Allahın salamı,rəhməti və bərəkəti olsun Hüseyn aşiqlərinə! Hüseyn eşqi olmadan heç bir məxluqatın anlamı və məntiqi yoxdur..! Çünki hər gözəlliyin kamil şəkildə məntiqi Hüseyndir! İmam Hüseyni tərif etməyə söz acizdir, odur ki, diqqətinizi Həzrətin vəsiyyətinə yönəltməyə dəvət edirəm.
Zəmanəmizin İmamı Hz.Mehdi (ə.f)-başda olmaqla din böyüklərimiz və Azadlıq sevən zülmə təslim olmayan müsəlmanlara İmam Hüseyn ə.s və Kərbəla şəhidlərinin şəhadətinin 1372-ci ildönümü münasibəti ilə təsliyyət ərz edir, baş sağlığı verir, Hüseyn ə.s kimi yaşamağımızı dua edirəm. Hər zəmanədə olan yezidlərə qarşı Hz. Hüseyn ə.s kimi rəftar etməli, zülmə boyun əyməməliyik ki, zülm vücuda gəlməsin. İmam Hüseyn ə.s-a olan bu eşq qiyamətə qədər yaşayacaq...
"Qədir-Xum” hadisəsini xatırlayanda belə qənaətə gəlirik ki, İslam peyğəmbəri (s) ömrünün sonuncu ilindəki həcci ("Həccətül-vida”nı) daha şövkət və əzəmətlə sona çatdırmışdır. Bu mövsümdə hacıların qəlbləri mənəvi hisslərlə dolmuş, böyük ibadətin ləzzətini bütün varlıqları ilə duymuşdular.
Allahın Peyğəmbəri (s): Fitr və Qurban bayramlarını
"La ilahə illəllah”, "Allahu əkbər”, "Əlhəmdulillah” və "Sübhənallah” cümlələri ilə bəzəyin.
Hacı Əhliman:
Bismillahir Rahmanir Rahim. Bu müqəddəs Bayram təbrikinə Uca Allahın gözəl kəlamlarından olan Quranı-Kərimin Həcc surəsi 37-ci ayəsi ilə başlayıram.
Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!
Qurban kəsənlərin ən üstünü olan İmam Zaman ağa başda olmaqla din böyüklərimizi və bütün iman əhlini Müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edirəm...
8-ci İmam Əli ibn Musa Rza (ə.s)-ın mübarək mövludu münasibəti ilə zəmanəmizin İmamı Hz.Mehdi (ə.f)-agamız başda olmaqla din rəhbərlərimizi, mömin və möminələrimizi təbrik edir, Allahdan İmam Rza (ə.s)-ın ziyarət və şəfaətini dua edirəm. Ahuya zamin olan İmam Rza (ə.s)-dan bizlərə də zamin olmasını, bizlərə şəfaət etməsini təvəssül edirəm.
Fürsətdən istifadə edib deyə bilərəm ki, İmаm Әli ibn Musа hicrәtin yüz qırх sәkkizinci ili zilqә’dә аyının оn birindә аnаdаn оlmuşdur. Аtаsı imаm Kаzim (ә), аnаsı isә Tuktәm аdlı fәzilәtli bir qаdın оlmuşdur. İmаm Rizа (әlеyhissәlаm) аnаdаn оlduqdаn sоnrа İmаm Kаzim (әlеyhissәlаm) о хаnımа Tаhirә аdı vеrmişdir. İmаm Әli ibn Musа әlеyhissәlаmın künyәsi Әbülhәsәn lәqәbi Rizа оlmuşdur. İmаm Rizа (әlеyhissәlаm) аtаsı İmаm Kаzim (әlеyhissәlаm) (hicrәtin yüz sәksәn üçüncü ilindә) Bаğdаd zindаnındа şәhid оlduqdаn sоnrа оtuz bеş yаşındа İmаmәtә çаtmışdır.
İmam Zaman Hz.Mehdi (ə.f)-ağaya, din böyüklərimizə və bütün möminlərə İmam Cəfər Sadiq (ə.s)-ın Şəhadəti münasibəti ilə baş sağlığı verir və səbr diləyərək bütün müsəlmanları İmam Cəfər Sadiq (ə.s)-ı dərindən tanımağa dəvət edirəm.
Allahdan bütün möminlərə İmamın pak, müqəddəs qəbrinin ziyarətini və şəfaətini dua edirəm.
İmam Cəfər (ə) əziz Peyğəmbərimizin (s) vəfatından təxminən yetmiş il sonra, hicrətin 83-cü ili Peyğəmbərin (s) dünyaya gəldiyi gün müqəddəs Mədinə şəhərində İmam Baqirin (ə) və xanım Ümmü-Fərvənin ailəsində dünyaya göz açıb. Onun atası İmam Hüseynin (ə), anası isə İmam Həsənin (ə) nəslindən idilər. Hicrətin 114-cü ilində 31 yaşında ikən atasının zəhərləndirilməsindən sonra İmamət məqamına yetişmişdi.
Mübarək Ramazan ayında İlahi ziyafətdə qonaq olan əziz və möhtərəm iman əhli! Sizin hər birinizi bu mubarək Ramazan ayında salamlamaqdan şərəf duyub, ümidvarıq ki, Siz bu İlahi ziyafətdəki nemətlərdən bəhrələnmisiniz, mənəvi durumlarınızı daha da bərəkətləndirmisiniz...
Bu gecə (avqustun 21-dən 22-nə keçən gecə) ikinci Qədr gecəsidir.
Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:
1) Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: "Əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah”. Bu qüslün böyük savabı vardır.
2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: "İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram”...