orucu batil edən işlərin hökmləri



Bölmələr: Məqalələr | Oxundu: 379 | Ardını oxu Əlavə elədi: Huseyni | Tarix: 05.08.2010 | Şərh (0)

Ay təqvimi haqqında.



Mühüm ibadətlər hicri-qəməri təqviminə əsasən yerinə yetirilir

Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, yəni təzə aydır. Qurani Kərimdə deyilir ki, "(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De:




Bölmələr: Məqalələr | Oxundu: 302 | Ardını oxu Əlavə elədi: Huseyni | Tarix: 05.08.2010 | Şərh (0)


Niyə a millət niyə?





Niyə a millət niyə?

Bismillahir Rəhmanir Rəhim

Allah Təala ilk insanı peyğəmbər yaratdı. İnsana yaxşını pisi ilham etdi. Tarix boyu öz elçilərini əsirgəmədi. Ona sığınanlara həmişə kömək oldu. Dostunu müdafiə edib düşmənlərini cəzalandırdı. Böyük varlıq olan insanları çirkabdan və bataqlıqdan qurtarıb, heyvani həyat tərzindən insanı olan yüksək dəyərlərə çatmaqdan ötəri həmişə ali qanunlar göndərdi. Onun icazəsi üçün pak şəxsiyyətlər seçdi. Kimlər itaət etdi ucaldı, kimlər boyun qaçırtdılar bəlaya düçar olub tarixdən silindilər. Insanlar cəhalət bəlasından məhz dinin köməkliyi ilə xilas oldular.



Bölmələr: Məqalələr | Oxundu: 268 | Ardını oxu Əlavə elədi: Huseyni | Tarix: 04.08.2010 | Şərh (7)



Hacı Əhliman: 

Bismillahir Rəhmanir Rəhim. Əziz Müsəlmanlar, dəyərli mömin və möminələr! Sizləri heç şübhə olmadan hal-hazırda həyatda ömür sürən, bəşəriyyətin gözündən qeybdə olan Allahın yer üzündə son höccəti , Peyğəmbərimiz(s)-ın Əhli-Beytindən olan 12-ci İmam Hz.Mehdi (ə.c.f)-ağanın mübarək mövlud günü münasibəti ilə sizləri təbrik edir, Allahdan İmam Zaman ağanı dərk etməyimizi diləyirəm. Peyğəmbərimiz (s)- gözəl buyurmuşdur: Mənim ümmətimin ən üstün işi fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir.
Allah ağamızın zühurunu təcil etsin. Amin
Buyurun İmam Zaman ağamızı dərindən tanımaq üçün saytda yerləşdirilmiş materiallardan istifadə edin. Allah bizləri müvəffəq etsin. Amin 

Şə`ban ayının on beşinci gecəsinin əməlləri. 
  Bu gecə çox mübarək gecədir. 
İmam Baqir (Ə) bu gecənin fəziləti haqqında soruşdular.həzrət buyurdu:Qədir gecələrindən sonra ən fəzilətli gecədir.Allah taala o,gecə bəndələrinə fəzl(və bərəkət)əta edir. Onların günahlarını öz kəraməti ilə bağışlayır. Belə isə Allaha təqərrüb üçün çalışın. 
 oxuyun və yükləyin.

Bölmələr: Məqalələr | Oxundu: 11449 | Ardını oxu Əlavə elədi: Huseyni | Tarix: 26.07.2010 | Şərh (1)

« 1 2 ... 8 9 10 11 »
İstifadəçi paneli
E-mail:
Пароль:
Qan Yaddaşı

Qan Yaddaşı

Namaz Öyrən

Namaz Oyren

Təqvim
«  May 2012  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Sayğac

Köhnə yazılar

Copyright MyCorp © 2012 | Конструктор сайтов - uCoz